Naxçıvanın ölməz qorxu “Kaşey"ləri: - Asəf-Vəli tandemi

10:14 7.12.2018 514
Naxçıvanın ölməz qorxu “Kaşey"ləri: - Asəf-Vəli tandemi
Tanınmış jurnalist, Azinforum.az saytının təsisçisi Məhəmmədəli Qəribli öz facebook səhifəsində Naxçıvan həqiqətlərini əks etdirən maraqlı bir status paylaşıb. Muxtar Respublikanın Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədov və MR MTN-in sabiq naziri Vəli Ələsgərov cütlüyünün bu gün də təhdid, təhqir yoluyla sürdürdükləri mənəvi terrordan bəhs edən statusu GundemXeber.Az oxucularının diqqətinə çatdırırıq:

“Bir neçə gündür ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sabiq sədri, general Asəf Məmmədovla bağlı yayılan xəbərləri və həmin informasiyalara verilən reaksiyaları izləyirəm. Bir qrup şəxs öz adları ilə Asəf Məmmədovun xeyrinə əsl "trolluq" edir. Asəf Məmmədovun işdən qovulmasının səbəbləri ilə bağlı paylaşılan informasiyaların altında təhdid, hədə və təhqir dolu şərhlər yazırlar. Hətta belə iddialar da səsləndirirlər ki, jurnalistlər bu məsələyə qarışıb, nəsə yazması doğru deyil. Diqqətimi daha çox Babayev soyadlı şəxslərin xüsusi canfəşanlığı çəkdi.

Qeyd edim ki, Asəf müəllimin soyadı Məmmədov olsa da, o, Babayevlərlə eyni tayfadandır. Sadəcə, onu nənəsi böyütdüyü üçün, soyadı başqadır. İlkin gümanım budur ki, "trolluğu" edənlər yad adamlar deyil, Asəf müəllimin öz doğmalarıdır. O doğmaları ki, istefaya göndərilən müəllimin vəzifədə olduğu onilliklər boyu Gömrükdə və onun ətrafında "at oynadıblar".

Bir neçə il bundan əvvəl, məhz bu Babayevlərin təhdidi ilə mən də üzləşmişəm. Həmin hadisə Asəf Məmmədovun yaxın dostu olan Naxçıvan MR MTN-in sabiq naziri Vəli Ələsgərovun vəzifədə olduğu dönəmə təsadüf edir.

Yadınızdadırsa, Türkiyədə FETO əməliyyatı aparılanda Sədərək Gömrüyünün Mirməhəmməd adlı rəisi də qonşu ölkədə saxlanılmışdı. Mövzu nəinki Azərbaycan, hətta bütün dünya mətbuatının diqqət mərkəzindəydi. Təbiidir ki, həmin səsli-külyli işlə bağlı mediada Asəf Məmmədovun da adı hallandırılırdı. Çünki Asəf Məmmədov Sədərək Gömrüyünün rəisinə bilavasitə nəzarət funksiyasını həyata keçirirdi. Asəf Məmmədovun dostu olan sabiq MTN rəhbəri Vəli general dostuna xoş gəlmək üçün bu istiqamətdə güya araşdırma aparmaq qərarına gəlmişdi.

Vəli Bakıda olan bir jurnalist dostu vasitəsilə güya "dəqiqləşdirmişdi" ki, Asəflə bağlı informasiyaları mətbuata mən ötürürəm. Başı eyş-işrətə qarışan Asəf müəllimin də, təbiidir ki, informasiyanı analiz etmək kimi qabiliyyəti yox idi. Bu səbəbdən də Vəliyə tez inanmışdı. Onun Vüqar Babayev adlı bir qohumu (Gömrükdə işləyirdi-M.Q) avtomobilini minib bir-bir mənim yaxın qohumlarımın evinə sürmüşdü. Onları çox pis formada hədələməyə başlamışdı. Həmin bu Vüqar Babayevi mən uşaqlığından tanıyıram. Rəhmətlik "çayçı Mazanın" oğludur.

Şərurda onun atasını tanımayan yoxdur. Çox zəhmətkeş və mehriban şəxs olan Mazan əmi Şərurun mərkəzində çayxana işlədirdi. Həmin bu Vüqar da uşaq vaxtından orda çay satırdı, yəni atasına kömək edirdi. Mənə Asəfin adından Vüqarın hədələrini gömrükdə işləyən Orxan adlı bir uzaq qohumum vasitəsilə çatdırdılar. Orxan Həsənov Ali Məhkəmənin sabiq rəhbəri Südabə Həsənovanın qardaşı oğludur. Düzü, Mazan əminin oğlunun bu qədər böyüdüyünə inanmağım gəlmədi. Amma sonra təhdidlərin miqyasının genişləndiyini görəndə, baş verənlərə tam inandım və ciddiyə almağa başladım.

Təhdidin də məğzi bu idi ki, Vəli Ələsgərov mənə Naxçıvana gəlməyi qeyri-rəsmi olaraq qadağan edirdi. Təbiidir ki, Asəfin sifarişi ilə. Vəlinin necə harın və "bespredel" adam olduğunu bildiyim üçün, bir neçə il Naxçıvanda xeyrə-şərə gedə bilmədim. Bununla bağlı hətta "Mən Naxçıvana niyə gedə bilmirdim?" başlıqlı müəllif yazısı da yazmışam. Həmin yazı bir çox KİV-lər tərəfindən tirajlanıb. İndi anlaya bilmirəm, yəni Asəf müəllimin Babayev soyadlı qohumları generalın reabilitasiyasına bu qədər inanırlar ki, köhnə hegemonluqlarını davam etdirirlər?

Sözardı: Yazıda bəhs olunan Babayevlər və Asəf Məmmədovla mənim də qohumluq əlaqələrim mövcuddur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu