Şəhid ailəsi Sahil Babayevə qarşı... - GİLEY

10:45 29.11.2018 521
Şəhid ailəsi Sahil Babayevə qarşı... - GİLEY

1994-cü ilin 17 yanvarında şəhid olan Adil Məmmədovun ailəsinə 200 min manat (köhnə pulla – red.) pul verilmədiyi barədə yazsaq da, şəhidin ailəsinə 11 manat pulu vermək istəmirlər. Görəsən, vətəndaşların qanına susayan bəzi məmurlar şəhidlərə ayrılan pulu da mənimsəyə bilir?! Əslində, rüşvətlə ad çıxaran məmləkətimizdə bəzi məmurların şəhidlərin puluna göz dikməsinə də inanmaq olar. Çünki bəzi harınlamış məmurlar üçün kimin pulunu mənimsəməsi heç fərq də etməz. Görünür, ölkədə haqqı tapdalanan təkcə dirilər deyil, ölülər, həm də canının vətən, xalq yoluna fəda etmiş şəhidlərimizdir. Torpaqlarımız uğrunda canından keçən şəhidlərin analarına bəzi məmurlar necə yalan deyə bilir, bunu anlamaq olmur. Bizim üçün isə maraqlıdır, şəhidlərə ayrılan pulları mənimsəyən məmurlar vicdan əzabı çəkmir?! Gecələr rahat yata bilir?!

“Oğlum şəhid olandan 2 ay sonra yoldaşım iki gözdən də əlil oldu”

Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olan şəhid Adil Məmmədovun anası Həqiqət Məmmədova “Hürriyyət”ə dedi ki, onun oğlu 1994-cü il yanvarın 17-də qəhrəmancasına şəhid olub: “Oğlum şəhid olandan 2 ay sonra yoldaşım iki gözdən də əlil oldu. Mən onu hər yerə əlimlə aparıb, gətirmişəm. Kənddə şəhid ailələrinə bəzən bir kilo şirni, pespok veriləndə almışam, amma mən gedib, 200 minə qol çəkib, 1 manat almamışam. Axı, yoldaşımın gözü görmür, hara gedirsə, mən aparmışam. Əgər qol çəkibsə, onun mən qolundan tutmuşam, qol çəkilən yeri mən göstərməliyəm, mən də bunu etməmişəm. Mənim yoldaşım qol çəksə, mənim yanımda qol çəkib, o pulu alası idi. Mən gedib sübut edə bilərəm ki, mən o pulu almamışam. Şəhid anası kimi mənə nə veriblər? Yardım olur, istəyirəm, verməyiblər. İndi yanımda olan oğlum Aqil də birinci qrup əlildir. Aldığımız pensiya da ancaq onun iynə-dərmanına xərclənir. Mən şəhid olan oğluma görə 1 qəpik almamışam. Almadığım halda necə deyirlər ki, almısınız. Bax, mən buna məətələm. Bununla bağlı prezident İlham Əliyevə, Mehriban xanıma, rayon icra başçsısına, Ali Məhkəməyə müraciət etmişik, heç kim müraciətimizə cavab vermir”.

“Şəhid ailələrinə ayrılan puldan almaq şəhid anası kimi mənim də haqqımdır”

Şəhid anası vurğuladı ki, onun oğlu vətən, millət, xalq yolunda şəhid olub: “Ölənlərin hamısına allah rəhmət eləsin. Şəhid ailələrinə ayrılan puldan almaq şəhid anası kimi mənim də haqqımdır. Nə olsun ki, mənim yanımda oğlum var. O, birinci qrup əlildir. O xəstələnəndə onu ayağa qaldırmaq çətin olur. Mən hörmətli prezidentimiz İlham Əliyev cənablarına müraciət edirəm ki, şəhid anası olaraq 11 min manat müavinəti mən də istəyirəm. Mənim də uşağım vətənimiz, dövlətimiz, xalqımız üçün Ağdamın Xındırıstran kəndində qəhrəmancasına şəhid olub. Hörmətli Mehriban xanım bir şəhid anası kimi Sizə müraciət edirəm ki, paylanan 11 min manat müavinətdən mənə yoxdur. Mən yoldaşım uşaq öləndən sonra iki gözdən əlil olub, əlimlə aparıb, gətirmişəm. O, heç bir yerə qol çəkməyib. Mən onu qol çəkdirməliydim. Mən də bunu etməmişəm. Mən özüm də xəstəyəm, ödüm götürüləsidir. Mədəm yoxdur. Mən dərdimi kimə deyim, kimə danışım”.

“Bu şəhidlə bağlı bütün məlumatlar səhvdir, yalandır”

Şəhidin qardaşı Aqil Məmmədov isə dedi ki, “Hürriyyət” qəzetində yazı dərc olunandan sonra da prezident İlham Əliyevə, Mehiban xanıma, Ali Məhəmkəməyə müraciət ediblər: “Heç bir cavab gəlmədi, heç maraqlanan da yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyinə də onlayn məktub göndərmişəm, hələ də cavab yoxdur. Həmin Nazirliyin saytında qardaşımn adını, soyadını, ata adını yazıram, onun ölüm və doğum tarixləri səhv göstərilir. Doğum tarixi fevralın 18-də olduğu halda, iyunun 7-si yazılıb. Elə yalanlarından biri də budur. Qaradaşım şəhid olduğu gün 1994-cü il yanvarın 17-dir, 15-i yazıblar. Ümumiyytlə, bu şəhidlə bağlı bütün məlumatlar səhvdir, yalandır”.

Maraqlıdır ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatının İdarə heyətinin sədr müavini Aftandil Hacıyev bir neçə gün öncə mətbuta verdiyi açıqlamada “şəhid pulu istəyirlər, amma şəhidin adını yazmırlar. 99 nəfər şəhid pulu almadığına görə ərizə yazıb. Onlar heç ad yazmayıb və hansı şəhidin yaxını olduğunu demirlər. Sadəcə nömrə qoyublar. Biz onların hər biri ilə əlaqə saxlamışıq. Gələn hər bir şikayət araşdırılır. Digərlərinə isə aidiyyəti qurumlardan sənəd alındıqdan sonra cavab veriləcək”,- deyir.

Aftandil Hacıyev cənablarının nəzərinə çatdırırıq ki, şəhid Adil Məmmədovun adını “Hürriyyət” qəzetində açıq yazmışıq. Şəhidin ailə üzvlərinin şikayəti də hər kəsə bəllidir. Ancaq aidiyyatı qurumlar cavab vermək istəmir. Lakin Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatının Şəki rayon şöbəsi ailə üzvlərinə deyib ki, 1994-cü ildə sizə 200 min manat verilib. Şəhid ailəsi isə həmin vaxt və yaxud başqa vaxt 1 qəpik də pul almadığını deyir. O baxımdan, bu məslənin ciddi araşdırmağa ehtiyac var.

Məsələni aydınlaşdırmaq məqsədilə Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatı ilə əlaqə saxlasaq da, qurumdan bildirdirlər ki, yazılı müraciət edin, araşdıraq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY