“Sabunçu Elmi-İstehsalat Birliyi” necə və neçəyə özəlləşdirilib? - İTTİHAM

10:38 18.12.2018 538
“Sabunçu Elmi-İstehsalat Birliyi” necə və neçəyə özəlləşdirilib? - İTTİHAM

Məlum olduğu kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi hələ Sovetlər İttifaqı dönəmindən Azərbaycan iqtisadıyyatında xüsusi yerə malik, “Azneftkimyamaş” ASC-nin tərkibində olmuş, uzun zamanlar neft sənayesi üçün avadanlıqlar istehsal etmiş “Sabunçu Elmi-İstehsalat Birliyi” Törəmə Açıq Səhmdar Cəmiyyəti bu il oktyabr ayında özəlləşdirməyə çıxarmışdır. Qeyd etdiyimiz lap yerinə düşərdi ki, bu zavodun istehsal etdiyi avadanlıqlara vaxtı ilə neft sənayesi sahəsində fəaliyyət göstərən İttifaq respublikalarında və xarici ölkələrdə belə ehtiyac duyuilmuşdur. Sovetlər İttifaqı dağıldıqdan sanra isə sözügedən zavod əvvəlki şöhrətini itirmiş, vaxtıılə yüzlərlə insanların çalışdığı bir müəssisə xarabalığa çevrilmişdi. Amma buna baxmayaraq zavoda 1983 -cü ildən direktorluq edən Oruc Məmmədov zavoddakı bir çox sexlərin fəaliyyətini dayandırmağa imkan verməmiş, şəxsi məqsədləri üçün nə az nə də çox,düz otuz beş il işlədə bilmişdir.

Zavod son dövrlər maşınlar üzərində müxtəlif qurğuların quraşdırılması ilə yanaşı, metal konstruksiyalar, körpülər üçün metal özüllər,hündürmərtəbəli binalar üçün metal konstruksiyalar, işıq dirəkləri istehsal edib. Bu müddət ərzində birliyin dövlətə nə qədər xeyir verməsi barədə konkret heç bir fikir söyləyə bilməsək də Birliyin rəhbəri Oruc Məmmədovun dövlət əmlakını taladığı söylənilir Bizə verilən məlumatlara görə Oruc Məmmədov Birliyin faktiki ərazisini zaman-zaman müxtəlif adamlara sataraq sahəni 10 hektardan 8 ha-ya qədər salıb. Təbii ki, o bu işləri təkbaşına görə bilməzdi. Verilən məlumatlara görə burada Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də az rolu olmayıb. Əsas məsələ isə Birliyin özəlləşdirilməsi zamanı baş verib ki,buradan kimə nə qədər pay düşməsindən heç kimin xəbəri yoxdu.

Redaksiyamıza daxil olan məlumatda “Sabuncu Elmi İstehsalat Birliyi” TASC-nin özəlləşdirilməsi zamanı direktor Oruc Məmmədovla bağlı bir sıra iddialar səsləndirilir. 1983-cü ildən bəri adı çəkilən qurumun rəhbəri olan Oruc Məmmədovun özəlləşdirmə zamanı gizli sövdələşmələr apardığı qeyd edilir. Bu sövdələşmələrin kiminlə apardığı hələlik redaksiyamıza məlum olmasa da bəzi detallar artıq hamıya məlumdur. Belə ki,özəlləşdirmədə Oruc Məmmədov əldə etdiyi gəlirdən əlavə, “Zabrat Maşınqayırma Zavodu”na direktorluq postu da əldə edib. Yaşı artıq çoxdan yetmişi keçmiş Oruc Məmmədova bu zavoda rəhbərlik etmək hansı ehtiyacdan yaranıb? Otuz beş ildən çox bir müəssisəyə rəhbərlik etmiş, vaxtı ilə millət vəkili olmuş Oruc Məmmədova bu vəzifə lazım idimi? Əldən gedən “Sabunçu Elmi-İstehsalat Birliyi”-nin müqabilində hə.

Redaksiyamıza verilən məlumatlara görə 10 milyonlarla dəyəri olan Birliyi Oruc Məmmədov su qiymətinə özəlləşdirməyə imkan yaratmaqla korrupsiya əməllərinə yol verdiyi bildirilir. Bizim üçün çox maraqlıdır. Görəsən bir özəlləşdirmə çekinin nominal qiyməti neçə manata hesablanıb? Birlik özəlləşdirməyə çıxarılan zaman əmək kollektivinə təkliflər olubmu və ya nə kimi güzəştlər edilib?Təbii ki bu məsələdə Əmlak Məsələləri üzrə Dovlət Komitəsi daha çox cavabdehlik daşıyır. Butun bu kimi suallarin cavabı isə bir məıtbuat orqanı olaraq bizim deyil Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Hesablama Palatasının, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və digər qurumların səlahiyyətləri çərçivəsindədir.
Aktualinfo.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi