İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər

10:16 15.11.2018 564
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər

Prezident İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov vəzifəsindən azad edilib. Belə xəbərlər var ki, İ. Rəhimov əslində 10 gündür vəzifəsindən azad edilib, adı nazir müavinləri sırasından nazirliyin rəsmi saytından hələ bir neçə gün əvvəldən çıxarılıb.

İ.Rəhimovun tanınmış iqtisadçı Vahid Axundovun kadrlarından biri olduğu deyilir. 1992-ci ildə Vahid Axundovun şöbəsində işləyib və oradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə keçib. 1993-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən İ.Rəhimov 1999-cu ildən nazirin birinci müavini təyin edilib və o vaxtdan da bu posta “əvəzedilməz kadr” olub.

İ.Rəhimov bir neçə naziri yola salsa da, özü birinci müavin postunu saxlaya bilib. Buna səbəb kimi onun iş təcrübəsi, kifayət qədər peşəkar məmur olduğu göstərilirdi. Bəzi zamanlarda isə o, hətta nazirlikdə əsas fiqura, “boz kardinal”a çevrilə bilib. Xüsusən də Füzuli Ələkbərovun nazir olduğu dövrdə İlqar Rəhimov ƏƏSMN-in “boz kardinalı” hesab olunurdu.

“Yeni Müsavat”ın məlumatına görə, S.Müslümov 2013-cü ildə nazir təyin edildikdən sonra çox cəhd etsə də, İ.Rəhimovla yollarını “ayıra” bilməyib. Hətta bildirilir ki, S.Müslümov İ.Rəhimovu “zərərsizləşdirmək” üçün nazirliyin əsasnaməsini dəyişdirməklə əlavə iki müavin postu almağa nail olub. Amma bu da İ.Rəhimovun nazirlikdəki nüfuz dairəsini azaltmağa əhəmiyyətli təsir edə bilməyib.

S.Müslümov apreldə keçirilən prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibində yer ala bilmədi. Keçmiş nazirin fəaliyyətdə olduğu müddət ərzində 2-2,5 milyard manatın “xortumlandığ” bildirilirdi. Beləliklə, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edildi. Dövlət başçısının xüsusi diqqət yetirdiyi əhalinin sosial müdafiəsinin təşkili işinin bu nazirlik sistemində çalışmayan gənc kadra həvalə olunması əlbəttə ki, təsadüfi deyildi. Bu, nazirlikdə xüsusilə kadr siyasətində yuxarıdan-aşağıya yenilənmənin olacağına işarə idi.

S.Müslümov vəzifəsini itirəndən sonra onun nazirlikdəki qohumları da işdən çıxarıldı. S.Müslümovun qaynı Ağalar Xasayev Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi vəzifəsindən azad edildi. Sabiq nazirin əmisi oğlu, bacısının həyat yoldaşı və dayısının kürəkəni də tezliklə işləri ilə vidalaşmalı oldu. Aydın idi ki, yeni nazir S.Müslümovdan qalma, reputasiyası korlanmış köhnə komanda ilə işləməyəcək. Oktyabrın 31-də prezident İlham Əliyev Natiq Məmmədovun əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının digər sərəncamları ilə Vüsal Nəsirli və Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olundular. İlqar Rəhimovun işdən çıxarılması ilə bağlı sərəncam elan olunmasa da, güman edilir ki, oktyabrın 31-də təyin olunan iki müavindən biri İ.Rəhimovun yerinə gətirilib. Köhnə komandadan hazırda iki müavin işini davam etdirir: İdris İsayev və Mətin Kərimli. Sonuncu bu ilin aprelində kənd təsərrüfatı naziri təyin edilən İnam Kərimovun qardaşıdır.

Təcrübəli İ.Rəhimov yaxşı başa düşürdü ki, nazirliyin yeni heyəti ilə bu dəfə işləmək çətin olacaq. Çünki Sahil Babayev istənilən halda köhnə korrupsioner sistemi dağıtmağa çalışacaq. Bu zaman isə gec-tez növbə İ. Rəhimova da çatacaqdı.

Mediada bu illər ərzində İ.Rəhimov haqda bir çox ittihamlar səslənib. O, nazirlikdəki korrupsiya sxeminin ən vacib həlqəsi hesab olunurdu. İddia olunurdu ki, İ.Rəhimov özünə biznes şəbəkəsi qura bilib ki, bura fermer təsərrüfatları və turizm şirkətləri daxildir.

Qeyd edək ki, İlqar Rəhimov 1999-cu ildən Azərbaycan Milli Paraolimpiya Komitəsinin prezidentdir. Ehtimal etmək olar ki, o da işdən çıxarılan digər nazirlər kimi tezliklə bu vəzifəsini də təhvil verməli olacaq.

“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU