Impera
XƏBƏR LENTİ
14:14MN: Düşmən Tərtər və Ağdamı atəşə tutub – RƏSMİ14:10Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi12:31Yoxa çıxan qadını tapmaq üçün evinə gəldilər, qarşılaşdıqları mənzərədən şoka düşdülər – FOTO12:13Şortikdə gələn oğlan imtahan binasına buraxılmadı: “Camaatın anası, bacısı var” – BDYP-dən ŞİKAYƏT12:11Gələn ay məktəblər bağlanır?12:10Moped və motosiklet sürücülərinə XƏBƏRDARLIQ EDİLDİ12:07Bakıda dəhşətli hadisə: Yaralılar var - Hadisə yerindən video17:12Azərbaycanda yeni telekanal açılır - VİDEO17:09Azərbaycanda məktəblər yenidən BAĞLANACAQ — AÇIQLAMA17:07Operativ Qərargah: Şəkidə bazar 3 günlük bağlanıb17:01Azərbaycanda koronavirusun ikinci dalğası barədə ÜST-dən diqqətçəkici proqnoz - Azərbaycan nələrin hesabına xilas olacaq?16:59Korrupsioner məmurlar və Ramiz Mehdiyevin Komissiya sədri kimi yarıtmaz fəaliyyəti olmasaydı – Lakin Prezident keyfiyyətcə yeni mərhələ aça bilir...16:56Korrupsioner məmurların həbsi davam edəcək16:31Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı15:04Hər gün balqabaq yeyin- Kişi və qadınlarda seksual gücü artırır15:03Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - Fotolar15:01Bu gün bürcünüz sizə nələr vəd edir14:59Belarus Qərblə dövlət sərhədlərini bağlayır – “Biz buna məcburuq!” - Lukaşenko14:55İki başlı uşaq doğuldu - FOTO14:46Dövlət qurumlarının "COVİD 19" tenderləri... - İLGİNC SİYAHI14:36BÖHRAN: Azərbaycanda maaş azalır... - "Artması üçün illər tələb olunacaq"14:35Bu gün Milli Musiqi Günüdür14:32Başçının 5 villası var, vətəndaş isə...14:31«Əgər dərs saatını direktora “yaxınlaşmaqla” almaq mümkündürsə, bu layihələr kimə lazımdır?» — TƏHSİL NAZİRİNİN DİQQƏTİNƏ...10:27“Medianın müasir tələblərə uyğun dəyişilməsinə ehtiyac var" - Video10:24"Fəxri adların verilməsində sui-istifadə halları olub"10:22Qurban Məmmədovla Cavid Qurbanovu nə birləşdirir? - 35 minlik "paket"in missiyası ilə bağlı sensasion iddialar...10:20Karantin qaydaları yenə sərtləşəcək? – Baş infeksionistdən cavab10:18Sahil Babayevin işçilərinin DƏFN PULU özbaşınalığı... - NARAZILIQ...10:14Xalq artisti məhkəməyə verildi - SƏBƏB10:12Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir - Özbaşınalıq16:35Görəsən niyə müvafiq dövlət qurumları tədbir görmür ? və yaxud Elman Nuriyevin qanunsuz əməllərini kim ört-basdır edir16:24Təbiətə vurulan 60 minlik ziyana görə cinayət işi başlandı14:37İmişlidə Rəsullu sukanalı adlanan ərazidə əcaib mənzərə - satılan kanal, tikiliən obyektlər, yayılan xəstəliklər(VİDEO)14:34İcra başçısı töhmətdən nəticə çıxarmadı – Süleyman Mikayılovu nə gözləyir?14:33Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ14:30Operativ Qərargahdan gecikmiş etiraf: - 6 ayın məsuliyyətini kim daşıyacaq?14:29ASC sədri Ceyhun Nəcəfov həbsin bir addımlığında-FAKTLAR14:28Muxtaroğlu-VM şirkətindən şikayət: “Mənə 13 600 manat ziyan dəyib”14:26Gəncə təhsilində nələr baş verir? - İDDİA12:18"Azərişıq ASC" ti işçiləri necə istismar edir-VİDEO10:44Beyləqanda dövlətə şərik məmur var... - İTTİHAM10:42Dövlət orqanlarının saytları qarşısında yeni tələb qoyuldu10:40“İndiki gənclərin nə başı, nə də ürəyi işləyir” - Aktyorları tənqid etdi10:35Falçılar “Azenco” şirkətinin rəhbərinin xanımının 217 min manatını necə ələ keçirdilər?10:30Hotellərdə monitorinq prosesi ilə bağlı növbəti media tur təşkil olunub - FOTOLAR10:25Günün ulduz falı: 17 sentyabr, 202010:23İran səfiri: Qeyrətli xalq işğalı qəbul etmir10:20İki icra başçısına xəbərdarlıq edildi10:17Azərbaycanda dəhşətli hadisə: Kənd müəmmalı şəkildə yanır - 4 ev, 10-a yaxın... (VİDEO)10:14Azərbaycanda ikinci dalğa bu formada keçəcək - Virusoloq şərh etdi10:10Baş nazirdən yeni qərar - Dəyişiklik edildi23:09Əli Əhmədovun dəbdəbəli bağ evi – O, burada Əli Həsənovu və digərlərini qəbul edirmiş23:02Azərbaycanın yeganə yolu budur: - “Ancaq güc, ancaq silah...”22:59Övladlığa uşaq götürən MƏŞHURLARIMIZ22:56Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - ETİRAZ22:49Goranboy İcra Hakimiyyətində yeni TƏYİNATLAR16:53Zakir Həsənov orduya əmr verdi16:48Əli Həsənovun oğlu bu qızıl unitazdan istifadə edirmiş... - FOTO16:40Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı müəyyənləşdi16:22"Oqtay Əsədovun qudası Samuxda insanlara zülm edir..." - İTTİHAM16:21AMEA-dan şok məqalə: - Müdafiə, yoxsa dövlətə qarşı çağırış?!16:19Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM16:186 gün əvvəl yaranan şirkət tenderin qalibi elan edilib09:52Tərtərdə yük maşını atlını vurub öldürdü09:51İdarə rəhbəri qoyulan qadın Bakıda ər evində, qaynata başçıya hesabat verir – AĞDAMDA İLGİNC OLAY09:49Sərnişinlər niyə marşrut avtobuslarından şikayət edir? - VİDEO09:44Mübariz Mənsimov məhkəmədə ifadə verdi09:42Kreml nə istəyir: “Ermənistanın təxribatlarını Rusiya diktə edir”13:01Qəddafinin milyardları hara yoxa çıxdı?12:59Diabetin faizi niyə qalxır? - Professor AÇIQLADI12:57“99 nəfərdən ancaq biriniz sağ qalacaqsınız” SMS-ni alan gənc qəribə vəziyyətdə öldü08:09Tоfiq Yaqublunun işində şahid olduğu deyilən şəxs danışdı - VİDEO08:07Azərbaycanda televiziya rəhbəri vəzifəsindən uzaqlaşdı - FOTO08:05Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür21:23Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO21:18İrəvan Bakı və Ankaraya qarşı yeni çirkin oyuna BAŞLADI17:01Nadir Qafarzadə ağlayaraq yardım istədi17:00Prezident yeni Sərəncam imzaladı16:58Təhsil naziri yeni tədris ili ilə bağlı ƏMR İMZALADI16:57Xüsusi karantin rejimiylə bağlı yeni qərar qüvvəyə mindi - SİYAHI16:53Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, sabah səhər saatlarından...- RƏSMİ16:52“Övladlarını elə tərbiyə etməlidirlər ki, Azərbaycan dilini bilsin”16:49Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – İDDİA10:29İctimai Nəzarət Koalisiyasının rayon təşkilatları İSTEFA VERDİ - "Rasim Məmmədov prezidentə yox məmurlara dəstək olur"(VİDEO)10:26Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!10:21Astarada gəlin qayınatasını bıçaqlayıb10:12AzGranata-nın məhsulların üzərində qeyd olunmuş məlumat nə dərəcədə düzgündür - FOTO10:04Bu gündən Bakı metrosu açılır10:03Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı - FOTO10:01GƏDƏBƏYDƏ TARİX TƏKRARLANIR və ya Gədəbəy MRX-na ayrılan 1 milyon manat hara gedib FOTO09:54Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?16:02“Binə” Ticarət Mərkəzi açılır - FOTO16:00Ata qızına təcavüz etdi - Bakıda dəhşətli hadisə15:57Bakıdan rayonlara qədər olan yol məsafələri - SİYAHI15:53Kamran Əliyev Nizami Xudiyevin oğlunu işdən çıxardı14:15Tanınmış rejissor televiziyadan getdi - FOTO14:11BNA-nın əməkdaşları Bakıda insanları niyə izləyir? - Millət vəkili hər şeyi açıqladı... / VİDEO14:07Siyavuş Novruzov YAP-ın qərargahını tərk etdi21:18Lalə Azərtaş ATV-dən gözyaşları ilə ayrıldı
BÜTÜN XƏBƏRLƏR

Bakı yalnız Moskvanın israrı ilə hərbi yola əl atmır... - GƏLİŞMƏ

26 Kas 2018, 15:39   
Bakı yalnız Moskvanın israrı ilə hərbi yola əl atmır... - GƏLİŞMƏ

Ermənistanla Rusiyanın münasibətlərində növbəti kritik məqam yaxınlaşır. Gələn həftə - dekabrın 6-da Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT, “Rus NATO-su”) üzv dövlətlərin rəhbərlərinin sammiti keçiriləcək. Toplantıda əsas intriqalı mövzu təşkilatın baş katibinin seçilməsi məsələsi olacaq.

Bu mövzunun ən çox işğalçı ölkənin yeni rəhbərliyi üçün prinsipial önəm daşıdığı sirr deyil. Əvvəla, sammitdən cəmi 3 gün sonra - dekabrın 9-da Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Baş nazir əvəzi Nikol Paşinyan isə çox istərdi ki, seçkilərə “Peterburq zəfəri” ilə getsin və müxalifətin əlinə əks-təbliğat üçün tutarqa verməsin. Yəni İrəvan vaxtından əvvəl geri çağırdığı erməni baş katib Yuri Xaçaturovun yerinə başqa bir erməninin təyinatına nail olmağa çalışır. İkinci yandan, nə qədər paradoksal olsa da, Ermənistan həm də bir “qürur məsələsi”nə görə bunda israr edir. Vassal ölkənin qüruru da varmış...

Ancaq gerçək belədir ki, blokun əsas üzvləri - Rusiya, Belarus və Qazaxıstan Paşinyanın “bir suya iki dəfə girməsi”nə qarşıdır və ona yaxşı mənada seçki sürprizi etmək istəyindən uzaqdır. Əks halda üstəlik, belə qənaət yaranacaq ki, cırtdan və satellit Ermənistan təşkilatla istədiyi kimi davranır, üzv ölkələrə qarşı şərtlər və tələblər irəli sürür və hədəfinə çatır. Başqa sözlə, digər üzv dövlətlər Ermənistandan da naqolay duruma düşəcək.

*****

“Yeni Müsavat” bu yerdə xatırladır ki, KTMT-də baş katib böhranını bir neçə ay öncə elə Nikol Paşinyan özü yaradıb - Moskva, Minsk və Astana ilə məsləhətləşmədən Yuri Xaçaturova qarşı cinayət işi qaldırmaqla. Kremldə hesab edirlər ki, bununla İrəvan ilk növbədə təşkilatın imicinə zərbə vurub və ona görə də qarşılığını Paşinyan hansısa şəkildə ödəməlidir. Az sonra isə İrəvan Xaçaturovu baş katiblikdən geri çağırıb və yerinə başqa namizəd irəli sürüb. Beləcə, öz demarşı ilə ən çox Moskvada qəzəb doğurub.

Onu da nəzərə alsaq ki, baş katib seçkisi konsensusla həll olunur, o zaman Ermənistanın istəyinin baş tutmayacağı indidən aydın olar. Ayrı sözlə, N.Paşinyanın planı keçməyəcək və o, “əkdiyini biçməyə” başlayacaq. Proses artıq başlayıb: təşkilatda Ermənistana etimad hazırda kəskin şəkildə aşağıdır. Hətta blok üzvü olmayan Azərbaycan orada qat-qat böyük nüfuz və hörmət sahibidir.

Ermənistanın KTMT-dən çıxarılmasının gündəmə gələcəyi də istisna edilmir. Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan isə jurnalistlərə açıqlamasında sanki qabaqdangəlmişlik edərək bildirib ki, “əgər atacağımız addım maraqlarımıza cavab versə, o zaman Ermənistan KTMT-ni tərk edə bilər”.

Azərbaycanla Ermənistanın bir-biri ilə müharibə vəziyyətində olduğu da nəzərə alınarsa, prosesin yekununda nələrin olacağı maraq doğurur. Bu yöndə ekspertlərin proqnoz və gözləntilərini təqdim edirik.

*****

“Paşinyan Xaçaturov məsələsindən heç nə udmadı”. Bunu erməni KİV-ə açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib. Onun sözlərinə görə, KTMT daxilində yaşanan böhranın tək səbəbi Ermənistandır.

“Hər şey Paşinyanın Xaçaturova ittihamlar səsləndirməsi ilə başladı. Ermənistan bundan nə uddu? Heç nə, əksinə, uduzdu. Putin Soçidə Paşinyanla ilk görüşündəcə ona bu haqda demişdi. Demişdi ki, hələlik tarixlə haqq-hesab çəkmək vaxtı deyil, Ermənistan daxilində sizin ürəyinizcə olmayan insanlar arasında təmizlik aparın, yeni hökumət formalaşdırın, hər şeyi dəyişin, ancaq Xaçaturov səviyyəsində olan və KTMT-yə üzv 5-6 ölkənin prezidentləri səviyyəsində toxunulmazlığa malik məmurlara toxunmayın”, - deyə o bildirib.

Lakin artıq məlumdur ki, Paşinyan Putinin xahişini yerə salıb.

Başqa bir tanınmış rusiyalı politoloq, PolitRus İnformasiya Analitik Portalının qurucusu və rəhbəri Vitali Arkov Ermənistanın yeni hökumətinin sələfləri kimi Kremli şantaj eləmək taktikasını davam etdirdiyi qənaətindədir. KTMT-dəki böhranla bağlı axar.az-a (rus versiyası) verdiyi açıqlamada o, bununla İrəvanın bir neçə hədəfə nail olmaq istədiyini söyləyib.

“Birinci hədəf odur ki, təşkilatda öz üzvlüyünü müvəqqəti dayandırmaq hədəsi ilə İrəvan Azərbaycanın təşkilata müşahidəçi və ya tərəfdaş kimi qoşulmasına mane olmaq istəyir. İkincisi, eyni hədə ilə və NATO ilə təmasları artırmaqla Moskvanı daha əli açıq eləməyə ümid edir. Söhbət təkcə kreditlə İrəvana yeni partiya silahların verilməsindən yox, həm də faktiki, havayı verilməsindəm gedir. Üçüncüsü isə getdikcə daha aydın şəkildə görünür ki, Ermənistanın yeni rəhbərliyinin KTMT ilə bağlı siyasəti NATO və ABŞ-ın marağında, istisna eləmirəm ki, həm də nəzarətindədir”.

Politoloqa görə, Ermənistanda anti-Rusiya ovqatı qalib gəlsə, o zaman bu ölkə özünün bütün problemləri ilə təkbətək qalmalı olacaq: “Ermənistan qərara gəlib ki, daha Rusiyanın müttəfiqi olmasın. Qoy onda öz problemlərini, o sırada Azərbaycanla problemini özü həll eləsin. O Azərbaycan ki, Qarabağ məsələsini hərbi yolla həll eləmək fürsətini yəqin ki, əldən buraxmayacaq”.

Lakin politoloq şübhə eləmir ki, Bakının hərbi əməliyyatları, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərindən kənara çıxmayacaq. “Aydındır ki, Azərbaycan Ermənistan ərazisinə qəsd etməyəcək ki, bir növ Ermənistanla yerini dəyişərək bu dəfə o, təcavüzkar ölkə statusuna düşməsin. Ancaq Bakı hərbi əməliyyatlara başlamağa istənilən an hazırdır. Əminəm ki, bunu indi o, sırf Moskvanın xahişinə görə eləmir. Lakin Moskvanın Paşinyanın özbaşınalığına dözümü sonsuz deyil”, - deyə ekspert İrəvana xəbərdarlıq edib.

*****

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov isə Paşinyanın son davranışlarını Ermənistanın Avropa və ABŞ-ın təsir dairəsinə keçmək planlarının və istəklərinin təzahürü sayır.

“Bunun müxtəlif sahələrdə şahidi olacağıq. Hələ bundan sonra Avrasiya İqtisadi Birliyinin iclaslarında, beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə də bu cür hallar yaşana bilər. Yəni hazırda çox ciddi proseslər gedir. İnanmıram ki, bu prosesə dekabrın əvvəlində son qoyulsun. Növbəti iclasa qədər bu ziddiyyətlərin aradan qalxacağı inandırıcı görünmür. Bu ziddiyyətlərdə kompromisə gəlmək nə Paşinyanın, nə də qarşı tərəfin marağındadır. Ona görə də güman edirəm ki, Sankt-Peterburq görüşündə ya müvəqqəti olaraq, Rusiya nümayəndəsinin bu vəzifəni icra etməsi qərarına gələcəklər, ya da problemin həlli növbəti iclasa qalacaq. Bu məsələ belə də uzanacaq” - politoloq vurğulayıb.

E.Namazovun sözlərinə görə, gec-tez bu ölkələr açıq şəkildə istəklərini dilə gətirəcək: “Tərəflərdən birinin siyasi səhnədən getməsini biz müşahidə edəcəyik. Görünən odur ki, zəif tərəf Ermənistandır. Ermənistan hakimiyyətinin həm daxili, həm də xarici siyasətdə durumu getdikcə daha da pisləşəcək. Bu prosesdə Azərbaycan hər zaman öz ərazi bütövlüyünü bərpa etməyə, bu vəziyyətdən istifadə edib Qarabağ problemini həll etməyə və son nöqtəni qoymağa hazır olmalıdır”.
0
OXŞAR MÖVZULAR