Cavid Qurbanovun Atillanın ayağı dəyən torpaqlarda ofşor hesabı: "Barıtını çox eləmisiz, ay müəllim..."

11:14 11.12.2018 602
Cavid Qurbanovun Atillanın ayağı dəyən torpaqlarda ofşor hesabı: "Barıtını çox eləmisiz, ay müəllim..."

Attila bütün Qərbi alandan sonra Şərqə - İrana hücum eləmək istəyirdi. Roma səfərindən sonra İldiko adlı şahzadə ilə evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan açılıb) vəfat edir.

Bunun sui-qəsd olduğu düşünülür. Amma onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur. Bu, irsi xəstəlikdir. Qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü.

Avropanın üçdə ikisindən çoxuna hakim olan, dövlət sərhədlərini Asiyaya qədər genişləndirən Hun imperatoru, böyük türk sərkərdəsi Atillanın tutduğu torpaqlara yenidən qayıtmaq ümidimiz var.

Cahan.info xəbər verir ki, buna bizi deputat, “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov inandırır. Hörmətli başdəmiryolçu deyir ki, Atillanın ayağı dəyən hər türk torpağına iddialıyıq.

Avropanı türk torpağı kimi qələmə versək, Bizans ərazilərindən Sibirə qədər, Volqaboyundan Qazaxıstan səhralarınadək sahiblənməliyik.

Cənab deputat barıtını bir az çox eləyib. Bir az da yox, deyəsən lap ağ eləyib. Bu yerdə adamın qarnını tutub gülməyi gəlir. Əşi, bizim Cavid müəllim belədir də, xoşu gəlir insanların üzündə təbəssüm yaratsın. Pozitiv məmurdur.

Məsələn, yubiley günü ona sürpriz edən dəmiryolçulara demişdi ki, tortu axıra qədər yeməmiş getmək olmaz. Bizim məmurlar axıra qədər yeməmiş getmirlər.

Nəsə, haşiyədən çıxmadan deyək ki, C.Qurbanovun ülvi arzusu çox gözəldir, möhtəşəmdir. Bunu qəlbində vətən eşqi döyünən hər kəs arzulayır.

Kaş ki, Atillanın, Teymurləngin, Çingiz xanın ayaqları dəyən hər torpağa iddialı olaq, yiyələnək. Əsrlər boyu bu həsrətdə olmuşuq ki, onu da deputatımız dilə gətirir.

Qoy o gün olsun ki, C.Qurbanovun gətirəcəyi (?) sürətli qatarlar Atillanın ayağı dəyən qoca qitənin şəhərlərinə qədər bizi aparsın.

Bakı-Roma, Bakı-Vyana, Bakı-Paris...bəh-bəh, nə gözəl xəyallardır, ay Cavid müəllim. İndiyədək heç bir deputatın ağzından belə söz eşitməmişdik.

Onun həmkarları gah deyir 143 manatla yaşamaq olar, gah deyir az yeyin...

Hələliksə, Atillanın ayağı dəyən torpaqlara yalnız C.Qurbanovun ofşor hesabları gedib çata bilib.

Yadınızdadırsa, Azərbaycan mətbuatında Cavid Qurbanovun “TOPAZ”ın səhmlərinin 51 faizinə 38 milyon manat ödədiyi haqda informasiya yayıldı.

Bildirildi ki, 8 ilə yaxındır Azərbaycanın idman mərc oyunlarının təşkilinə investisiya yatıran "Turkcell” şirkəti "Azerinteltek”dəki payını "Baltech Investment LLC”-yə satıb.

İlk olaraq Türkiyənin nüfuzlu haberler.com portalı oktyabrın 30-da “Turkcell” şirkətinə istinadən açıqlama verdi.

Mətbuatda isə "Baltech Investment LLC”-nin sahibinin əslində Azərbaycan məmurlarından biri, məhz Cavid Qurbanov olduğu vurğulandı.

İddia olundu ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.

Suveren.az-ın əldə etdiyi məlumata görə, “Baltech Investment LLC” şirkətinin qeyri-rəsmi sahibi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, deputat Cavid Qurbanovdur. Təbii ki, bunu rəsmi sənədlərlə təsdiq etmək mümkün deyil.

Amma əlimizdə elə ciddi sənədlər var ki, həmin faktlarla tanış olan kimsə bu şirkətin - “Baltech Investment LLC”-nin C.Qurbanova məxsus olduğunu inkar edə bilməz.

Hələlik onu qeyd edək ki, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi Türkiyə vətəndaşı Bülent Karanidir.

Bu isim Azərbaycan oxucusuna, eləcə də inşaat sektorunda çalışan insanlara tanışdır. Çünki B.Karani 2012-ci ilədək “Azərinşaatservis” MMC-nin rəhbəri olub.

“Beynəlxalq Bank işi”ndə adı keçən və Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karani 6 ildən çoxdur ki, ölkəmizdə axtarışdadır.

Onun hələ “Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi illərdən Cavid Qurbanovla biznes ortaqlığı olduğu deyilirdi.

İddia olunurdu ki, məhz ikincinin hesabına dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi Karaninin rəhbərlik etdiyi şirkət çıxış edib.

Lakin 2012-ci ildə şirkətin rəhbəri, Türkiyə vətəndaşı olan Bülent Karani müəmmalı şəkildə gecə ikən Azərbaycandan qaçıb…

“Azərinşaatservis” MMC-nin keçmiş rəhbərinin adı 2012-ci ildə bütün dünyanın gündəmini dəyişən “Panama Papers” sənədlərində də öz əksini tapıb.

Hansı ki, hələ də bir çox xarici saytlarda Bülent Karaninin ofşor zonalara milyonlarla dollar çıxarmasından bəhs edən faktlar qalmaqdadır.

Təbii ki, B.Karani bu pulları “Azərinşaatservis” MMC-nin rəhbəri kimi deyil, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi olaraq Azərbaycandan çıxarmaqda ittiham olunur.

Bundan başqa, mətbuat yazmışdı ki, "DəmirBank”ın “Mərkəz” filialının keşmiş müdiri Müşfiq Tükanovu ofşor şirkətinə Dəmiryol idarəsindən vurulan pullar sonra yenidən nağd şəkildə Müşfiq Tükanov vasitəsi ilə Cavid Qurbanova qaytarılıb. Bu “obnaliçka” əməliyyatlarından yaxşı qazanc əldə edilib.

Xatırladaq ki, 406-453-cü illərdə yaşayan Atilla türk dünyasının ən məşhur sərkərdələrindən biridir.

Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub.

“Avropanın imperatoru” titulunu qazanmış Hun İmperiyasının hökmdarı olan Attila eramızın 434-cü ilində taxta çıxıb.

Qərbi Roma İmperiyasına səfər edərkən Papa Attilanın önündə diz çöküb əfv dilədiyindən, Romanı fəth etməyib və vergiyə bağlayıb. Bu səbəblə də Avropa mənbələrində Atillanı “Tanrının Qamçısı” adlandırıblar.Cahan.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT