Nazir Samir Şərifovdan DEVALVASİYA AÇIQLAMASI - VİDEO

11:54 8.12.2018 622
Nazir Samir Şərifovdan DEVALVASİYA AÇIQLAMASI - VİDEO

Bəzi qüvvələr qan çıxmayan yerdə bəzi problemlər yaratmağa çalışırlar.

Zamantv.az məlumat verir ki, bunu maliyyə naziri Samir Şərifov REAL TV-yə müsahibəsində manatın məzənnəsi ilə bağlı səsləndirdiyi fikrin manatın devalvasiyası kimi yozulmasına münasibət bildirərkən söyləyib.

S.Şərifov dediyi hər bir sözün altına imza atmağa hazır olduğunu vurğulayıb: "Mən qeyd etmişdim ki, manatın kəskin möhkəmlənməsi iqtisadiyyatımız, ilk növbədə milli istehsal üçün faydalı deyil. Eyni zamanda ixracatla məşğul olan sahibkarlarımız üçün də faydalı deyil. Kim bununla bağlı mübahisə etmək istəyir, mən hazıram.

Əslində büdcə qaydası prizmasından bu məsələyə toxunmuşdum. Çünki biz büdcə qaydası ilə hər il orta və uzunmüddətli dövrdə dövlət büdcəsinin, daha doğrusu, dövlət xərclərinin maliyyələşdirilməsi üçün neft daxilolmalarından istifadə səviyyəsini müəyyənləşdiririk.

Bu, bizə nəyə görə lazımdır? Çünki neft daxilolmaları yüksək olduğu zamanlar istər-istəməz təzyiqlər arta bilər ki, biz bu vəsaitdən daha çox xərcləyək. Valyuta şəklindəki daxilolmalardan daxili bazara daha çox təklif edilirsə, yəni təklif tələbatı üstələyə bilər, bu zaman manatın məzənnəsinin möhkəmlənməsi üçün şərait yaranır.

Yəni, təklif var, alan yoxdur. Bu halda təklif edilən malın qiyməti enməyə başlayır. Bu, bazar qaydalarıdır. Bu zaman təklif edilən neft dollarlarıdır. Xarici valyuta da ucuzlaşmağa başlayır və müvafiq olaraq manat möhkəmlənməyə başlayır. Manatın möhkəmlənməsinin də milli iqtisadiyyatımıza mənfi təsir göstərdiyi mübahisə doğurmur.

Şübhəsiz ki, həmin təsirin qarşısının alınması üçün monitar orqanlarımız, ilk növbədə Mərkəzi Bank artıq olan həmin valyutanı bazardan almaq qərarına gəlir.

Bununla da manatın əlavə möhkəmlənməsinə imkan vermir. 2018-ci ilin 10 ayına baxsaq, Mərkəzi Bankın valyuta ehtiyatlarının 300 milyon dollar artdığını görəcəyik. Bu da manatın möhkəmlənməsinə təzyiqlərin olduğunu göstəricisidir. Bu təzyiqləri də Mərkəzi Bank artıq valyutanı bazardan almaqla sovuşdurub. Vəziyyət budur. Mərkəzi Bank bunu etməsəydi, manat daha çox möhkəmlənəcəkdi, və mən dediyim proseslər baş verəcəkdi. İndi bunu başqa cür adamlar başqa cür yozurlarsa, bu, bir az başqa məsələdir".

Maliyyə naziri bu gün manatın möhkəmlənməsinə imkan verilmədiyi üçün belə bir prosesin olmadığını vurğulayıb: "Daha çox valyuta təklif edildiyi halda, Mərkəzi Bank bazardan daha çox valyuta almaq məcburiyyətində qalacaq. Bu, nəyə gətirib çıxarır?

Mərkəzi Bank dolları almaqla bazara daha çox manat emissiyasını həyata keçirir. Nəticədə iqtisadiyyatda pul kütləsi artır. Pul kütləsinin iqtisadiyyatda nəzarətsiz artması isə inflyasiya təzyiqlərinə gətirib çıxarır. Hər iki hal bizim üçün sərfəli deyil.

Ona görə də büdcə xərcləri müəyyən çərçivədə olmalıdır ki, həmin xərclərin maliyyələşdirilməsi üçün daxili bazara həddindən artıq xarici valyutanı təklif etməyək. Çünki bu zaman biz Mərkəzi Bankın həyata keçirdiyi monitar siyasətə dəstək veririk. Yaxud, əksinə, biz daha çox valyutanı təklif etdikdə Mərkəzi Bank tərəfindən daha riskli monitar siyasətin aparılmasına faktiki şərait yaradır".

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ