Gürcünü payızda sayarlar - TƏHLİL

15:40 1.12.2018 516
Gürcünü payızda sayarlar - TƏHLİL

Gürcüstanda bu həftə baş tutan prezident seçkisini həm “ilk”, həm də “son” epitetlərilə təsvir edə bilərik. Bu, xalqın birbaşa səsverməsilə keçirilən sonuncu seçki idi. Gələn seçkidə dövlət başçısını artıq təmsilçilər məclisi seçəcək. Və bu sonuncu ümumxalq səsverməsində ilk dəfə olaraq Gürcüstanda qadın prezident seçildi.
Baxmayaraq ki, Gürcüstanda prezidentin səlahiyyətləri elə də çox deyil və o, əsasən təmsilçilik funksiyasını yerinə yetirir, seçki kifayət qədər gərgin keçdi. Çünki üzdə Salome Zurabişvili – Qriqol Vaşadze qarşıdurması müşahidə olunsa da, pərdə arxasında Bidzina İvanişvili – Mixail Saakaşvili çəkişməsi gedirdi. Bu çəkişmədə məğlub olmamaq üçün milyarder İvanişvili xeyli resurslar sərf etdi və qalib gəldi.

Düzdür, seçkinin nəticəsini İvanişvili üçün “Pirr qələbəsi” hesab edən politoloqlar da var. Amma digər variant həm İvanişvili, həm də bütövlükdə Gürcüstan üçün daha xoşagəlməz ola bilərdi.

İkinci turun təbliğat mərhələsinin gedişində bütün kartlar açılmışdı. İvanişvilinin rəhbərlik etdiyi və Salome Zurabişvilini dəstəkləyən “Gürcü arzusu” partiyası açıq şəkildə bildirirdi ki, Vaşadzenin qələbəsi Saakaşvili dövrünün qayıtması deməkdir. Onlara yaxın telekanallar təbliğat roliklərində Saakaşvili zamanında baş verən polis zorakılıqlarını və digər mənfi halları göstərərək, kütləyə psixoloji təsir etməyə çalışırdılar.

Saakaşvili isə öz növbəsində açıq şəkildə bildirirdi ki, hazırda Gürcüstanı gürcü hökuməti və parlamenti yox, rus oliqarxı İvanişvili idarə edir. Vaşadze verdiyi açıqlamalarda indiki prezident Marqvelaşvili kimi səssiz fiqur olmayacağını, növbədənkənar parlament seçkiləri keçirəcəyini, Saakaşvilini ölkəyə qaytaracağını bəyan edirdi.

Son nəticədə gürcü xalqının qərarına hansı amilin daha çox təsir göstərdiyini demək çətindir. Bəlkə onlar Saakaşvili dövrünün bir daha qayıtmasını istəmirlər və ölkədəki sabitliyin qalmasında maraqlıdırlar. Bəlkə Rusiya ilə mülayim olmasa da, hər halda, gərgin də olmayan indiki münasibətlərin kəskinləşməsini istəmirlər. Çünki Vaşadzenin qalib gələcəyi və Saakaşvilinin qayıdacağı təqdirdə Gürcüstanda yeni anti-Rusiya patetikasının partlayacağı şübhəsiz idi. Bu isə proqnozlaşdırılması çətin olan pis nəticələrə gətirib çıxa bilərdi.

Yaxud, o da mümkündür ki, İvanişvilinin problemli krediti olan 600 min gürcünün borclarının ödəniləcəyi haqqında vədi son nəticdə gürcü seçicisinin qərarını müəyyənləşdirən həlledici amil oldu. Bütün hallarda, Zurabişvili Vaşadzeyə (yaxud, İvanişvili Saakaşviliyə) böyük fərqlə qalib gəldi: 40,5 faizə qarşı 59,5 faiz! Bu, doğrudan da böyük fərq və inanılmaz nəticədir. Çünki birinci turda namizədlər 38 faiz ətrafında praktik olaraq eyni səs toplamışdılar. 10 faiz səs yığmış David Bakradze tərəfdarlarını Vaşadzeni dəstəkləməyə çağırmışdı. Buna görə də Saakaşvili və artıq komandası qələbəni öz ovuclarında hesab edirdilər. Amma Gürcüstandakı seçkilər bir daha göstərdi ki, cücəni payızda sayarlar.

Gürcüstanın indiki reallığında 19 faiz fərq həqiqətən də çoxdur. Ona görə də, Vaşadze-Saakaşvili cütlüyü seçkilərin nəticəsini tanımadığını və xalqı mitinqlərə çıxaracaqlarını bəyan etdilər. Amma qatar artıq gedib və Saakaşvili nə qədər istəsə də, ölkədə yeni “narıncı inqilab” törətmək mümkün deyil. Və indi daha çox Salome Zurabişvilinin necə bir prezident olacağı haqqında danışmaq lazımdır.

Hərçənd, bu da önəmli sual sayıla bilməz. O sadə səbəbə görə ki, Gürcüstanın indiki siyasi sistemində prezidentin kimliyi, xarakteri və baxışları heç nəyə ciddi təsir göstərmək iqtidarında deyil. Ona görə də, Gürcüstanın özündə Zurabişvilinin ona dəstək verən oliqarxa başağrısı olacağı haqda deyilən fikirləri bölüşmək olmur. Bəli, Fransada doğulub-böyüyən, karyera quran və Gürcüstana ilk dəfə Fransanın səfiri kimi gələn Zurabişvili həqiqətən də Gürcü xalqını dərindən tanıyan, onun fikirlərinə, dünyagörüşünə, arzularına bələd bir siyasətçi ola bilməz. Sırf bu məqamlardan irəli gələrək, onda bir snobizmin olduğunu deyənlərə haqq vermək də mümkündür. Amma prezidentin səlahiyyətlər baxımından daha çox Britaniya kraliçasını xatırlatdığı indiki Gürcüstanda bunlar ciddi problem sayıla bilməz.

Eyni səbəbdən, Zurabişvilinin ermənilərə isti münasibətindən və əvvəllər səsləndirdiyi ermənipərəst fikirlərdən də narahat olmağa dəyməz. O, indiyə qədər gürcüdən daha çox fransız olub, buna görə də azərbaycanlıların Gürcüstan üçün nə demək olduğuna, Azərbaycan dövlətinin isə Gürcüstana hər zaman verdiyi böyük dəstəyə fransız qalıb. Amma yəqin ki, dövlətin başçısı mövqeyindən baxanda hər şeyi ayrı cür görəcək və gürcü marağı fransız duyğularından qabağa keçəcək. Hərçənd, keçməsə belə, yenə də problem deyil.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...