Impera
XƏBƏR LENTİ
10:37Sabirabadda bələdiyyə sədri qoçuluq edir... - "Şəhid ailəsinin torpağını satıb, deyir ki..."10:21Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO10:02Sosial şəbəkədə vətəndaşları aldadan iş adamının istintaqı başa çatıb09:46"Azeri LT CIF" markalı neftin qiyməti cüzi qalxdı09:33Türkiyədə 5 min 778 terrorçu məhv edilib - Süleyman Soylu20:03“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb19:42İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...16:09“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY15:24"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...15:04Maliyyə Bazarlarına Nəzarət Palatası “İdrak Texnoloji Transfer ” MMC-ni cərimələyib14:33Şəkidə 9 nəfərlik ailənin sosial yardım dərdi... - GİLEY14:12Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur13:58“Sipark” MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir - FOTO13:20İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...12:56Dövlətdən oğurlama faktını aşkarladı və - Müraciət11:54Putinin Türkiyədə nəhəng qələbəsi11:34Şəki Xan Sarayında xəsarət alanlarla bağlı - son durum açıqlandı14:36Azərbaycanda yeni lizinq şirkəti yaradılıb14:33Bazar gününün hava proqnozu - Belə deyirlər...13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi12:40Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir12:20“YUĞ” qastroldadır12:00Xələfovdan sərhədlərin delimitasiyası bağlı - Açıqlama11:40İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO11:20Növbəti tədris ilinin tətil günləri açıqlanıb - SİYAHI11:00Ermənilər Ağdamda yanğın törətdilər17:51Vilayət Eyvazov prezidenti əmin etdi: - "Bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək"17:30BAKIDA ORQAN MAFİYASI: İran, Türkiyə və Gürcüstana qədər uzanan cinayət - FOTO17:17"Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir" - Əli Həsənov17:05Azərbaycanda deputat qəzaya düşdü — AÇIQLAMA16:36Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."16:21Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ16:04"S-400"-lər bölgədə yeni vəziyyət yaradacaq - TƏHLİL15:20Cəlilabadda təhsil adına rəzalət... - İTTİHAM14:53Uşaq toyda partlayış törətdi: onlarla ölü və yaralı14:30"Həci qədər əzizlərinizin başına daş düşsün"14:03“Azərişıq” ASC rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Obyektinə işıq çəkdirmək üçün “rüsum” ödədi, öz hesabına şalbanlar aldı, elektrik xətti çəkdi, transformator aldı, amma...13:47İcbari Sığorta Bürosu: I yarımildə 35 ölüm halına görə 138 min manat kompensasiya ödənilib13:33"Lotu Quli" Bakıdadır - Gəliş səbəbi açıqlanmır13:11Xocavəndin ərköyün icra başçısı... - İDDİA12:05“Oba” marketləri yükləri mağazaya niyə satıcı xanımlara daşıtdırır?11:48Azərbaycanda illik inflyasiya 2,7% olub - RƏSMİ11:33"Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY11:19Şəki sakinləri prezidentdən kömək istədilər... - Müraciət11:02Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb10:47“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - FOTOFAKT10:24Vilayət Eyvazov kollegiya iclası keçirir09:56BNA-dan taksilərlə bağlı anlaşılmaz QƏRAR - "...bu əlavə vəsait, məsuliyyət tələb edən məsələdir"09:34Nazir müavini: "Kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır"09:20Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir18:38Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ18:2510 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür - YEYİNTİ17:57Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkətə yazdığı cərimə ləğv edilib17:45Azərbaycanın ən bahalı orta məktəbləri – İllik təhsil haqqı 61 min manat17:28Cəlilabadda təhsil sistemi "gül vurur"... - İTTİHAM17:07Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib - “Sobsan” boyalarına boyanan Kardiologiya İnstitutu16:51"Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti..." - Səfirdən açıqlama16:21"Üç ildir gözümə yuxu getmir..." - VİDEOGİLEY16:09Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - ŞOK İNTİHAR15:53"Bu qanunsuzluqlar hələ də aradan qaldırılmayıb..." - GİLEY14:35"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də..." - GİLEY14:21Rüfət Dadaşovdan qol ötürməsi14:03DİQQƏT! “Araz” supermarketində əldəqayırma Çin yumurtası satılır - VİDEO13:31"Valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur..." - GİLEY13:17İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM12:11Füzuli Şıxəliyev və işçisindən İmişlidə əndrəbadi qərar... - Müraciət11:57Nazirlik prezident sərəncamını 4 aydır icra edə bilmir - MÜƏMMA11:46"Onların var-dövləti və vəzifələri var..." - GİLEY11:35S-400 “Triumf” müəmması: - Rusiya təyyarələri yükü çatdırıbmı...11:26Prezidentdən SDU-nun rektoru ilə bağlı SƏRƏNCAM17:50Erməni hökuməti xalqa müraciət etdi: - Kondisionerləri söndürün17:32FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?17:17Gömrüyün dana monopilisti meydan sulayır... - Özbaşınalıq16:45"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" - Məleykə Əsədova16:31“Qarabağ”ın düşərgəsindən məyusedici xəbər – oyunu buraxırlar...16:16Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb15:55Beyləqanda saxta əlillik davası... - İş böyüyür...15:37"Nə əkməyə imkan verirlər, nə biçməyə..." - GİLEY15:19Xətai rayonunda ağacları kimlər və niyə kəsdi…14:57Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”14:03Azərbaycanda ən çox müavini olan nazir kimdir? - TAM SİYAHI13:44Sabah hava necə olacaq? - Yenə də külək, yağış...13:18Separatçı rejim polisi Xankəndidə aclıq edən ermənini döydü... - FOTO13:01Mədət Quliyev mərhum nazirin kadrını işdən çıxardı12:38Pomidor niyə bahalaşıb? - Ekspert açıqlayır12:14“My Beach” istirahət mərkəzi rəsmən qarətlə məşğuldur... - ŞOK qiymətlər...11:59“Kasıbıq deyə, başımıza oyun açılmalıdır?” - GİLEY11:39Keçmiş icra başçısı dünyasını dəyişdi11:16Bakıda 9 min manatlıq “yaxşı” qəbir yeri satılır: - Kimsə cavabdehlik daşımaq istəmir10:59Slavyansk şəhərində Qarabağda yaralanan azərbaycanlı əsgərlər üçün kurort? - ARMYANSKDAN OLAN KEÇMİŞ NAZİRİN İDEYASI18:18Nazirlik ölkə resurslarını niyə gəlirə çevirə bilmir?18:01Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub…17:50Manatın məzənnəsi dəyişmədi17:36BAKIDA DƏHŞƏT: 18 yaşlı qız özünü 4-cü mərtəbədən atdı17:29Prezident İlham Əliyev və Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər17:11“Nəsimi” xalçası ətrafında müəmma: - “Bacım Nərminənin iddiasının əksinə olaraq...”17:02Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Qobustan Milli Tarix-Bədii Qoruğunda olub16:49Azərbaycanlı iri məmurların adlı-sanlı restoranları: - hansı dəbdəbəli yer kimindir?16:39"Zirə"də şok istefa - prezident getdi
BÜTÜN XƏBƏRLƏR

SAHİBKARLAR VERGİ HÜCUMUNA HAZIRLAŞIR!? – Vergi Məcəlləsinə yeni dəyişikliklər nə vəd edir?

12 Ara 2018, 15:00   
SAHİBKARLAR VERGİ HÜCUMUNA HAZIRLAŞIR!? –   Vergi Məcəlləsinə yeni dəyişikliklər nə vəd edir?

Cərimələrin və rüsumların artırılması vergi güzəşti sayıla bilərmi?
Fazil Məmmədovun gedişindən sonra vergi orqanının sahibkarlara münasibətində müsbət mənada ciddi dəyişikliklərin olduğunu etiraf etməmək insafsızlıq olardı. Xüsusilə də “krışasız” kiçik sahibkarlar artıq xeyli müddətdir ki, vergi əməkdaşı görəndə dizlərinin əsməsi, rənginin ağarıb-saralması sindromundan qismən qurtulublar. Lakin onların daxilindəki sək-səkə hələ də öz yerini stabil və şəffaf münasibətlər sisteminə söykənən rahatlığa verə bilməyib.

Məsələ ondadır ki, Mikayıl Cabbarovun təyinatından sonra əvvəllər sahibkarlara qarşı əsl repressiya aparatı rolu oynayan vergi orqanı xeyli yumşalma və sivil münasibətlər mərhələsinə qədəm qoysa da, bunun nə vaxtadək davam edəcəyi çoxları üçün bəlli deyil. Yeni nazirin gəlişindən bu yana ciddi vergi islahatları və sahibkarlara əhəmiyyətli güzəştlər olunacağına dair o qədər fikirlər səsləndirildi, vədlər verildi ki, hətta Azərbaycanda tezliklə “vergi cənnətinin” yaranacağına ümid edənlər də tapıldı. Ancaq zaman keçdikcə və xüsusilə də bugünlərdə Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndikdən sonra sahibkarların ümidlərinin əsas etibarilə doğrulmadığı məlum oldu.

Yanvarın 1-dən verginin “səlib yürüşü” başlayacaq?
Təsadüfi deyil ki, hazırda sahibkarların çoxu yanvar ayından etibarən vergi orqanı tərəfindən “səlib yürüşünün” başlanacağından ehtiyat edirlər. Sıradan bir sahibkar hələ də düşünür ki, məsələn neftin dünya bazarında qiymətinin düşməsindən tutmuş, büdcənin doldurulması ilə bağlı problemlərin yaranması, yaxud ölkəmizdə hansısa beynəlxalq tədbirin keçirilməsilə bağlı hökumətin xərclərinin artması kimi məsələlər istənilən an vergi əməkdaşlarının “hücuma keçməsinə” səbəb ola bilər. Çünki İllərin təcrübəsi onu bu cür düşünməyə vadar edir. Bunun aradan qaldırılması üçün isə sözsüz ki, ilk növbədə elə bir mükəmməl qanunverici baza, həmçinin ədalətli məhkəmə sistemi olmalıdır ki, məhz sahibkarın özü şəffaf fəaliyyət göstərməkdə maraqlı olsun və heç bir vergi əməkdaşı ona qarşı hansısa qanunsuz tələb irəli sürə bilməsin.

1vergi-kollaj

Məhkəmələrlə bağlı vəziyyətin nə qədər acınacaqlı olduğu məlumdur və məsələnin bu tərəfini bir kənara qoyaq. Bəs vergi qanunvericiliyi? Məlum olduğu kimi, 2019-cu ilin yanvarından etibarən Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minmiş olacaq. Artıq xeyli müddətdir ki, bu dəyişikliklərlə bağlı mətbuatda və sosial şəbəkələrdə pərakəndə şəkildə müzakirələr aparılır, ekspert rəyləri söylənilir. Lakin bu dəyişikliklərdən ən az xəbəri olan onların birbaşa aid olduğu sahibkarların özləridir. Təəssüf ki, bu sahədə təbliğat və təşviqat işi lazımi səviyyədə qurulmayıb. Və görünür, həmişə olduğu kimi, sahibkar həmin yenilikləri yalnız “öz dərisi üzərində hiss etdikdən sonra” mənimsəyə biləcək.

Dəyişikliklərin məğzinə gəldikdə isə nazirliyin departament rəhbəri Samirə Musayeva mətbuata açıqlamasında onların 5 istiqamət üzrə – sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi üzrə olacağını bildirib. Təbii ki, Burada sahibkarlığın dəstəklənməsi və vergi güzəştləri kimi müddəalar sahibkarı ən çox maraqlandıran məqamlardır. Ancaq görək reallıqda bu dəstək və güzəştlər nədən ibarətdir.

408084797

Hökumət tərəfindən ən böyük güzəşt kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan və aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt göstərilir. Bu o deməkdir ki, sahibkarlar muzdlu işçilərinə görə 14 faizlik gəlir vergisindən azad olunublar. Ancaq bunu böyük bir vergi güzəşti kimi təqdim etmək bir qədər qeyri-səmimi yanaşma təsəvvürü yaradır. Məsələ ondadır ki, indiyə qədər sahibkarlar qeydiyyata qoyduqları işçilərin əmək haqlarının 173 manatdan yuxarı hissəsinin 14 faizini gəlir vergisi olaraq ödəyirdilər. Əmək haqları isə əksər hallarda yüksək olsa da belə, rəsmən 180-200 manat göstərilirdi. Bəziləri hətta hesabatlarda 140-150 manat əmək haqqı qeyd edirdilər. Deməli, məsələn rəsmən əmək haqqı 180 manat göstərilirdisə, 173 manatın üzərindəki 7 manatın 14 faizi, yəni ki, 98 qəpik vergi kimi büdcəyə ödənilirdi.

Sahibkarların da böyük hissəsi hesabatlarında məhz 180, yaxud maksimum 200 manat əmək haqqı göstərirdilər. Nəticədə hər işçiyə görə 1-3 manat gəlir vergisi ödənirdi ki, bu da sahibkarın xərcləri siyahısında olduqca əhəmiyyətsiz bir rəqəmdir. Bunu nəzərə aldıqda, 8000 manatadək maaşı olanların gəlir vergisindən azad edilməsinin sahibkarlara böyük güzəşt kimi təqdim olunması bir qədər qeyri-ciddi görünür. Yəqin elə buna görədir ki, nazirliyin sözçüsü bu güzəştin büdcəyə vergi daxilolımalarına təsirini şərh edərkən bildirib ki, burada ciddi azalma müşahidə olunmayacaq.
Söhbət vergi daxilolmalarından düşmüşkən, bir haşiyə çıxmaq istərdik. Biznes dairələrinə yaxın mənbələr bildirirlər ki, hazırda vergi orqanları proqnozları daha çox iri müəssisələrin cərimələnməsi və “yüklənməsi” hesabına yerinə yetirməyə çalışırlar. Məsələn, NZS kimi tanınan pivə zavodu, tanınmış bir kulinariya mağazaları şəbəkəsi və digər bu kimi iri müəssisələrdə uzun müddətli vergi yoxlamaları aparılıb və büdcəyə ciddi məbləğdə daxilolmalar təmin olunub. Ancaq bu tip yoxlamaların tezliklə orta və kiçik sahibkarlara da tətbiq edilməyəcəyinə heç kim təminat verə bilməz…

Yenə cərimələr, yenə hədə-qorxu dili…
Əvəzində cərimələr bölməsində hər şey “qaydasındadır”. Yenə sahibkarla “güc dilində danışmağa” üstünlük verilir. Yenilənmiş məcəllədə kassa çekindən istifadə etməməyə görə cərimələr bir neçə dəfə artırılıb. Əgər əvvəl nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə yol verildikdə 800 manat, üç və daha çox dəfə yol verildikdə isə 1200 manat məbləğində cərimə tətbiq edilirdisə, artıq bu cərimələr birinci dəfə 1000 manat, ikinci dəfə 3000 manat, üç və daha artıq hallarda isə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutur. Bu o deməkdir ki, həmin cərimələr 2.5-5 dəfə(!) artırılıb.

3evergi1521011270

Xatırladaq ki, hər dəfə Vergi Məcəlləsinə əsaslı dəyişikliklər edilərkən, kassa çekləri və işçilərin qeydiyyatı ilə bağlı cərimələr artırılıb. Ancaq təcrübə göstərir ki, bu cəza üsulu gözlənilən nəticəni vermir, yenə kütləvi şəkildə pozuntular müşahidə olunmaqdadır. Deməli, hansısa başqa vasitə tapılmalı idi, ancaq görünür yenə ən asan və qeyri-effektiv yola əl atılıb. Digər tərəfdən isə kassada oturan işçinin səhlənkarlıqdan, ehtiyatsızlıqdan və digər müxtəlif təsadüflərdən irəli gələrək, ən azından çek vurmağı unutması mümkündür. Bu halda şəxsən özünün heç bir günahı olmayan sahibkar birdən-birə 1000 manat cərimə ödəməli olur.

Onu da nəzərə almaq lazımdır ki, ölkəmizdə adı sahibkar olsa da, mağazasında toplam 1000 manat, yaxud 3000-6000 manatlıq malı olmayan insanlar var. Belələri bu cür yüksək məbləğli cərimələri necə ödəyəcəklər? Bir də ki, maraqlıdır, ümumiyyətlə bu cərimələr müəyyən edilərkən hansı kriteriyalar əsas götürülür? Məsələn, ölkə üzrə minimum əmək haqqımı, əhalinin gəlirlərimi, hətta Ümumi Daxili Məhsulmu və s. Bildiyimizə görə, müsbət mənada heç bir göstərici üzrə Azərbaycanda 2.5-5 dəfəlik artım yoxdur. Belə olan halda necə olur ki, təkcə vergi deyil, digər sahələr üzrə də cərimələr və rüsumlar durmadan, özü də dəflərlə artırılır?

1539157737208529758_554x360

Sadədən mürəkkəbə…
Yenilənmiş məcəllənin əsas istiqamətlərindən biri də sadələşdirilmiş verginin sıradan çıxarılması və Əlavə Dəyər Vergisinin(ƏDV) əhatə dairəsinin genişləndirilməsidir. Ancaq işin fəlsəfəsi budur ki, hazırki şərtlər daxilində sadələşdirilmiş verginin aradan qaldırılması cəhdi ilə hökumətin kiçik və orta sahibkarlığın inkişafı strategiyası arasında ziddiyyət görünür. Belə ki, indiyə qədər illik dövriyyəsi 200 min manatı keçən sahibkarlar 6 faizlik sadələşdirilmiş vergi ödəyicisi ola bilirdilərsə, hazırda bu müddəa aradan qaldırılıb və həmin şəxslər avtomatik olaraq, ƏDV ödəyicisinə çevriləcəklər. İctimai iaşədə isə həmin göstərici 8 faiz olaraq saxlanılıb.



Lakin əksər ekspertlər və sahibkarlar sadələşdirilmiş verginin ƏDV ilə əvəzləməsinin hökumət üçün sərfəli olacağını, kiçik və orta sahibkarlığa isə zərər vuracağını düşünürlər. Çünki ƏDV ödəyicisi olmaq biznesin iş yükünü artırır və əlavə xərclərə yol açır. Əlbəttə ki, ölkə qanunları normal işləyərsə, ƏDV ödəyici olmağın öz üstünlükləri var. Belə ki, əgər sadələşdirilmiş vergi ödəyicisi qazancının olub-olmamasından asılı olmayaraq, dövriyyəsindən birbaşa faiz ödəyirsə, ƏDV ödəyicisi gəlirindən vergi verir. Ancaq yenə də altını cızaraq qeyd edirik – qanunlar işləsə və hamıya eyni dərəcədə aid edilsə!

Bugünkü Azərbaycanda isə hələ də qaydalar bütün bazar iştirakçıları üçün eyni dərəcədə tətbiq olunmadığından, həmin dəyişikliklər “krışalıların” çiçəklənməsi, sahibsizlərin isə müflisləşməsinə səbəb ola bilər. Ya da ən azından effekt verməyə bilər.

Bununla yanaşı, nəzərə alınmalıdır ki, hazırda sahibkar bazardan aldığı ərzağa, yaxud da “Sədərək”, “Binə” və digər iri ticarət mərkəzlərindən topdan aldığı mallara görə satıcıdan heç bir ciddi vergi sənədi ala bilmir. Belə olan təqdirdə, sahibkar necə üzləşdirmə aparacaq və xərclərini necə göstərə biləcək? Demək istədiyimiz odur ki, mövcud şərtlər daxilində sahibkarı sadələşdirilmiş vergidən zorla ƏDV-yə keçirmək gözlənilən effekti verməyə, əvəzində onun xərclərini artıra və sənədləşmə, mühasibat işini ağırlaşdıra bilər. Onu da qeyd edək ki, ƏDV ödəyiciləri hər ay hesabat verməli olurlar və onların vergi orqanının yoxlamalarına tez-tez tuş gəlməsi də qaçılmazdır. Nəticədə yeni dəyişikliklərin hətta sadələşdirilmiş vergi ilə işləyən kiçik və orta müəssisələri sıradan çıxarması da mümkündür. Əvəzində həmin dəyişikliyin böyük şirkətlərin fəaliyyəti üçün yeni imkanlar açması gözlənilir.

vergi_emlak1542483704
Azərbaycanda “vergi cənnəti” olmayacaq
Bütün yuxarıda qeyd etdiklərimiz və yeni məcəlləyə daxil edilən bir sıra digər müddəalar bir daha göstərir ki, ölkəmizdə vergi mühiti nisbətən yumşalsa da, idealdan çox-çox uzaq olaraq qalacaq. Sözsüz ki, bizim vergi ödəyiciləri də mükəmməllikdən xeyli uzaqdırlar. Bəlkə də nə vaxtsa onlar da qanunlara daha çox hörmət edəcək, könüllü olaraq borclu olduğu vergini qəpiyinədək ödəyəcəklər. Ancaq bunun üçün vergi ödəyicisi də arxayın olmalıdır ki, qanunlar hamı üçün eynidir, onun büdcəyə ödədiyi vəsait isə sonradan kimlər tərəfindənsə oğurlanmayacaq və onun övladının təhsilinə, vətəninin müdafiəsinə, yaxud hansısa infrastruktur layihəsinin, yaxud sosial əhəmiyyətli obyektin tikintisinə xərclənəcək, həm də şəffaf şəkildə…

Hələliksə Vergi Məcəlləsi ətrafında baş verənlər onu göstərir ki, neft ölkəsi olan Azərbaycanda yaxın müddətdə “vergi cənnəti” olmayacaq.


AzPolitika.info
OXŞAR MÖVZULAR