Qusarda icra məmuru qanun tanımır... - GİLEY

12:39 10.12.2018 468
Qusarda icra məmuru qanun tanımır... - GİLEY

Qusar rayonun Urva kəndində yaşayan Yahyayeva Seda Vahiddin qızı tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, 2001-ci ildə adət-ənənəilə toy edərək Qusar şəhəri, S.Stalski küçəsi, ev 28 ünvanda yerləşən evə gəlin köçərək Yahyayev Vahid Xeyirbəy oğlu ilə ailə həyatı qurdum. Nikahımızı 23.02.2003-cü ildə rəsmiləşdirdik. Birgə yaşadığımız dövrdə - 2003 və 2005-ci illərdə iki övladımız olmuşdur.

Həyat yoldaşım Vahid yahyayev xəstəliyilə əlaqədar 03 mart 2009-cu ildə vəfat etmişdir. Vahidin vəfatından sonra iki azyaşlı uşaqla birlikdə 10 iyun 2017-ci ilədək ailə qurduğum bu evdə yaşadım. Lakin qaynım hesab edilən Zahid Yahyayev özünün evdə tək yaşamaq istədiyini bildirərək gecə məni uşaqlarla birlikdə zorakılıqla evdən qovmuşdur.

Xatırladım ki, hər iki əkiz qardaşın Vahid və Zahidin ailələrinin yaşadığı bu ev və həyətyanı torpaq sahəsi qaynatam Xeyirbəyin şəxsi mülkiyyətində olmuşdur. Qaynatam Xeyirbəy Vahiddən 2 il öncə vəfat etmiş və ərim Vahid faktiki olaraq vərəsə kimi miras qalmış əmlakı qəbul edərək ailəsilə həmin evdə yaşamağını davam etdirmişdir. Çox təəssüflər olsun ki, Vahidin ölümündən sonra Zahid Yahyayev miras qalmış evi və həyətyanı torpaq sahəsini Vahidin ailə üzvlərinin siyahısına daxil etmədən gizli olaraq miras əmlakı vərəsəlik qaydasında bizim razılığımız olmadan öz adına keçirmişdir.Buna görə də tərəfimdən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və ona əsasən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbim Qusar rayon məhkəməsinin 12.02.2018-ci il tarixli qətnaməsi əsasında təmin edilmişdir.Mübahisəli mənzildən 7 nəfər vərəsənin hər birinə 7/1 hissədə payları müəyyən edilmişdir. Elə mənə də evin 7/1 hissəsinə hüquq sahibi kimi 05.09.2018-ci il tarixli, 281809153 qeydiyyat nömrəsi olan, RX seriyalı 1352578 N-li çıxarış verilmişdir. Cavabdeh zahidə də mübahisəli mənzilə 7/1 hissə mülkiyyət payı tanınaraq həmin çıxarışda adı qeyd edilmişdir.

Mənim 17 il ailəmlə birlikdə yaşadığım evdən qaynım Zahid tərəfindən zorakılıqla qovulmağımdan sonra Qusar rayon Məhkəməsinə verdiyim “ Evə və torpaq sahəsinə istifadə hüququmun tanınmaqla uşqalarla birlikdə həmin evə köçürülmə” tələbim barədə ərizəm 04 oktyabr 2017-ci il tarixində təmin edilmişdir. Sonradan cavabdeh tərəfindən verilən apellyasiya və kassasiya şikatətləri də təmin edilməmiş və mənim tələbim Ali Məhkəmənin sədrlik edən hakimi Qəhrəman Allahverdiyevin 05.06.2018-ci il tarixli, iş N-2(102)-3770/18 saylı qərarla qüvvəsində saxlanılaraq icra olunması üçün Qusar rayon İcra şöbəsinə göndərilmişdir. Lakin çox təəssüflər olsun ki, Qusar rayon İcra məmuru Elnur 6 ay vaxt keçməsinə baxmayaraq Ali Məhkəmənin qərarını icra etmək istəmir və açıq-aşkar mənə bildirir ki, “get hara istəyirsən şikayət et, siz məni bu işə qoymusunuz ki, çıxara da biləsiniz? Heç kimdən qorxmuram, icra da etmirəm.” O dəflərlə mənə qarşı kobud rəftar etmiş, ağzına gələni demişdir. İcra məmurunun belə harınlığının səbəbini öyrəndikdə mənə icra məmurunun belə davranışının motivləri məlum olmuşdur. Belə ki, iş üzrə cavabdeh olmuş Zahid Yəhyayevin arvadının qardaşı Fuad Qusar rayon Məhkəməsinin sədri Adil Vəliyevin sürücüsüdür. Və İcra məmuru Elnurun arvadı da Fuadın qohumu olduğu üçün onun tərəfindən vaxtilə məhkəmənin əvvəlki sədri Telman Quliyevin dövründə sürücü Fuadın xahişilə məhkəmədə kargüzarlıq işinə qəbul edilmişdir. Yəni icra məmuru Elnur arvad qohumu olan sürücü Fuadın sözündən çıxa bilmədiyi üçün Ali Məhkəmənin qərarını icra etməkdən açıq-aşkar imtina edir. Hələ iş bunula bitmir. Məhkəmə sədrinin sürücüsü olan Fuadın digər qohumu Hümmət də onun köməkliyilə Qusar rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun köməkçisi işinə düzəlmişdir. Yenə də sürücünün sədrə xahişi əsasında. Və son il yarımda Fuad hakim köməkçisi işləyən Hümmətin köməkliyi sayəsində bacısı əri Zahid üçün apellyasiya, kassasiya şikayətləri yazmaqda köməklik göstərir. Və bu gün də işi uzatmaq üçün yenidən Zahidin mübahisəli mənzilə 7/6 payına sahib olması üçün Qusar rayon məhkəməsinə iddia qaldırıb. Və bu dəfə hakim Adil Vəliyev sürücüsü Fuadın xahişini yerinə yetirərək iddialarını təmin edib.Həmin 08 noyabr 2018-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişəm. Budur, indi də sürücü Fuad işi Sumqayıt Apellyasiya Məhkəməsində bacısın ailəsinin xeyrinə həll etdirmək üçün əvvəl Qusar rayon Məhkəmə sədri vəzifəsində işləmiş hakim telman Quliyevin sürücüsü olmuş Fuad indi də Sumqayıt Apellyasiya Məhkəməsində hakim işləyən Telman Quliyevin yanına gedib-gəlməklə məşğuldur. Qoy olsun. Amma mən inanıram ki, əvvəlki işdə olduğu kimi ədalətli hakim imicini qoruyub saxlamış hakim Telman Quliyev bu dəfə də ədalətin tərəfində duracaqdır. Amma onu dəqiq bilirəm ki, başıma gətirilən bu oyunların idarə olunmasında Qusar rayon Məhkəmə sədrinin sürücüsü Fuad adlı şəxsin həm yerli məhkəmə, həm də icra şöbəsində “at oynatması”nın qarçısını alan yoxdur. Yaxşı ki, hələ bu adamın ali təhsili yoxdur. Yoxsa Qusar rayonu ərazisində dam-daş qalmazdı, hamısı uçardı. Budur, əlimdə Ali məhkəmənin qərarı var ki, mən uşaqlarla birlikdə( 2009-cu ildən başsız qalmış ailəmlə) 17 il yaşadığım və mülkiyyətim olan mənzilimə köçüb rahat yaşayım. Amma bu gün Qusar rayon Məhkəməsinin sürücüsü Fuad və onun arvad qohumu olan İcra Şöbəsinin məmuru Elnur imkan vermirlər ki, Ali Məhkəmənin 6 ay əvvəl qəbul etdiyi qərar icra olunsun. Qusar rayon Məhkəməsinin sədri cənab adil Vəliyev də sürücüsü fuadın xətrinə bu işin icra olunmamasınını passiv tamaşaçı kimi seyr etməklə kifayətlənir. Mən indi il yarımdır ki, orta məktəbdə təhsil alan iki uşaqla birlikdə atasının rəhmətə getməsinə görə hökümətin onlara ayırdığı 152 manatın ümidinə qalmışıq və çox ağır vəziyyətdə yaşayırıq. Hazırda da urva kəndində 1 otaqlı mənzildə aylıq 80 manat kirayə pulu verməklə, qalan 72 manatla isə 1 ay 3 nəfər ailəni çörək və kartof almaqla fiziki mövcudluğumuzu birtəhər saxlayırıq. Qəmlo kimi Qusar rayon Məhkəməsində at oynadan Fuad isə bizə imkan vermir ki, mülkiyyətmiz olan 1 otaqlı evimizə yığışıb rahat yaşayaq. Bizim başsız qalmış ailəmizə qarşı törədilən bütün bu qanunsuzluqlar, vəhşiliklər hazırda 8-ci sinifdə təhsil alan və sabahın əsgəri olacaq Samirin gözləri qarşısında baş verir və verməkdə davam edir.

Cənab Prezident İlham Əliyev! Siz həmişə rəsmi çıxışlarınız zamanı qeyd etmisiniz ki, “Mən hər bir azərbaycanlının prezidentiyəm. Və president başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir.” Hazırkı vəziyyətdə biz Sizin bu çıxışınızdan ruhlanaraq intihar etməkdən daşınır və ümidlə Sizə müraciət edirəm ki, şəxsən göstəriş verəsiniz ki, Qusar rayon İcra Şöbəsinin icra məmuru Elnurun özbaşnalığına son qoyulsun, Ali məhkəmənin 05.06.2018-ci il tarixli, 2(102)-3770/18 saylı qərarı dərhal icra edilsin. Biz də başsız qalmış xırda uşaqlarla qışın bu soyuğunda mənzilimizə köçüb bədbəxtçiliyimizi davam etdirək".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ