Azərbaycan bazarında armatur qalmaqalının pərdəarxası -

12:14 11.12.2018 531
Azərbaycan bazarında armatur qalmaqalının pərdəarxası -

Son zamanlar ölkə mətbuatında xaricdən gətirilən armaturların keyfiyyətsiz olması ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, bu armaturlar keyfiyyətsiz olmaqla yanaşı, həm də ucuzdur. Nəticədə isə alıcılar ucuz məhsulları almağa üstünlük verdikləri üçün yerli istehsalçılar çətin vəziyyətə düşüblər.

Zamantv.az xəbər verir ki, “Yeni Müsavat”ın araşdırmasına görə, hazırda bazarda doğrudan da İran armaturlarının qiyməti yerli istehsaldan ucuzdur. Lakin bu, həmin məhsulun heç də keyfiyyətsiz olduğunu isbatlamır. Armatur alqı-satqısı ilə məşğul olan Nicat Məmmədov bildirib ki, qiymətlərdə fərq var: “Bakı Steel Company"nin materialı 90 qəpik, sex malı 65 qəpik, İrandan gətirilən material isə 85 qəpikdir. Marka olaraq İran armaturu Azərbaycan materialından güclüdür. Yəni İrandan gətirilən armatur 500 markadır, Azərbaycan materialı isə 450 markadır. Ancaq ucuzluğunun səbəbinin nədən qaynaqlandığını söyləyə bilmərik. İnsanlar daha çox sex malına üstünlük verirlər. Deyirlər ki, armatur-armaturdur, nə fərqi var. “Baku Steel Company” isə qiymətləri çox baha qoyduğu üçün müştərilər bu materialı almaq istəmirlər. Burada başqa bir məsələ yoxdur. Keyfiyyət məsələsi doğru deyil. İllərdir ki, Bakıda Rusiya, İran armaturları satılır. Hələ indiyə qədər kimsə bu materialların keyfiyyətindən şikayətlənməyib. Hələ bu materiallar xaricdən gətirilir və bunların gömrük, vergi xərcləri olur. Bununla belə, ucuzdursa, deməli, problemi ölkədəki istehsalda axtarmaq lazımdır". İqtisadçı Natiq Cəfərli isə bildirib ki, keyfiyyətlə bağlı yazılanların sənədləşmiş sübutu yoxdur: “Deməli, məhsulların Azərbaycana gətirilməsində keyfiyyət sertifikatı ilə bağlı sənədlər normal səviyyədədir ki, gömrükdən bu məhsulları ölkəyə keçirmək mümkün olur. Başqa cür olsaydı, gömrükdən məhsulları ölkəyə keçirmək mümkün olmazdı. Yaxud da belə çıxır ki, gömrükdə ciddi korrupsiya kanalı var ki, ölkəyə belə bir material buraxılır. Ancaq son zamanlar gömrük orqanlarında aparılan islahatlar deməyə əsas verir ki, rəsmiləşdirmələr kifayət qədər ciddiləşib. Yəni keyfiyyətlə bağlı yazılanların hələ ki sənədləşmiş sübutu yoxdur. Nə mətbuatda, nə bu işlə məşğul olanlar arasında keyfiyyətlə bağlı məsələ sübut olunmayıb. Qiymətlərə gəlincə isə burada da məsələ müəmmalıdır. Təbii ki, ”Baku Steel Company" yerli şirkətdir və burada yerli xammaldan istifadə olunur. Şirkətin əslində özünün keyfiyyətli məhsul istehsal etməsi məsələsi ilə bağlı da problemlər yaşanıb. Çünki istehsalda təkrar xammal mühüm rol oynayır. Bu təkrar xammal isə Bakının bütün hər yerindən toplanan, paslanmış, korroziyaya uğrayaraq metal keyfiyyəti zəifləmiş məhsullardır. Çox zaman da armaturlar bu kimi məhsulların təkrar emalından istehsal olunur. Bütün bunları nəzərə aldıqda söyləyə bilərik ki, əslində istehsal edilən armaturun maya dəyəri çox aşağı olmalıdır. İlkin xammaldan, daş filizindən istifadə edilsəydi, qiymətlərin baha olması anlaşılardı. Çünki burada maya dəyəri yüksək olacaqdı. Eyni zamanda belə olardısa, bunun daşınma xərcləri də yüksək olardı. Təkrar emalda isə daha ucuz başa gəlir. Bu məntiqlə “Baku Steel Company”nin məhsularının qiyməti daha aşağı olmalı idi. Sadəcə olaraq, Azərbaycanda bu sahədə ciddi rəqabət mövcud olmadığı üçün bazarın böyük bir hissəsinə qeyd etdiyimiz şirkət diktə edir. Nəticədə onlar həm də qiyməti də diktə etməyə çalışırlar ki, bazarda böyük üstünlüyə malik olsunlar. Bütün bunların nəticəsində istənilən ölkədən gətirilən armaturla bağlı belə bir iddia səsləndirilir ki, həmin məhsulların keyfiyyət göstəriciləri daha aşağıdır. Əslində keyfiyyət göstəricilərinin aşağı olması, sənədlə, laborator analizlərlə sübut olunmalıdır". Ekspert bildirib ki, xarici ölkələrdə bu cür hal yaşansaydı, İranın armaturlarını satan dilerlər məhkəməyə müraciət edərdi: “Hər bir məhsulun bir maya dəyəri var. Nə qədər İran realı ucuz olsa da, devalvasiya prosesi getsə də son nəticədə hesablamalar dollar üzərindən aparılır. Yəni maya dəyərinin nə qədər aşağı olmasına realın məzənnəsi təsir etmir. Əslində bunun elektrik enerjisi, insan əməyi, xammalı var. Yəni maya dəyəri məhsulun istənilən halda üzərinə gəlir. İstər bunu manatla hesabla, istərsə də realla, dollarla və sairə. Bütün bunların maya dəyərindəki fərqi dəyişmir. Ona görə də yeganə bir irad ondan ibarətdir ki, Azərbaycanda manat-dollar münasibətləri sabit olduğu üçün İran məhsullarını bizim ölkədə satmağa üstünlük verir. Nəticədə Azərbaycanda məhsulların dəyərini manatla alıb, sonra onu dollara çevirərək, ölkədən çıxarıblar. Bunu irad kimi bildirmək də gülüncdür. Çünki biznesin qaydaları budur. Bəyəm sərhədləri qapatmalıyıq ki, ölkədən dollar çıxmasın? Bu, biznesin azad şəkildə fəaliyyət göstərməsinə maneə yarada bilər”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?