YPX-yə, PPX-yə, DANX və BNA-ya cərimə yazmaq üçün yeni səlahiyyət verildi – Siqaretə görə

15:08 14.12.2018 608
YPX-yə, PPX-yə, DANX və BNA-ya cərimə yazmaq üçün yeni səlahiyyət verildi – Siqaretə görə

Siqaretdən istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə daha iki ciddi cərimə əlavə olunub. Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov bildirib. O, sahibkarların xüsusən diqqətli olmasını tövsiyyə edib. İXM-ə yeni daxil edilən 212.3-cü və 212.5-ci maddələr belədir:

“212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi - yüz manat məbləğində cərimə edilir.
212.5. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
212.3-cü maddəni qısa şərh etsək, belə aydın olur ki, 18 yaşı çatmayan şəxsə siqaret vermək, ona siqaret almaq, yaxud ona siqaret çəkməyi təklif etmək 100 manat cəriməyə səbəb ola bilər. Ona görə də sizə yaxınlaşıb "Day-day, bir siqaret olar” deyən yeniyetmələrlə ehtiyatlı olun.
İkinci xəta (212.5-ci maddə) isə həm marqlıdır, həm də ciddi mübahisələr vəd edir, çünki bu cərimə sahibkarlara və hüquqi şəxslərə tətbiq oluna biləcək. Marqlısı odur ki, İXM-in 212-ci maddəsi iş yerlərində və müxtəlif obyektlərdə “siqaret çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə cərimə nəzərdə tutur (vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər üçün 1000 manat). Belə olan halda "tütün çəkilməsinin qarşısının alınmaması" ifadəsinin nəyi ehtiva etdiyi bir qədər mücərrəd qalır. Şübhəsiz ki, məsələn, obyektində siqaret çəkildiyini görən sahibkar həmin adamın əlindən siqareti ala bilməyəcək. Bu yolverilməz və təhlükəlidir. Uzaq başı, ona sözlə xatırlada biləcək ki, bizdə siqaret çəkilmir. Bu da sözdür və əslində buna da ehtiyac yoxdur, çünki obyektin divarında belə qadağanı bildirən yazı onsuz da olmalıdır.
Bu gündən rəsmi hüquqi qüvvə alan qanuna əsasən, siqaret kötüyünü hara gəldi atanlar 50 manat cərimə olunacaqlar. İXM-ə yeni daxil edilən 212.4-cü maddə belədir:
212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - əlli manat məbləğində cərimə edilir.
Bu normanı hərfi mənasında təfsir etsək, belə çıxır ki, xüsusilə siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxs cərimələnə bilər. Ona görə də adət etdiyiniz kimi harada gəldi, yəni küçədə, parkda, çəmənlikdə, həyətdə, hətta meşədə və s. bu kimi yerlərdə siqaret kötüyünü atmayın. O cümlədən taksi sürücüləri və taksidən istifadə edənlər yadda saxlasınlar ki, bu gündən taksidə siqaret çəkməyə görə də 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə aldı.
İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilərlər.
Taksidə siqaret çəkən sürücü və sərnişinləri YPX, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Nəqliyyat Agentliyinin, küçədə piyada kimi hərəkət edərkən siqaret kötüyünü yerə atan şəxsləri isə PPX-nin əməkdaşları məsuliyyətə cəlb edəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?