“Televiziyalarımızda müharibəylə, işğalla və soyqırımla bağlı silsilə verilişlər gündəmdə deyil...”

09:11 13.04.2018 480
“Televiziyalarımızda müharibəylə, işğalla və soyqırımla bağlı silsilə verilişlər gündəmdə deyil...”
Bu gün Türkiyə televiziyasında “Savaşçı” və “Söz” kimi filmlər təqdim olunur. Çəkilən filmlərin əsas mahiyyətini ordunun ölkənin suverenliyini qorumaq üçün düşmənə qarşı mübarizəsi təşkil edir. Təqdim olunan filmlər həm də bizim izləyicilərin də marağına səbəb olub. Hər həftə bu filmin hər seriyasını səbirsizliklə gözləyən adamlar var. Bəs bu gün bizdə niyə belə bir filmlər çəkilmir? Çəkilən filmlərin isə çoxunda milli ideologiya ilə bağlı heç bir şey yoxdur.

Moderator.az-ın suallarını cavablandıran kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bildirib ki, belə filmlərin çəkilməməsinə səbəb kino mədəniyyətinin dövlət səviyyəsində peşəkar insanların əlində olmamasıdır:

“Mən həmişə bunu demişəm: kino təkcə sənət əsəri deyil, kino həm də ideoloji təbliğat vasitəsidir. Sözsüz ki, bu ideologiyaya dövlətin daxili, xarici siyasəti və əxlaqi mənəvi dəyərləri daxildir. Kinonun bir çox janrları var. Sovet dönəmində bütün mövzular planlaşdırılırdı. Bu sistemlə çəkilən filmlərimizə indi də çox fərəh hissi ilə baxırıq. Bu gün belə filmlərin çəkilməsinin obyektiv səbəbi kino mədəniyyətinin dövlət səviyyəsində peşəkar insanların əlində olmamasında irəli gəlir. Bu, sistem şəklində formalaşmalıdır və dövlət səviyyəsində nəzarətdə olmalıdır. Bu işlə məşğul olan elm və sənət adamları məsul olmalıdırlar”.

Şeyx Əbdül filmə çəkilənlərin çoxunun öz yaxınları olduğunu qeyd edib:

“Hansısa yollarla pul tapıb film çəkirlər. Bunların kino mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Pul tapıb filmə biri baldızın, o biri qaynanasın və başqası da bacanağın çəkir. Bunlar planlaşdırılmış şəkildə sistemləşdirilmiş sənət deyil. Ona görə də icmaiyyət də çaş-baş qalır. Boş yerə ortada pullar xərclənir”.

Şeyx Əbdül Türkiyədəki kimi filmlərin bizdə çəkilməsinin vacibliyini vurğulayıb:

“Kino ədəbi materialdan başlayır. Mövzular planşadırılır və maliyyə ayrılır. Bu da tapşırılır dövlət nəzarətində olan peşəkar insanlara. Bizə belə filmlər lazımdı. Azərbaycan müharibə şəraitində olan ölkədir. Biz milli soyumuza kökümüzə qayıtmalıyıq və milli ideologiyamızı bərpa edərək böyük işlər görə bilərik. Hesab edirəm ki, bu gün Azərbaycan xalqının hər şeydən çox təbliğata ehtiyacı var. Dünyanın heç bir yerində dövlət kino üçün pul ayırmır. Azərbaycan yeganə dövlətdir ki, kinoya böyük məbləğdə pul ayırır. Dövlətimizin rəhbəri nə lazımdırsa, edir”.

Şeyx Əbdül bildirib ki, efirlərimizdə yemək bişirməyə vaxt ayırırlar, tarixi verilişlər isə yox:

“Televiziyaların bozbaş bişirməyə bu qədər vaxt ayırmağına nə ehtiyac var. Bu yalançı həkimləri nə qədər təbliğ edərlər. Ailə məsələlərini nə qədər efirdə müzakirə edərlər. Televiziyalarımızda müharibəylə, işğalla və soyqırımla bağlı silsilə verilişlər gündəmdə deyil. Səhərdən axşama kimi xörək bişirməklə məşğuldurlar.”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ