Səlim Müslümovun paxırları açılır... - İTTİHAM

12:54 7.12.2018 516
Səlim Müslümovun paxırları açılır... - İTTİHAM

Hesablama Palatasının növbəti kollegiya iclasında 2016-2017-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri ilə bağlı Hesabat müvafiq qaydada müzakirə edilərək təsdiq olunub.

DİA.AZ bildirir ki, palatadan verilən məlumata görə, audit 2016-2017-ci illər üzrə 805850,9 min manat məbləğində vəsaiti əhatə edib. 01.01.2018-ci il tarixə İdarə üzrə 63705 pensiya işi, o cümlədən 41181 ədəd yaşa görə (64,6%), 13104 ədəd əlilliyə görə (20,6%) və 9420 ədəd ailə başçısını itirmiş ailələrin (14,8%) pensiya işi mövcud olub.

Belə ki, 2016-2017-ci illər ərzində təyin olunmuş 13596 sayda pensiya işinin 7668 ədədi və ya 56,4%-i yaşa görə, 5161 ədədi və ya 38,0%-i əlilliyə görə, 767 ədədi və ya 5,6%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olub, pensiya təyinatı üçün müraciət etmiş 26 nəfərin müraciəti rədd edilib, 01.01.2018-ci il tarixə İdarə tərəfindən 63705 nəfərə pensiya ödənişi həyata keçirilib.

Audit olunan dövr ərzində təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində təyin edilmiş pensiya işləri üzrə nöqsanlar olub, pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan Respublikasının ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.

Nazirlik tərəfindən elektron şəkildə təqdim edilmiş respublika üzrə aktiv olan pensiyaçıların adlı siyahısının İdarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı İdarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyaçıların şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yalnışlıqların mövcud olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, İdarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə Fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib.

Eyni zamanda, əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi, İdarə tərəfindən təqdim edilmiş aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, Fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi istiqamətində də nöqsanlara yol verilib, 53 halda artıq müavinət ödənilib, İdarə tərəfindən audit olunan dövrün əvvəlinə olan 8176,2 min manat məbləğində debitor borcların aradan qaldırılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlərin tam həyata keçirilməməsi səbəbindən həmin məbləğ audit olunan dövrün sonunda əvvəlinə nisbətən 4463,8 min manat və ya 54, 6 % artmış, daxili nəzarət fəaliyyəti qənaətbəxş səviyyədə təşkil edilməmiş və aparılmamış, həyata keçirilmiş daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu və nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər yetərli olmayıb, həmin tədbirlər nəticəsində aşkar edilmiş eynitipli nöqsanlara hazırkı audit zamanı da rast gəlinib.

Fərdi uçotun təşkili sahəsində də nöqsanlara yol verilib, fərdi uçot üzrə müvafiq hesabatların sığortaolunanlar tərəfindən təqdim edilmədiyi hallarda zəruri tədbirlər həyata keçirilməyib, müvafiq hesabatların və məlumatların olmaması səbəbindən ödənilmiş vəsaitlərin sığortaolunanların fərdi hesablarına işlənilməməsi hallarına rast gəlinib.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən İdarənin müvafiq proqram təminatında müvafiq məlumat vərəqlərinin nömrəsi üzrə qeydiyyatının aparılması və məlumat vərəqələrini göndərən təşkilatların müvafiq məlumat bazaları ilə vahid rəqəmli qeydiyyat formasının tətbiqi, fərdi hesablara işlənilməmiş vəsaitin müvafiq sığortaolunanların fərdi hesablarına işlənilməsi, audit olunan dövrün sonuna olan debitor borcların aradan qaldırılması və sığortaedənlərdən sosial sığorta haqları üzrə yığım səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülməsi, eyni zamanda daxili nəzarət fəaliyyətinin gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə Qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Kollegiya qərarının surəti göndərilib. Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...