Bələdiyyə sədri icarəyə götürmək adı ilə vətəndaşın torpağını ələ keçirib - GİLEY

11:52 17.12.2018 475
Bələdiyyə sədri icarəyə götürmək adı ilə vətəndaşın torpağını ələ keçirib - GİLEY

Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Vaxtilə Qobustan rayonu Qurbançı kənd bələdiyyəsinin sədri olmuş saxta diplomlu Musayev Əlikram Ələkbər oğlu sonradan öz yerinə təyin etdiyi dostu Gülpaşa Paşayevlə gizli sövdələşərək, bizim ailəmizə məxsus 43 ha pay torpaq sahəsini atamgilin əkib-becərməyə imkanı olmadığını bildirərək, 2007-ci ildə müvəqqəti olaraq bu torpağın bir hissəsini – 17 ha-nı, hər hektar üçün 20 manat olmaqla 5 il müddətinə icarəyə götürməyi təklif etmişlər. Lakin ortalıqda şifahi razılaşmadan başqa rəsmi icarə müqaviləsi tərəflər arasında imzalanmamışdır.

Sonradan o vaxtkı bələdiyyə sədri Ə.Musayev və bələdiyyə üzvü G.Paşayev atam Mürşüd Allahverdiyevi torpağın dövlət qeydiyyat aktını guya atamla icarə müqaviləsi bağlamaq adı altından ondan alıb aparmışlar. Ailəmiz razılaşdırılmış 5 illik icarə müddəti bitdikdən sonra 2012-ci ildə torpağımızı geri istədikdə, bu dələduz dəstə bizə “siz həmin torpağı bizə birdəfəlik satmısınız” dedilər. Bildirdik ki, axı torpağı satası olsaq, qanunvericiliyə görə gərək torpaq payı müəyyən edilən hər bir ailə üzvümüz ya dövlət notarial kontoruna, ya da ki, regional dövlət reyestr xidməti idarəsinə gedib rəsmi razılıq ərizələrimizi təqdim edəydik. Ortalıqda isə nə belə bir razılıq ərizələri, nə dəki, rəsmi alqı-satqı müqaviləsi bizə təqdim edilməmişdir.

Son 5 ildə dəfələrlə yerli və yuxarı aidiyyatı orqanlara etdiyimiz şikayətlərə isə əsassız, formal cavab verməklə bu dələduz dəstənin bizim ailəyə qarşı törətdikləri cinayətət əməllərini ört-basdır etməklə məşğuldurlar. Bir daha xatırlatmaq yerinə düşərdi ki, ailəmizə məxsus 17 ha pay torpağımızın yerli bələdiyyə sədrinə satılması barədə nə Qobustan rayon dövlət otariat kantorunda, nə də Daşınmaz Əmlakın Şamaxı rayonu üzrə Reyestr Xidməti İdarəsində torpağımızın rəsmi satılmasına dair heç bir sənəd-sübut olmadığından bizə təqdim etmədilər.

Məsələilə bağlı bu ilin mart ayında Kənd Təsərrüfatı nazirinə etdiyim rəsmi müraciətə Qobustan rayon İcra hakimiyyəti başçısının müavini Məharət Əkbərovun 01 may 2018-ci il tarixli formal cavabında bildirilir ki, “ Sizin iştirakınızla keçirilən qəbulda həm Ə.Musayev, həm də G.Paşayev mərhum atanızın iştirakı ilə torpağın 17 ha hissəsinin satılması və qalan 26 ha əraziyə yenidən çıxarış verilməsini bildirmişdir.” Mən də öz növbəmdə bildirirəm ki, İcra Hakimiyyətində məslənin müzakirəsi zamanı hər iki məsul vəzifəli şəxs mənə yalnız şifahi olaraq bildirmişlər ki, mərhum atamın iştirakı ilə 17 ha torpaq satılmışdır. Təbii sual yaranır. Satılıbsa alqı-satqı müqaviləsini və ya yeni çıxarışı bizə və ya İcra başçısına niyə təqdim etmirlər? Çünki belə bir sənəd mövcud deyildir.

Lakin buna baxmayaraq yerli İH başçısının müavini M.Əkbərovun bu dələduz dəstəni canfəşanlıqla müdafiə etməsini başa düşə bilmirik. Və bizə də məsləhət bilir ki, məhkəmə orqanlarına müraciət edək. Məsləhətinə görə cənab icra başçısının müavininə ailəmiz adından təşəkkürümüzü bildiririk. Amma başa düşülən deyil ki, bu dələduzları niyə müdafiə edir. Guya bilmirlər ki, Müşviq qəsəbəsi yaxınlığında Əlikram arvadı Nəsibə Musayevanın adına 2005-ci ildə 15 illik icarəyə götürdüyü 20 ha qış otlaq sahəsinin hamısı ayrı-ayrı fiziki vətəndaşlara ev tikmək üçün hər sotu 1500-2000 manata satdığına görə Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanılaraq Baş prokurorluğa göndərilmiş və hazırda cənab Kamal Klıcovun nəzarətinə verilmişdir. Müavin bilmir ki, Ə.Musayevin törətdiyi çoxsaylı cinayətlər barəsində son 3 ildə bütün internet saytlar məlumatlar yazmışdır? Bilmir ki, bu adam 55 yaşında Xarkov Dövlət Universitetində guya təhsil alması barədə saxta diplom almışdır? Bilmir ki, 2003-2005-ci illərdə vəfat etmiş Qaracüzlü kənd sakinlərinin də pay torpağını 2 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Məmmədov Malik Xeyrulla oğluna etibarnamə əsasında satmışdır. Halbuki vəfat etmiş şəxslərin də bizim ailədə olduğu kimi heç bir ailə üzvləri tərəfindən razılıq ərizələri verilməmişdir. Qısası, görünən budur ki, bu gün sabiq və indiki bələdiyyə sədrlərinin törətdikləri çoxmiqyaslı qanunpozuntusu hallarına hüquqi qiymətin verilməsinin qarşısı rayon rəhbərliyi səviyyəsində alınır və müdafiə olunur. Yoxsa ki, bu qədər qanunsuz hərəkətlər etmiş Qurbançı Bələdiyyəsi səlahiyyətliləri özlərini cəzasızlıq mühitində hiss etməzdilər və bizim kimi onlarla kənd sakinin pay torpaqlarını saxtakarlıq yoluilə ələ keçirə bilməzdilər.

Cənab Prezident!

Sizdən çox xahiş edirik Bizm və digər şəxslərin illər boyu torpaq mülkiyyətimizi etimadımızdan süi-istifadə etməklə, saxta sənədləşmə yoluilə ələ keçirmiş Əlikram-Gülpaşa dəstəsinin qanusuz hərəkətlərinin araşdırılmasına və hüquqi qiymətin verilməsi üçün əlaqədəar təşkilatlara göstəriş verəsiniz”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!