REAL-la AXCP arasında dava yenidən qızışdı

10:53 22.11.2018 509
REAL-la AXCP arasında dava yenidən qızışdı

AXCP və REAL arasında dava yenidən qızışıb. Buna səbəb AXCP sədri Əli Kərimlinin şənbə günü saxlanılıb, iki gündən sonra azadlığa buraxılması və bununla bağlı REAL-ın sərgilədiyi mövqedir. Cəbhəçilər iddia edirlər ki, REAL AXCP sədri həbs edilərkən onu gözlənildiyi kimi müdafiə etməyib.

Sosial şəbəkələrdə açılan müzakirələrdə REAL rəhbəri İlqar Məmmədov həbsdə olarkən Ə.Kərimlinin sona qədər onu müdafiə etdiyi bildirilir.

AXCP-yə ittihamlardan biri də budur ki, Əli Kərimli məqsədli şəkildə belə şou düzəldib və bununla gündəmə gəlib.

Bu məsələlərlə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli ilə əlaqə saxladıq. Partiya funksioneri “Yeni Müsavat”a açıqlamasında dedi ki, İlqar Məmmədov Əli Kərimlinin saxlanılması ilə bağlı sosial şəbəkələrdə öz fikirlərini bildirib: “Bunun doğru olmadığını qeyd etdi. Eyni zamanda bunun Azərbaycan üçün beynəlxalq aləmdə, o cümlədən Avropa Birliyi və Şurası ilə danışıqlarda müəyyən problemlər yarada biləcəyi ilə bağlı mövqeyini sərgilədi. Əli bəy İlqar Məmmədov həbs edilərkən onu müdafiə etmişdi. Biz bunu danmırıq. Buna görə dəfələrlə təşəkkür bildirmişdik. Amma onu da bildirim ki, İlqarın məhkəməsi başlayandan bir il sonra Əli Kərimli onun məhkəməsində iştirak etdi. REAL-ın rəsmilərinin hər biri Əli Kərimlinin saxlanılması ilə bağlı öz mövqeyini bildirib. Partiya olaraq bəyanat verməməyimizin səbəbi iqtisadi terminlə desək, bəyanatın devalvasiyaya uğramasıdır. Çünki bəyanatın arxasında hər hansı bir hərəkətlilik yoxdursa, bəyanat sözünün anlayışı ciddi mənada gözdən düşüb. Bu baxımdan bəyanat verməyə lüzum görmədik. AXCP üzvləri tərəfindən səsləndirilən ittihamların heç bir əsası yoxdur. Burada heç bir problem görmürəm”.

N.Cəfərli AXCP sədrinin həbsinin nəyə və kimə lazım olduğu barədə gedən müzakirələrə bu cür izah verdi: “Bu həbs kimə və nəyə lazım idi? Açığı, bununla bağlı müxtəlif fikirlərin dolaşdığının mən də şahidiyəm. Əslində REAL olaraq biz ölkədə ciddi bir platforma, təşəbbüslə çıxış etdik. Azərbaycan Konstitusiyasının müvafiq maddəsinə uyğun olaraq qanun layihələri təklifləri hazırlayıb parlamentin müzakirəsinə təqdim etməyi düşündük. Bununla bağlı ilkin açıqlamalarımız da oldu. Artıq bununla bağlı 40 min imza üçün imzatoplama kampaniyamız da başlayıb. Biz çalışırıq ki, siyasəti, iqtidar-müxalifət münasibətlərini sivil çərçivəyə salaq. Bununla da ölkədə proqramlar, qanun layihələri, siyasi təkliflər üzərindən oturuşmuş bir siyasi abı-hava yaransın. Bu da cəmiyyət tərəfindən çox ciddi qarşılanmışdı. Böyük bir dəstək də görürdük. İmzatoplama kampaniyamız artıq 4 gündür başlayıb. İnsanların aktivliyini açıq şəkildə görürük. Təkcə bir faktı deyim ki, imza toplamaq üçün qeydiyyatdan keçən könüllülərin sayı yüzlərlədir. Biz siyasəti yeni bir platformaya gətirmək üçün sona qədər çalışacağıq. Əli Kərimlinin həbs edildiyi gün gündəm əsasən bundan ibarət idi. Sosial şəbəkələrdə də bu əsas müzakirə mövzusuna çevrilmişdi. Hətta çox yaxşı bir hal idi ki, dövlət qurumlarından, nazirliklərdən bu məsələ ilə bağlı adımızı çəkməsələr də, müxtəlif reaksiyalar gəldi. Siyasi bir gündəm, diskussiya abı-havası yaranmaq üzrə idi. Sanki bu vəziyyət kimlərinsə xoşuna gəlmirdi”.

REAL funksioneri düşünür ki, belə bir vəziyyətdə Əli Kərimlinin məlum olay üzrə saxlanılması düşünülmüş plan və məqsədi gündəmi dəyişmək olub: “Siyasi təkliflərlə çıxış edən müxalifət liderinin deyil, başqa bir siyasi gücün önə çıxmasını sanki lazımlı bildilər. Belə bir addımlar atılmaqla REAL-ın siyasəti konstruktiv çərçivəyə və siyasi müstəviyə gətirmə cəhdləri sanki kölgədə saxlanılmağa çalışıldı. Bu cür vəziyyətin yaradılması Azərbaycan siyasəti üçün elə də yaxşı hal deyil. Biz bu gün də, sabah da çalışacağıq ki, siyasətin dili, üslubu, danışığı, gündəmi proqramlar, sənədlər, qanun təklifləri üzərində olsun. Yəni siyasət forması bu yöndə diskussiyalara səbəb olsun. Siyasəti qorxulu bir sənət, iş, həbslər, təqiblər kimi təqdim etməyi artıq 25 ildir görürük. Bu cür hallar xalqın siyasətdən daha da kənarda qalmalarına səbəb olur. Ona görə də biz çalışacağıq ki, cəmiyyətə verdiyimiz mesajlara, gördüyümüz işlərə uyğun şəkildə siyasəti yenidən mədəni bir çərçivəyə salaq. Bu qanun layihələrindən sonra növbəti təkliflərimiz, mövqe sənədlərimiz və qanun layihələrimiz olacaq. Çalışacağıq ki, iqtidar-müxalifət münasibətləri bu qanunlar, sənədlər üzərində sivil qaydada diskussiyalara səbəb olsun. Hazırda müxalifətdəki abı-hava kimlərəsə sərf etsə də, REAL-a əsla sərf edə bilməz
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”