Gədəbəydə ƏCAİB DURUM - İTTİHAM

17:27 19.11.2018 517
Gədəbəydə ƏCAİB DURUM - İTTİHAM

Artıq neçə illərdir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinə rəhbərlik edən, amma söylənilənlərə görə hüquq təhsili olmayan Zülfüqar İsgəndərovun adı ətrafında dolaşan söz-söhbətlər, söylənilən fikirlər və s. bu gün də hər kəsi düşündürən məsələlərdəndir. Əvvəla onu qeyd edək ki, “Gündəm Xəbər”in əldə etdiyi məlumatlara və müəyyən şəxslərin iddialarına görə, bu şəxs vaxtilə Gəncədə pedoqoji ali təhsil (qiyabi şöbədə) alıb tarixçi ixtisasına yiyələnsə də, o, uzun illərdir ki, hüquq şöbəsinə rəhbərlik etməkdədir. Belə bir halın varlığının yolverilməz olmasına baxmayaraq, görünür hansısa “sehrli əllər” bu gün də Zülfüqar İsgəndərovun hüquq şöbəsinə rəhbərlik etməsinə imkanlar yaratmaqdadır. Amma onu da unutmaq olmaz ki, qiyabi ali təhsil aldığından mükəmməl tarixi biliklərə yiyələnməyən, ən əsası hüquq təhsili olmayan bu şəxs, ötən illər ərzində çox zaman “hüquqi axsamalar”a yol verib. Belə bir səbəblər üzündən də, o, hansısa fiziki və yaxud da hüquqi şəxslərin, hansısa qurumların RİH ilə problemi əmələ gələrkən, təmsil etdiyi qurumun maraqlarını lazımınca müdafiə etməyi bacarmayıb. Buna da əsas səbəb, yuxarıda qeyd etdiyimiz kimi, Zülfüqar İsgəndərovun mükəmməl tarixi biliklərə yiyələnməməsi və hüquq təhsilinə malik olmamasıdır.
Əvvəla onu qeyd edək ki, şəhər, rayon icra hakimiyyəti aparatlarında hüquq şöbəsinin müdiri vəzifəsi heç də sıradan bir vəzifə deyil. Qanunun tələbinə görə, belə bir şöbəyə rəhbərlik edən hər kəs hüquqi təhsilə sahib olmalıdır ki, həmin vəzifəni daşıya bilsin. Görünür Zülfüqar İsgəndərovun uzun illər ərzində Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinə rəhbərlik etməsində, həm ona arxa-dayaq olan “sehrli əllər”in, həm də vaxtilə rayona rəhbərlik etmiş şəxslərin də günahı olub. O halda ortaya belə bir sual çıxır ki, görəsən bir müddət bundan əvvəl Gədəbəydə “şahlıq taxtı”na əyləşmiş cənab İbrahim Mustafayev də, belə bir günahı daşımaqda davam edəcəkmi? Yoxsa…
Bu günlərdə isə əslən Gədəbəy rayonundan olan və sabiq icra başçısı Ramiz Yediyarovun “bəd niyyətli addımlar”ı səbəbindən çıxılmaz duruma salınan Əliyev Oqtay Qara oğlunun “Gündəm Xəbər”in əməkdaşına danışdıqlarını dinlədikcə, o halda Zülfüqar İsgəndərovla bağlı dolaşan söz-söhbətlərin həqiqiliyinə hər kəs inanmağa məhkum olur. Belə ki, vaxtilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş bu şəxs bildirir ki, “RİH Aparatında hüquq şöbəsinə rəhbərlik edən, amma hüquqi təhsili olmayan Zülfüqar İsgəndərovun “yalan-palan”larının nə həddi, nə də ki, hüdudu bilinir. Məsələn, bu şəxs təqribən iki-üç il bundan əvvəl bir neçə nəfər gədəbəyli sahibkarla bağlı fəaliyyəti dayandırılmış “ANS” televiziyasına yalan məlumatlar çatdırmışdı. Amma, heç bir gün keçmədi ki, onun sahibkarlarla bağlı televiziyaya ötürdüyü məlumatların yalan olduğu təsdiqini tapdı və söylədikləri tam şəkildə “fiaksoya uğradı”. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, Zülfüqar İsgəndərov bu gün də “yalan-palan”larını, şər-böhtanlarını təbliğ etməkdə davam edir. Yəni, o, bu günlərdə bəzi şəxslər arasında daha bir yalan məlumatını yayıb ki, guya sabiq icra başçısı Ramiz Yediyarovun 12 fevral 2015-ci il tarixdə Gədəbəy şəhəri M.Quliyev küçəsində şəxsi mülkiyyətimdə olan 38,5 kvm-lik obyektimi heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan altüst etdirməsi səbəbindən, 2015-ci ildən bu günə kimi hər ay RİH Aparatından mənə 800 AZN pul verilir. Əslində o, belə bir məlumatı dövriyyəyə buraxmaqla hansısa “mərkli palan”larını həyata keçirmək niyyətindədir. Yəqin ki, bu cür əsası olmayan cılız təbliğat da, çox yaxın günlərdə “fiaksoya uğrayacaq” və adı çəkilən bu şəxsin kimliyi bir daha hər kəsə bəlli olacaq. O halda belə bir təbliğatın müəllifi olan Zülfüqar İsgəndərova sual edirəm. Əgər mən 2015-ci ildən bu günə kimi hər ay 800 AZN pulla təmin olunuramsa, o halda üz-üzə qaldığım problemin həlli ilə bağlı, bir müddət bundan öncə Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etməyimə səbəb nə idi? Fakt budur ki, keçirilən məhkəmə proseslərində Gədəbəy RİH Aparatının nümayəndəsi olaraq, Zülfüqar İsgəndərovun özü çıxış edirdi. Yəni, bu şəxs hər mətləbdən xəbərdar olsa da, bu gün hansısa maraqları çərçivəsində belə ucuz və cılız təbliğatını yaymaqdadır. Adı çəkilən bu şəxsin “yalan-palan”larından biri də, mənə məxsus olmuş obyektin guya ki, Gədəbəy rayonunun mərkəzi ərazisinə yaxın yerdə yerləşən mərhum prezidentimiz Heydər Əliyevin adını daşıyan parkda yerləşməsi yöndə, müəyyən çevrəyə ötürdüyü cılız məlumatların varlığıdır. Bu şəxs belə bir yöndə təbliğat aparsa da, fakt budur ki, məndə lazımi sənəd-sübutlarım var və həmin sənədlərdə vaxtilə obyektimin hansı ünvanda yerləşməsi qeyd olunub. Yəni, hər kəsə bəllidir ki, mənim mağazam köhnə avtovağzal ərazisində yerləşib. Belə bir halların varlığına baxmayaraq, bu gün Gədəbəy RİH Aparatında aparıcı sahələrdən birinə rəhbərlik edən Zülfüqar İsgəndərovun atdığı addımların varlığı, hələ də, məni çaşbaş qoymaqdadır. Adı çəkilən bu şəxs hələ bir müddət bundan əvvəl də, Gəncə İnzibati-İqtisad Məhkəməsinə saxta bir sənəd təqdim etmişdi. Həmin sənəddə guya ki, mənə məxsus olmuş obyek dəmir konstruksiyadan ibarət olub. Əslində mağazamın əldə olunan köhnə şəkillərinə diqqət yetirməklə, bir daha vaxtilə mənə məxsus olmuş obyektin dəmir konstruksiyadan ibarət olmadığını sübut etmək mümkündür. Bütün bunlar onu sübut edir ki, Zülfüqar İsgəndərov atdığı belə bir addımları ilə, məni hansısa oyuna salmaq niyyətindədir”.

Mövzunu diqqətdə saxlayacağıq.

“Gündəm Xəbər”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY