2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 32,4 milyard manat olub.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ticarət dövriyyəsinin 16 milyard 272,7 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 164,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Satılan məhsulların dəyəri ötən ilin eyni dövründəkindən ərzaq məhsulları üzrə 2,2 faiz və qeyri-ərzaq üzrə 3,3 faiz çoxdur.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Zamantv.az