Musiqili Teatrda “Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə başlanılıb

12:28 10.12.2018 545
Musiqili Teatrda “Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə başlanılıb

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə başlanılıb.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Məşqdə Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iştirak edərək tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və yaradıcı heyəti ilə görüşüb, onlara bəzi tövsiyələrini verib: “Bu əsər "Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq. Əvvəlki tamaşa teatr aləmində çox böyük əks-səda doğurdu və bizə uğur gətirdi. İnanıram ki, bu yeni tamaşa da auditoriyasına görə daha geniş miqyası əhatə edəcək. “Çarəsiz sərnişinlər” - artıq bu ad bizə çox şeyi deyir. Çarəsiz anlarda özümüzü necə apara biləcəyimiz isə vicdan məsələsidir. Ekstremal şəraitə düşəndə bizlər - insanlar “mən” olaraq özümüzü tanıyırıqmı? Əlbəttə, yox... Elə bu baxımdan, tamaşanın psixoloji təsir gücünü indidən hiss edirəm, uğurlu alınacağına inanıram... Kollektivə uğurlar arzulayıram".

Qeyd edək ki, janr etibarı ilə alleqorik, eksentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyan bu tamaşanın qeyri-adi süjet xətti var. “Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adlı 3 hissəyə bölünəcək tamaşada hadisələr avtobusun içərisində cərəyan edir. Məcburiyyət qarşısında bir araya toplaşan sərnişinlər qəfildən duyuq düşürlər ki, naməlum istiqamətə gedən avtobusu idarə edən sərxoş bir sürücünün iradəsindən asılı bir vəziyyətdə qalıblar. Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa məhkum olan sərnişinlər çarəsiz halda həyatın bu sürprizinə “sağ qalmaq” naminə sonadək müqavimət göstərirlər.

Səhnə əsərində rolları xalq artisti Pərviz Məmmədrzayev (Virtuoz), əməkdar artistlər - Əzizağa Əzizov (Kəndçi), Ələkbər Əliyev (Ağılsız), Şövqi Hüseynov (Ağıllı), Əkbər Əlizadə (Məsuliyyətsiz), aktyorlar - Əliməmməd Novruzov (Ər), Ülviyyə Əliyeva (Arvad), Aydan Həsənova (Qız), Nicat Həbibov (Oğlan) ifa edəcəklər. Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR