Impera
XƏBƏR LENTİ
16:39DİN-dən yeni təyinat16:38Bu da çıxdı - Bənövşəyi çörək16:37Aleksandr Lukaşenko: “Tərkibə daxil olmağa hazırlaşmırıq. Hətta qardaş Rusiya ilə də”16:36Yerə yıxılan köməksiz yaşlı xanıma lağ edib gülürdülər16:28Bu il 16 icra başçısı işdən azad edilib - SİYAHI16:26Ağdamda silahlı insident - Faktla bağlı cinayət işi başlanıb16:25Atanın dovşana tuşladığı güllə oğlunu öldürdü16:24Əslən azərbaycanlı olan Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı16:23Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı15:01Nazirlər Kabineti qeyi-iş günləri ilə bağlı açıqlama13:46Azərbaycanlı qadın İsveçdə deputat oldu13:45Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi: "Oğrudan oğruya halaldır"13:37DSMF-nin Gədəbəy rayon şöbəsi müdirindən ŞİKAYƏT - FOTOLAR13:33Orxan Məmmədov GÜLLƏLƏNDİ13:25Parlament necə olmalıdır? – Ekspert rəyi11:02Keçmiş daxili işlər naziri: “Mən İsgəndər Mulikov, vicdansız, satqın və rüşvətxoram...” - Video10:59Görün Putin Serbiya prezidentinə nə hədiyyə etdi?10:54XİN başçıları arasında görüş 3 saatdan çox davam edib10:53Bakıda avtobus sürücüsü piyadanı döyüb10:49Pompeo Netanyahu ilə İranı və İsrailin təhlükəsizliyini müzakirə edib23:00İtən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşdü22:57İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı22:51​Müğənni İbrahim Borçalı sevənlərə BƏD XƏBƏR - FOTO22:49Azərbaycanda 7 aylıq hamilə qadın hamamda öldü22:47SON DƏQİQƏ!!! Silahlı Qüvvələrin kapitan rütbəli zabiti vəfat etdi22:45Baş nazirin həyat yoldaşının adı azərbaycanlı qızla birlikdə qalmaqalda hallanır16:39“Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi — VİDEO16:36Əli Əsədov sərəncam imzaladı: Yeni təyinat16:29DƏHŞƏTLİ OLAY: Elektrik yuvasına qoşulu olan mobil telefon gəncin həyatına son qoydu16:23Mətbuat Şurası AzTV-nin əməkdaşı ilə bağlı Rusiyaya müraciət etdi13:46Şəhid kapitanımızın övladı ilə ürək dağlayan son görüşü - VİDEO13:40Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlər var13:39Əmanətçilərə bəd xəbər – Açıqlama13:35Rusiyada kişi yoldan keçənləri və polisləri güllələdi13:34Bakı polisi siqaret çəkən uşaqlara qarşı hərəkətə keçdi13:27Bu gün Prezidentin sorğusuna baxılacaq13:26Qadın keçmiş ərini hədələdi, yeni doğulan uşağı öldü13:25II Yelizaveta NATO-nun yubileyi münasibətilə sarayında ziyafət verdi - Foto13:24Bakıda polisi maşın vurdu13:22Niyazi Bayramovun yanlış kadr siyasəti və Xocalıdan olan gənc alimi Elmar Vəliyevçi adlandıraraq işdən kənarlaşdırması13:19Ermənistan MTX: Ordumuz barədə sosial şəbəkədə yazışmayın22:51Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Yaşıl Strategiya”-ya keçir22:40Bakıda bu məktəbdə TƏHLÜKƏ - şagirdlər müvəqqəti digər təhsil müəssisəsinə KÖÇÜRÜLDÜ22:02Deputatların xarici səfərləri ləğv olundu22:00Danimarka ABŞ-ın ərazi iddialarına cavab verdi21:59Baş nazir poçt işçilərinə görə istefa verdi21:58SON DƏQİQƏ! Xalq artistinin vəziyyəti pişləşdi21:56Xanəndələrdən Elzaya cavab: "Muğam haqqında başqa bir şey demək absurddur"14:22Banklara qoyulan depozitlər azalıb14:20Rusiya və Belarus birləşir: ilkin razılaşma əldə olundu14:17Pendir istehsal edən müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb13:5723 yaşlı qadın dəm qazından boğulub13:55Əflatun Amaşov Əli Həsənovun gedişindən danışdı13:40Aktrisa: "Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da"13:39İranda zəlzələ olub13:05Bakıda yeni polislər işə başlayır13:03Vilayət Eyvazov yeni rəis təyin etdi12:10Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı – GİZLİN ÇƏKİLİŞ – VİDEO22:18Prezident Zeynal Nağdəliyevə yüksək vəzifə verdi22:17Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM22:15İlham Əliyevdən Fuad Ələsgərovla bağlı - SƏRƏNCAM22:09İlham Əliyev Dövlət Neft Fonduna İcraçı direktor təyin etdi22:05İlham Əliyev Eldar Nuriyevi vəzifəsindən azad etdi21:53Bakıda məktəbli yanğından təxliyə zamanı özünü binadan atdı - Fotolar21:47Prezidentin yüksək vəzifə verdiyi İsrafil Məmmədov kimdir? - DOSYE/FOTO21:44İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO21:41Şəhid pilotun xanımı haqqını tələb edir21:39Bitərəf deputatlar da Milli Məclisin buraxılmasını təklif etdilər21:37Əli Həsənov vəzifədən azad edilməsinə münasibət bildirdi - MƏTN21:35İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM21:34Süleyman İsmayılov PA-da şöbə müdiri təyin olundu13:082020-ci ilin dövlət büdcəsi qəbul edildi13:07Putinin təyyarəsinin Bişkekə riskli enişi13:02Vasif Talıbov yeni - SƏRƏNCAM13:01Gürcüstanda etirazçılarla polis arasında qarşıdurma yaranıb12:57Azərbaycanda küçəyə 8 aylıq qız uşağı atıldı10:47Baş Nazirdən VACİB QƏRAR10:44Bir ailənin 4 üzvü qidadan zəhərlənib10:42Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar10:39Sadiq heyvan sahibini qəbirdən çıxarmağa can atdı – VİDEO20:27Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!20:25300 azərbaycanlı deportasiya edildi20:23Tramp ABŞ-ın NATO xərclərini azaldır20:21BDU daha bir tələbəsini itirdi20:20İraqda etirazçılar diplomatik nümayəndəliyin binasını yandırdılar20:16Nazirlər Kabinetinin əməkdaşı qəfil vəfat etdi20:14Ruhani Azərbaycanla bağlı mühüm mesaj verdi20:13Prezidentin bu fotosu sosial şəbəkələrdə gündəm oldu20:00Şagirdlər avtobusdan pulsuz istifadə edəcək - Deputatdan açıqlama19:52Vilayət Eyvazov Əkbərovu yeni vəzifəyə TƏYİN ETDİ19:51Keçmiş prezidentin nəvəsinə qarşı korrupsiya ittihamı: Bakiyev idi, Petrov oldu22:35AMEA-da işə qəbul qaydaları DƏYİŞİR22:34“İqbal Ağazadənin orada yaşaması məni narahat edir”22:32Rusiya ilə Britaniya arasında müharibə başlayarsa... - Hesabat22:27Siyasətçi: "İlham Əliyev çıxışı zamanı bu məsələni qaldıraraq, Paşinyana tələ qurdu"22:25Su polisi əməliyyat keçirib, balıqçı və ovçu saxlanılıb22:21Bakıda YPX əməkdaşını başından bıçaqladılar - dəhşətli anlar kamerada - VİDEO22:06“Space” telekanalından pul tələb olunur22:03Bakıda iki rayonda evlərdə baş verən yanğın söndürülüb22:00Türkan Vəlizadənin arxiv videosu hər kəsi təəcübləndirdi - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Kremlə meydan oxudu: - “Bizimlə hamı hesablaşacaq!..”

21 Kas 2018, 10:52   
Paşinyan Kremlə meydan oxudu: - “Bizimlə hamı hesablaşacaq!..”

Azərbaycan prezidenti İlham Əliyevin Belarusa son uğurlu səfəri işğalçı Ermənistana növbəti “tərs şillə” kimi dəyib. Ən azı 3 səbəbdən.

Birincisi, səfər zamanı xeyli sənəd imzalanıb ki, həmin yeni anlaşmalar da iki ölkə münasibətlərini daha yüksək səviyyəyə qaldıracaq. İkincisi, Belarus Azərbaycana növbəti partiya keyfiyyətli silahlar verəcək. Bakıda həmçinin birgə hərbi müəssisələrin açılması istisna edilmir. Üçüncüsü isə prezidentlər səviyyəsində qəbul edilən birgə bəyannamədə Minskin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha, birmənalı şəkildə öz əksini tapıb, konfliktin ilk növbədə ölkələrin ərazi bütövlüyü, bərabərliyi və BMT sənədləri əsasında həlli vacibliyi vurğulanıb.

Göründüyü kimi, Ermənistanın köklü maraqlarına, o cümlədən Dağlıq Qarabağ məsələsində yürütdüyü destruktiv siyasətə diametral zidd bir davranışdır. Belarus isə Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT - “Rus NATO-su”) üzrə müttəfiqi sayılır. Məhz sayılır. Gerçəkdə isə o, Azərbaycanla qat-qat isti və güclü əlaqələrə malikdir, nəinki Ermənistanla.

*****

Gözlənildiyi kimi, prezident İlham Əliyevin budəfəki səfəri də işğalçı ölkədə əsl isterika doğurub. Siyasilərdən tutmuş, ekspert dairələrinə kimi az qala, hamı prezident Aleksandr Lukaşenkonu asıb-kəsir. Yeri gəlmişkən, bənzər isterika Azərbaycana təxribatçı təbliğat aparan yəhudi blogger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya ediləndə və 2016-cı ilin “4 günlük” aprel savaşı zamanı yaşamışdı. Bəllidir ki, Lapşin məsələsində konkret olaraq, Lukaşenkonun prinsipiallığı həlledici rol oynamış, habelə “4 günlük müharibə” zamanı Belarus Azərbaycanın mövqeyini dəstəkləmişdi (səfir buna görə Ermənistan XİN-ə çağırılmışdı).

Ötən həftə KTMT-nin Astanada keçirilən sammitində də Belarus lideri Azərbaycana münasibətdə eyni sədaqəti göstərmiş, yeni baş katib təyinatında İrəvanı, erməni baş nazir əvəzi Nikol Paşinyanı məyus edən mövqe tutmuş, sammitdən bir neçə gün sonra isə Lukaşenko, üstəlik, sanki İrəvana acıq verirmiş kimi, Azərbaycan səfirini qəbul edərək, Astanada baş verənləri ona - KTMT üzvü olmayan bir ölkənin diplomatına danışmışdı.

“Yeni Müsavat” xatırladır ki, həmin mövqe Ermənistan XİN-də kəskin reaksiya doğurmuş, ardınca Nikol Paşindan analoji mövqe bildirərək, “Belarusdan izahat istəyəcəyini” söyləmişdi. Lakin buna rəsmi Minskin reaksiyası daha sərt olmuşdu. Paşinyan “küçə adamı” kimi, “beynəlxalq prokuror qismində özünü zənn edən” qeyri-adekvat siyasətçi" kimi xarakterizə edilmişdi. Və nəhayət, bütün bu baş verənlərdən az sonra Azərbaycan prezidentinin ermənilərə əzici təsir edən Minsk səfəri...

*****

Bu arada Nikol Paşinyan onun Belarusla bağlı açıqlamasına rəsmi Minskin reaksiyasına münasibət bildirib. “Yeni Müsavat” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, baş nazir əvəzi Qeqaqarkunik vilayətinin vilayət administrasiyasında çıxışı zamanı hədələyici tonda deyib: “Ermənistanın beynəlxalq tərəfdaşları artıq ciddiyə almalıdırlar ki, münasibətlər daha əvvəlki məntiqlə qurulmayacaq və Ermənistan daha özünü kimə görəsə düzənləməyəcək və özünü ona uyğunaşdırmayacaq”.

“Elə təəssürat yaranır ki, sanki çoxları bizə inersiya üzrə balaca ölkə kimi, balaca xalq kimi yanaşır. Ancaq mən demək istəyirəm ki, biz buna dözməyəcəyik. Biz - min illik tarixi olan xalqıq”, - deyə o, ənənəvi erməni yalanları ruhunda, özündən razı şəkildə bildirib.

Bu da hamısı deyil. Paşinyan toplaşanları əmin edib ki, “erməni xalqı və hökuməti ölkənin maraqlarını qorumaq iqtidarındadır”. Ancaq bunu o, necə, nəyin hesabına edəcək, açıqlamayıb. Yalnız bu sözləri əlavə edib: “Ermənistanla hamı hesablaşmalıdır. Və mən söz verirəm ki, bundan sonra hamı hesablaşacaq”.

*****

Erməni baş nazir əvəzi bununla sözsüz ki, ilk növbədə Rusiyanın “bostanına daş atıb”, ona faktiki, meydan oxuyub. Mövcudluğu rusun silahından, hərbçilərindən, təbii qazından asılı olan, xarici ianələrə göz dikən, xarici sərhədlərini belə Rusiyanın qoruduğu cırtdan və forpost bir ölkənin başçısının hamıya, o cümlədən Moskvaya meydan oxuması çox maraqlıdır. Görünür, rəsmi Minskin bəyan elədiyi kimi, Paşinyan heç cür küçə ovqatından çıxıb sərt reallıqların gözünə baxmağa macal tapmayıb.

İkinci yandan, şübhə yox ki, bununla o, həm də Astana fiaskosunu pərdələmək və seçki öncəsi öz reytinqini daha da “gümrahlaşdırmaq” istəyir. Çünki İrəvanın kiminsə onunla hesablaşması üçün nə ciddi siyasi-iqtisadi resursu, nə də siyasi çəkisi və nüfuzu var. Olsa-olsa, Paşinyan Rusiyanı yalnız xarici siyasət kursunu Qərbə dəyişməklə hədələyə və şantaj edə bilər ki, bu da əksər analitiklərə, o sırada yerli erməni təhlilçilərə görə, işğalçı ölkəyə ucuz oturmaz. Bu mənada erməni baş nazir əvəzinin son demarşlarını və pafoslu sözlərini “vobank” getmək kimi də qiymətləndirmək olar...
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR