"Övladlarını digər məktəblərə yönəldən valideynlərin əllərində bəhanə qalmasın" - Əflatun Amaşov

17:59 14.11.2018 492
"Övladlarını digər məktəblərə yönəldən valideynlərin əllərində bəhanə qalmasın" - Əflatun Amaşov

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. AzNews.az xəbər verir ki, plenar iclasda deputat Əflatun Amaşov da çıxış edib.

Əflatun Amaşovun çıxışını təqdim edirik:

"2019-cu ilin dövlət büdcəsində keçən ilə nisbətən artım var. Bu, təhsilə, səhiyyəyə və digər sahələrə ayrılmış vəsaitlərin miqdarında özünü göstərir. Müsbət haldır. Əminəm ki, ölkəmizin inkişafı imkan verəcək ki, əhəmiyyətli artım bütün sahələri əhatə etsin. Eyni zamanda onu da nəzərə alaq ki, büdcə layihəsinin özü də kifayət qədər təkmil hazırlanıb. Bunda əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.

1. Mənim qaldıracağım məsələ kifayət qədər ciddidir. Son zamanlar kənd təsəsrrüfatının inkişafı ilə bağlı ciddi işlər görülür. Deputat seçildiyim Saatlı rayonunda da bunun şahidi oluruq. Keçən il 17 min hektar sahədə yalnız pambıq əkilmişdi. Bu da minlərlə insanın iş yeri ilə təmin olunması və rifahının yaxşılaşması deməkdir. Çox təəssüf ki, əkilən sahələrin bir hissəsinin suvarılması mümkün olmadığından bu, məhsuldarlığa mənfi təsir göstərdi. Habelə bəzi yerlərdə payız əkininin belə suvarılması mümkün olmadı.

Araz çayının suvarma potensialı çox zəifdir. Seçicilərlə görüşərkən onlar dəfələrlə su problemini qaldırıblar. Hörmətli baş nazirimiz cənab Novruz Məmmədov buradadır. Onun da diqqətinə bu məsələni çatdırmaq istəyirəm. Əgər biz ümumən Muğan bölgəsində kənd təsərrüfanının inkişafını, yüksək məhsuldarlığı istəyiriksə, mütləq əraziyə Kür çayından su kanalı çəkməliyik. Mütəxəssislərin hesablamalarına görə, həmin kanalın uzunluğu 16-17 kilometr ola bilər. Məncə, bu işin başa gəlməsi elə də böyük vəsait tələb etməz. Ancaq bu kanalın sayəsində çox böyük ərazi kənd təsərrüfatı üçün münbit zonaya çevrilər.

2. Önəmli məsələlərdən biri mediadır, əsasən də onlayn mediadır. Maliyyə naziri cənab Samir Şərifova təşəkkür edirəm ki, komitə iclaslarında qaldırdığım bu məsələyə reaksiya verdi. Əminəm ki, məsələnin əhəmiyyətlilik dərəcəsinə adekvat yanaşma var. Bunu müsbət qiymətləndirirəm.

3. Digər bir məsələ hazır çap məhsullarına və qəzet kağızına tətbiq edilən əlavə dəyər vergisi ilə bağlıdır. Baxın, büdcəmiz artır. Əvvəlki illərdəki durğunluq demək olar, tam aradan qalxıb. Bu durumda məsələnin mahiyyətinə daha dərindən diqqət yetirək. Bəli, müqayisəli yanaşsaq, mediamızın iqtisadi durumu problemsiz deyil. Konkret rəqəmlər var, bu barədə çox danışmaq istəmirəm. Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq? Bir halda ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə elə də böyük vəsait daxil olmur. Təqribən yarım milyon manat.

Hazır çap məhsullarını da götürək. Bunların əsas qismi ölkəmizə kənardan gəlir. Nəyə görə onların qiyməti baha olmalıdır? Biz cəmiyyətn maariflənməsini, qabaqcıl elmi biliklərə yiyələnməsini istəməliyik. Axı müasir dünyada bu yolun alternativi yoxdur.

4. Mən çıxışımın əvvəlində büdcədə keçən ilə nisbətən artımın olduğunu bildirdim. Bunun da bir hissəsi təhsilə ayrılır. Bu, daha da çox olmalıdır. İstərdim ki, təhsilə ayrılan maliyyə eyni zamanda Azərbaycan dilli məktəblərdəki tədris vəsaitlərinin, dərsliklərin daha müasir, daha təkmil olması məqsədilə xərclənsin. Son zamanlar müzakirələrə səbəb olan məlum məsələ bunu tələb edir. Azərbaycan dilli məktəblərimiz güclü olmalıdır ki, övladlarını digər məktəblərə yönəldən valideynlərin əllərində bəhanə qalmasın.

Unutmayaq ki, milli şüurumuz, müstəqil Vətənimizə yetkin vətəndaş sevgimiz, problemlərimizin, həm də Dağlıq Qarabağ problemimizin həlli məhz bizim ana dilimizə münasibətimizlə həmahəngdir. Çıxışımı yekunlaşdırıram. Layihə peşəkarlıqla hazırlanıb. Ona səs verəcəm"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT