Yerlərdə sahibkarların “qanını içən” vəzifəlilər - CƏZA GƏLİR...

10:44 14.11.2018 510
Yerlərdə sahibkarların “qanını içən” vəzifəlilər - CƏZA GƏLİR...

Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin, yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilib, tədbirlər həyata keçirilir. Ölkə başçısı da hökumətin müşavirələrində dəfələrlə məmurlara tapşırıq verib ki, sahibkarlar incidilməsin, onların fəaliyyətlərinə süni əngəllər yaradılmasın. Məsələn, 2017-ci ilin aprel ayında prezident İlham Əliyevin sədrliyi ilə Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkə başçısı Azərbaycanın yerli sahibkarlarına çox ciddi tapşırıq və tövsiyələr vermişdi. Dövlətimizin başçısının müşavirədəki mühüm mesajlarından biri o olmuşdu ki, artıq birmənalı şəkildə Azərbaycanda neft erası başa çatıb. Bundan sonra iqtisadi siyasətimizin əsas istiqaməti qeyri-neft sektorunun inkişafıdır.

Lakin hələ də bəzi məmurlar prezidentin tapşırıqlarına rəğmən, qanunsuz əməllərindən əl çəkmirlər. Bununla bağlı “Yeni Müsavat”a müsahibəsində deputat Əli Məsimli də danışıb. Deputat bildirib ki, bəzi dövlət strukturlarının nümayəndələri xüsusən yeni açılan və ya sahibi yenilənən obyektlərə gəlib “şirinlik” tələb edir, onun arxasınca isə “aylıq haqq” qoyurlar:

“İmtina edəni ən müxtəlif bəhanələrlə işləməyə qoymurlar. Bu da bir çox hallarda yenicə fəaliyyətə başlayan sahibkarın təşəbbüsünün rüşeymində boğulması ilə sonunclanır. Ona görə də bu naqisliklərin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini zəruri hesab edirik. Sahibkarları soyanların bir neçəsi ”iş başında" tutulub, sərt şəkildə cəzalandırılsa, başqalarına da dərs olar. Sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınması, onlardan vergidən əlavə digər haqlar tələb edənlərin sərt şəkildə cəzalandırılması ilə yanaşı, eyni zamanda prioritet sahə və istiqamətlər üzrə yeni fəaliyyətə başlayan biznes qurumları, şirkətlərin özlərinə gələnə qədər bir neçə il vergidən azad edilməsi zəruridir".

İqtisadçı alim Fikrət Yusifov da məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün bütün qərarlar qəbul olunub:

“İqtisadiyyatın inkişafının bir problemi var ki, bu da məmur problemidir. Fikir verin ki, son zamanlar nə qədər məmur işdən çıxarılıb. Halbuki onların hamısına prezident tərəfindən etimad göstərilmişdi. Bu adamlar etimadı doğrultmadıqları üçün də vəzifələrindən azad edildi. Söhbət hansısa sahəyə rəhbərlik edən birinci şəxsdən getmir. Məsələ budur ki, belə məmurlar bütövlükdə idarəçilikdə var. Onlara qarşı mübarizə aparmaq lazımdır. Prezidentin ən azı son 3 ildəki çıxışlarında bu məsələlər olduqca kəskin formada qoyulur. Eləcə də son 3 ildə məmur-vətəndaş və məmur-müəssisə münasibətlərində bir çox məqamlar nazirliklərdən, komitələrdən alınaraq, ”ASAN xidmət"ə verilib. Burada məqsəd kölgəli proseslərin, korrupsiya və rüşvətin aradan qaldırılmasıdır. Çox təəssüf ki, bu gün yerlərdə deyilən faktlar tam aradan qaldırılmayıb. Son bir ilə nəzər salsaq, nə qədər məmurun işindən azad edildiyini görərik. Prezident aqrar sektorla müşavirələrdə bir neçə dəfə çıxış edib, məmurlara xəbərdarlıq etdi. Bildirdi ki, subsidiya fermerə verilir, məmura yox. Ancaq nə fayda. Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərliyi bundan heç bir nəticə çıxarmamışdı. Axırda məcbur olub, prezident nəticəni çıxardı və naziri vəzifəsindən azad etdi. Ona görə də belə hallar üçün günahkar kimi sahəyə rəhbərlik edən şəxsi görürəm. Yerlərdə naqisliklər törədilməməsinə nəzarəti həmin sahəyə prezidentin etimad göstərib rəhbər təyin etdiyi şəxs həyata keçirməlidir".

F.Yusifov bildirib ki, prezident son illər ərzində qeyri-neft sektorunun, biznesin inkişafı üçün xeyli sayda addım atıb: “Heç bir ölkədə bu cür kəsərli addımlar atılmayıb. Diqqət edin ki, son illər nə qədər yeni qərarlar qəbul olunub, proseslər gedib. Eyni zamanda xeyli sayda xidmət sahələri alınaraq ”ASAN xidmət"ə verildi ki, rüşvət halları aradan qalxsın. Bu istiqamətdə işlər davam edir. 2019-cu ilin büdcə layihəsinə vergi islahatları paketi də əlavə olunub. Hansı ki, bu, sahibkarların, eyni qeyri-neft sektorunda çalışanların vergi yükünü kifayət qədər azaldır. Prezident bundan artıq nə etməlidir? Yerdə qalan yükü də sahəyə rəhbərlik edən şəxs doğru-dürüst çəkməlidir".

“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?