Impera
XƏBƏR LENTİ
12:47Göygöl sakini kirayə qaldığı evdə bıçaqlanıb12:41Polis 65 yaşdan yuxarı olanları evə göndərdi12:38Karantin rejimini pozan gənclərin ailələrinə xəbərdarlıq edilib12:37Bu gün Milli Məclisin iclası keçiriləcək: Nələrdən danışacaqlar?22:13Fransada təhsil alan azərbaycanlı tələbə: “Bayıra çıxanda icazə kağızı almalıyıq”19:21“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılıb19:18Vergilərin ödənilməsi müddəti uzadıldı19:16“Azəriqaz”dan gözəl addım - Koronovirusa görə19:14BŞBPİ rəsmisi sürücülərə müraciət etdi19:10Koronavirusun ən çox yayıldığı ölkələrin SİYAHISI11:55Bir nəfərə görə 40 min insan karantinə götürüldü11:54Türkiyə milli komandasının sabiq qapıçısı koronavirusa yoluxub11:52TƏBİB-dən koronavirusla bağlı əhaliyə müraciət: Əgər pozitiv çıxsa...11:49Cəbhədə son vəziyyət14:05Bu ölkə koronavirusla mübarizədən imtina etdi14:03Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər14:01Koronavirusla bağlı son rəqəmlər11:50Keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO11:48Ölənlərin sayı artsa da, hökumət koronavirusla mübarizədən imtina edib22:29Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb22:21Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb22:18DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama - Foto22:12Bulvar və parklara girişə QADAĞA15:50Azərbaycanda YPX əməkdaşı sürücünü döyüb? - VİDEO15:44Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır11:40Digər rayonlara da giriş-çıxış bağlandı - VİDEO11:31ABŞ koronavirusa yoluxma sayına görə Çin və İtaliyanı keçib birinci oldu11:29“Google” və “YouTube”un işində nasazlıqlar yaranıb11:24Kommunal ödənişlərlə bağlı güzəşt olacaqmı? - VİDEO12:24Merkelin ikinci koronavirus testi də mənfi nəticə verib12:23ŞAD XƏBƏR - Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ15:13Gürcüstanda koronavirusa yoluxanların sayı 66-ya çatdı15:11Baş nazirin bahalı kreditlərlə bağlı qoyduğu vaxt başa çatır12:50Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanacaq12:45Azərbaycanda 18 yaşına qədər olan 3 nəfər koronavirusa yoluxub12:33Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq - RƏSMİ21:08“Ştutqart” koronavirusla mübarizəyə 10 min manat ayırdı21:05Hava dəyişkən buludlu olacaq20:57Vilayət Eyvazovdan yeni təyinat20:55“TuranBank” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı20:54“Yeni Hayat” Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürdü20:52Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb20:50Tailandda fəaliyyət göstərən azərbaycanlı iş adamından xeyirxah addım11:50Merkel karantinə alındı11:48Sumqayıtda fəhlə faciəli şəkildə öldü - VİDEO11:45Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayonda karantin elan olunub11:42Tofiq Yaqubluya ittiham irəli sürülüb11:39Rumıniyada komendant saatı tətbiq edildi20:47Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ20:45Ədliyyə Nazirliyindən notariat xidmətlərilə əlaqədar əhaliyə MÜRACİƏT20:43Koronavirusa görə Moskva metrosu işləməyəcək? - Mer açıqladı20:41COVID-19 istifadə etdiyimiz su vasitəsilə də yayılır? – Rəsmi açıqlama20:38“Real”ın keçmiş prezidenti koronavirusdan öldü23:24Bakıda məşhur şirkətin maliyyə direktoru faciəli şəkildə öldü23:23Moskva yaxınlığında yerləşən zavodda dəhşətli yanğın23:22Təhsil Nazirliyindən müəllimlərlə bağlı - QƏRAR23:18Azərbaycanda koronavirusla bağlı uydurma məlumatlar yayan şəxs müəyyənləşib - RƏSMİ23:15Gürcüstanda fövqəladə vəziyyət elan edilir21:30Tahir Kərimli: “Radikal müxalifətin iqtidarın uzatdığı əldən imtinası doğru deyil”20:31Səhiyyə Nazirliyi Bakıda koronavirusla mübarizə aparan tibb personalı üçün təlim-treninqlərə başlayıb20:29Xaricdən gətirilən maşınlarla bağlı baş nazirdən QƏRAR20:28ABŞ vitse-prezidentinin ofisində koronavirusa yoluxma aşkarlandı20:27COVID-19-la bağlı son RƏQƏMLƏR15:31Bakıda şok olay: Azyaşlıya yarımçıq tikilidə təcavüz edildi - TƏFƏRRÜAT15:29Azərbaycanda kişi icarəyə götürdüyü çay evində ölü tapıldı15:25Deputatlar Milli Məclisin iclasından çıxarıla bilər15:23Sumqayıtda icra nümayəndəliyinin binası yandı15:19Azərbaycanın ən hündür səmənisi yetişdirildi - VİDEO13:44Bakıdan rayonlara sərnişinlərin gedişi təmin olunur - RƏSMİ13:41Brilliant Dadaşova Rafael Dadaşovun yasına gələnləri qovub13:38AZAL daha 123 azərbaycanlını vətənə qaytarıb - RƏSMİ13:35Gürcüstanda koronavirusa yoluxma sayı artdı13:25Bakının iki qəsəbəsində suyun verilməsində məhdudiyyətlər olacaq12:03Rayondan gələn maşınlar yollarda belə qaldı - güclü tıxac - VİDEO10:47Tramp koronavirusu gözəgörünməz düşmən adlandırıb10:46Sabiq MMA döyüşçüsü bir neçə qətl törətməkdə şübhəli bilinir10:45Prezidentdən koronavirusla bağlı təcili qərar - bir gecədə ölkəyə gətirildi - VİDEO10:42ÜST rəhbəri: “Koronavirusa qarşı peyvəndin ilk sınaqları başlayıb”20:28326 nəfər COVID-19-a yoluxdu - SON STATİSTİKA14:29Əməkdar artist Xumar Qədimova: “Daha səni üzməyəcəm” - VİDEO14:23Rafael Dadaşovun yas mərasimi keçirilməyəcək14:22Xaçmaz KOB İnkişaf Mərkəzi və KOB dostları əməkdaşlığı genişləndirəcək14:20Lənkəranda yanğın - 20 nəfər təxliyə edildi13:38Prezidentdən 23 subartezian quyusunun qazılması ilə bağlı SƏRƏNCAM13:37Sabiq icra başçısının rüşvət alan qohumundan xəbər var11:08"AZAL" ləğv edilən reyslərə bilet almış müştərilərin pulunu qaytarmayıb11:07Azərbaycanda beş yaşlı uşaq iynədən şoka düşərək öldü11:03Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd edilir11:02Türkiyədə koronavirusa yoluxanların sayı 47-yə çatdı14:28Narkoticarətlə məşğul olan dəstə üzvləri saxlanılıb14:27Gürcüstanda koronairusa yoluxan azərbaycanlı sağalıb14:26Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti məhdudlaşdırıldı - RƏSMİ14:24Britaniya əhalisinin 80%-i koronavirusa yoluxa bilər14:12Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb12:52Akif Çovdarova koronavirus əngəli12:48Keçmiş məhkum dörd kiloqrama yaxın narkotiklə tutuldu12:45Azərbaycanda məşhur bloqer toy qadağasının son günü evləndi - VİDEO12:44Polis bir aydır bu inəyi tuta bilmir – VİDEO12:42Saatlıda 35 yaşlı kişi bıçaqlandı12:42Bakıdan Rusiyaya gedən avtobus qəzaya düşdü
BÜTÜN XƏBƏRLƏR

Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA

12 Nis 2018, 15:11   
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
1933-cü il avqust ayının 17-də Moskva ətrafındakı Naxabino poliqonunda “QİRD-09” və “QİRD-X” adlandırılan ilk sovet kosmik raketlərinin sınaq uçuşu keçirildi

Raketlər 18 saniyə ərzində cəmi 400 m. yüksəkliyə qalxsa da, bu, o dövr üçün böyük uğur sayılırdı. Çoxlarının bəlkə də xəbəri yoxdur ki, bu uğurda Azərbaycanın da payı olmuşdu.
İlk sovet kosmik raketi Azərbaycan Neft İnstitutunda “Reaktiv hərəkəti öyrənmə qrupu” tərəfindən hazırlanmış qatılaşdırılmış Bakı nefti ilə uçmuşdu. Sonralar xeyli sovet raketi də məhz Bakı neftindən hazırlanmış yanacaqla sınaq uçuşları həyata keçirdi. Həmin illərdə bu barədə həmişə böyük qürurla danışan həmvətənlərimizin ağlına da gəlməzdi ki, bundan 80 il sonra- 2013-cü il fevral ayının 8-də artıq müstəqil dövlət olan Azərbaycanın ilk süni peyki kosmik fəzaya qalxacaq və ölkəmiz orbitdə peykə malik olan dövlətlər sırasına qoşulacaq.

Bəlkə də ölkəmizin bugünkü sürətli iqtisadi inkişafı kontekstindən yanaşanda bu hadisə haqlı olaraq, çoxlarına məntiqi görünəcək. Ancaq, məsələnin dərinliyinə varanda onun təməlində uzun illərin gərgin əməyinin dayandığının şahidi oluruq.

1957-ci il oktyabrın 4-də sovet alimlərinin hazırladığı ilk süni peykin kosmosa çıxarılması ilə kosmik eranın başlanğıcı qoyuldu. 1961-ci il aprelin 12-də isə bəşər övladının - sovet kosmonavtı Yuri Qaqarinin kosmosa yol açması ilə təqvimlərə yeni bayram əlavə edildi. Həmin gün - 12 aprel Ümumdünya aviasiya və kosmonavtika günü kimi qeyd edilməyə başladı. Bütün Sovet vətəndaşları kimi Azərbaycan əhalisi də Sovet kosmonavtikasının bu uğurlarını öz uğurları kimi qəbul edirdilər.

Artıq kosmosun fəthinin ilk illərindən kosmik eksperimentlərin nəticələri dünya iqtisadiyyatının müxtəlif sahələrində geniş tətbiq olunmağa başlamışdı. Ancaq bu elmi yeniliklərin və yüksək texnologiyaların Azərbaycanın elmi mühitinə nə zamansa yol açacağı ölkə alimləri üçün yalnız xəyal olaraq qalırdı.


1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə bütün sahələrdə olduğu kimi bu istiqamətdə də vəziyyət kökündən dəyişdi. Respublikanın gənc rəhbəri tərəfindən iqtisadi və mədəni inkişafla bərabər, Azərbaycan iqtisadiyyatının, elminin və nəhayət azərbaycanlı mütəxəssislərin kosmosun fəthi prosesində birbaşa iştirakını təmin etmək əsas məqsəd kimi qarşıya qoyuldu.

Qeyri-slavyan respublikaların bu prosesdə iştirakına qoyulmuş gizli qadağalardan xəbərdar olan respublika rəhbəri bu məsələyə böyük uzaqgörənliklə yanaşırdı. İlk addım olaraq respublikada elmi-istehsalat bazasının yaradılması və ölkənin elmi potensialının prosesə qoşulmasını təmin etmək məsələsinə diqqət yetirilirdi.


1973-cü il oktyabr ayının 7-dən 13-dək Bakıda dünyanın 17 ölkəsindən gəlmiş nümayəndələrin, eləcə də təyyarəçi-kosmonavtların iştirakıyla Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresi keçirildi. Bu nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyildi. “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu.

Bundan 3 ay sonra, 1974-cü ilin 10 yanvarında SSRİ Nazirlər Sovetinə Bakıda Kosmik Mərkəzin yaradılması ilə bağlı müraciət olundu və 1974-cü il avqustun 21-də Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi - “Kaspi” Elmi Mərkəzi yaradıldı. 1974-cü ilin 16 dekabrında Tofiq İsmayılovun rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində «Kosmik cihazqayırma xüsusi konstruktor bürosu»nun fəaliyyəti ilə kosmik tədqiqatların aparılmasına start verildi.

Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi

Beləliklə, Azərbaycanın SSRİ-nin kosmik tədqiqatlarında iştirakı yönündə atılmış ilk addım uğurlu oldu. Ancaq respublika rəhbərinin qarşısına qoyduğu ikinci bir məqsəd də vardı: Milliyyətcə azərbaycanlı şəxslərin SSRİ kosmonavtlar ailəsinə daxil edilməsi...

Həmin dövrdə kosmonavtlar əsasən qırıcı və strateji aviasaiyada qulluq edən xüsusi təlim görmüş təyyarəçilərdən seçilirdi. Ona görə də, Heydər Əliyev Respublika hərbi komissarlığına və Komsomol komitəsinə SSRİ Silahlı Qüvvələrində qulluq edən belə azərbaycanlıların tapılması tapşırığını verdi. Uzun müddət davam edən axtarışların nəticəsi heç də ürəkaçan olmadı. Aydın oldu ki, SSRİ-nin Hərbi-Hava qüvvələrində və Hərbi-Aviasiya Məktəblərində bu kateqoriyadan 1 nəfər də olsun, azərbaycanlı yoxdur. Ancaq bu da respublika rəhbərini fikrindən döndərmədi. O, Respublika Komsomol Komitəsinə, Orduya Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinə, Mərkəzi Komitənin inzibati şöbəsinə və Hərbi Komissarlığa təcili olaraq çağırışçılar arasından azərbaycanlı gənclərin seçilərək Ulyanovsk Aviasiya Məktəbinə göndərilməsi tapşırığı verdi.

Respublikada gənc nəslin bu sahəyə marağının artırılması məqsədi ilə geniş təbliğat-təşviqat işlərinə başlandı. SSRİ-nin təyyarəçi-kosmonavtlarının Bakıya səfərləri təşkil edilir, onların orta və ali məktəblərdə görüşləri təşkil olunurdu. Nəticədə, 70-ci illərin ortalarında yüzə yaxın gənc hərbi təyyarəçilik məktəbinə oxumağa göndərildi.


Kosmonavtların hazırlanması prosesi uzun zaman tələb etdiyindən, sonrakı dövrlərdə baş verən siyasi proseslər bu arzunun həyata keçməsinə mane oldu. Ancaq həmin dövrdə SSRİ-nin Hərbi Aviasiya məktəblərinə göndərilən gənclər, sonralar müstəqil Azərbaycan Respublikasının Hərbi və Mülki aviasiyasında şərəflə ölkəmizə qulluq etdilər.


Kosmik tədqiqatlar sahəsində işlər isə ölkədə tam gücü ilə inkişaf etdirilirdi. Respublika Nazirlər Sovetinin 1 fevral 1977-ci il tarixli sərəncamı ilə “Kaspi” Elmi Mərkəzinin tərkibində Kosmik Cihazqayırma Təcrübi Zavodunun, 1978-ci martın 25 də Azərbaycan KP MK-nın Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Radiofiziki Cihazqayırma Xüsusi Konstruktor Bürosunun, 1979-cu ildə isə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun yaradılmasından sonra bu müəssisələr, 1981-ci ildə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində birləşdirildi.

Bundan sonra Azərbaycan alimləri tərəfindən yaradılan məhsulların arsenalı daha da genişləndi. Kosmik gəmilər üçün bort-dönmə platformaları, radiasiya şəraitinə nəzarət edən perspektiv məlumat-ölçü sistemləri, peykaltı ekspermentlərin təşkili üçün cihazlar və avadanlıqlar, raket-kosmik texnikanın inkişaf perspektivlərini müəyyənləşdirən tədqiqatlar tanınmış alimlərin diqqətini cəlb etdi.

1981-ci ildən başlayaraq Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin elmi-texniki məhsulu olan və yerüstü mobil vasitələrdə, helikopterlərdə və təyyarələrdə quraşdırılmış ölçü sistemləri vasitəsilə çoxsəviyyəli peykaltı eksperimentlər keçirildi. Azərbaycan alimləri tərəfindən yaradılmış çəkiliş kompleksləri öz funksional imkanlarını nümayiş etdirdilər.


Nəticədə xarici əlaqələr daha da genişləndi, mütəxəssislər “İnterkosmos” proqramına qoşularaq Polşa, Macarıstan, Bolqarıstan, ABŞ, Hindistan, İngiltərə, Kanada, Almaniya, Monqolustan və digər ölkələrin mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.

1984-cü il avqust ayının 19-dan sentyabr ayının 7-dək Azərbaycanın şimal-qərb hissəsində - Şəki, Zaqatala və Mingəçevir rayonları ərazisində BMT-nin “İnterkosmos” proqramı çərçivəsində “Günəş-84” peykaltı eksperimenti keçirildi. Bu eksperimentdə Respublikamızın mütəxəssisləri ilə yanaşı, SSRİ-nin təyyarəçi-kosmonavtları, həmçinin Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Monqolustan, Polşa və Çexoslovakiya alimləri də iştirak edirdilər.

Bundan sonra Azərbaycan alimlərinin hazırladığı bu “Rentgen teleskopu” həyata vəsiqə qazandı və 2001-ci ilədək “Salyut-7” və “Mir” orbital komplekslərinin bortunda elmi tədqiqatlarda uğurla istifadə olundu.

1988-ci ilin yazında ən əlamətdar hadisələrdən biri baş verdi. General-leytenant Kərim Kərimov öz həmyerlilərinə qonaq gəlmişdi. Cəmi bir neçə ay idi ki, bütün Sovet vətəndaşları kimi azərbaycanlılara da məlum olmuşdu ki, bütün sovet kosmonavtlarını fəzanın ənginliklərinə yola salan, ancaq heç kimin indiyə qədər üzünü görmədikləri şəxs həmyerlimiz Kərim Kərimov imiş...


Kərim Kərimovun Milli Aerokosmik Agentliyindəki görüşü isə xüsusi məna kəsb edirdi. Çünki bu kollektiv də, onların hazırladığı və sovet kosmik gəmilərində uğurla sınaqdan keçirilən bu cihazlar da ona yaxşı tanış idi. Çox az insana məlum idi ki, 20 ildən artıq SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri işləyən general-leytenant Kərim Kərimov Azərbaycan Milli Aerokosmik Agentliyinin kollektivnə dəyərli tövsiyə və məsləhətləri ilə yaxından kömək etmişdi.
Kərim Kərimovun Azərbaycan Respublikasında kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi nəzərə alınaraq görkəmli alimi Ümummilli lider Heydər Əliyevin 31 mart 1994-cü il tarixli fərmanı ilə o, «Şərəf» Ordeni ilə təltif edildi.


SSRİ-nin dağılmasından sonra kosmik sənaye proqramında iştirak edən hər bir respublika bu sahədə öz müstәqil siyasәtini hәyata keçirmәyә başladı.

2006-cı ilin sonlarında Azərbaycan Milli Aerokosmik Agentliyi yeni yaradılmış nazirliyin - Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verildi. Əsas fəaliyyət istiqamətləri saxlanılmaqla qarşıda duran əsas vəzifələrdən biri də ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edən araşdırmaların aparılması, yerinə yetirilən elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin Müdafiə Sənayesi Nazirliyinin əsas fəaliyyət istiqamətlərinə uyğunlaşdırılması oldu.

2008-ci ilin 4 noyabrda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” imzaladığı sərəncam bu sahədə yeni mərhələnin əsasını qoydu.

Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üçün nəzərdə tutulan vəzifələr iki təşkilat - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi arasında bölüşdürülüb. Bu bölgülərə görə kommunikasiya peyklərinin, ümumiyyətlə, peyklərin orbitə çıxarılması, idarə olunması, izlənilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılmış “AzərKosmos” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb.


Nəhayət, 2013-cü il fevral ayının 8-də Azərbaycan Respublikasının tarixində ən əlamətdar hadisələrdən biri baş verdi. Bakı vaxtilə saat 1.36-da Azərbaycan Respublikasının ilk peyki-«Azərspase-1» Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan-Qviana Kosmik Mərkəzindən üzərində üç rəngli Azərbaycan bayrağı olan «Ariane-5» daşıyıcı raketi ilə orbitə buraxıldı.

Beləliklə Azərbaycan dünyada orbitdə peykə malik olan dövlətlər sırasında 37-ci, regionda isə ilk dövlət oldu.

Azərbaycan öz peykini milli kadrlar vasitəsilə idarə edir. Belə ki, “Azerspace-1” peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərini həyata keçirən “Azərkosmos” ASC tərəfindən peykin idarə edilməsi üzrə yerli mütəxəssislər hazırlanıb. Həmin gənc kadrlar müxtəlif ölkələrdə yüksək səviyyəli təlimlərə qatılıblar və peykimizi müstəqil surətdə idarə edirlər.

1957-ci il oktyabr ayının 4-də yerin ilk süni peykinin orbitə çıxarılması ilə bəşər tarixində kosmik eranın başlanğıcı oldu. Bu hadisədən 62 il keçməsinə baxmayaraq bu gün çox az sayda ölkə kosmosda öz peykinə malikdir. Öz telekommunikasiya peykini orbitə çıxarmaqla Azərbaycan kosmik kluba üzv olan dövlətlər sırasına qoşuldu. Bu böyük hadisə yalnız ölkəmizin iqtisadi potensialını deyil, həm də xalqımızın elmi və mənəvi gücünü bütün dünyaya nümayiş etdirdi. \\AzVision.az\\
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi - ARAŞDIRMA
OXŞAR MÖVZULAR