“Cümşüd Nuriyevin təhlükəsizliyinin təmin edilməsi üçün qərar qəbul edilsin...”

11:32 12.04.2018 632
“Cümşüd Nuriyevin təhlükəsizliyinin təmin edilməsi üçün qərar qəbul edilsin...”
İsa Qəmbərovla Arif Hacıyev təklif etdi...


...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər.

Həmin günlər ölkənin siyasi idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi. Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü hələ də qoruyub saxlayır...

1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.

(Ali Sovetin 1992-ci il martın 24-25-də keçirilmiş fövqəladə sessiyası. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: http://www.moderator.az/news/220674.html)

Milli Şuranın 3 aprel 1992-ci il iclasına sədrlik edən Ziyad Səmədzadə elan etdi ki, yetərsay yoxdur. Xeyli müzakirələrdən sonra məlum oldu ki, Milli Şuranın indiyədək keçirilmiş 30 iclasından Ramiz Fətəliyev -27, Etibar Məmmədov-18, Rəhim Qazıyev-15, İbrahim İbrahimov -15, Sabir Rüstəmxanlı-14, Yusif Vəkilov-14, Cümşüd Nuriyev-12, Vahid Əhmədov-12, , Arif Hacıyev 9-da iştirak etməyiblər.

Deputat Mətləb Mütəllimov Konstitusiya qanununun pozulduğunu bildirdi və göstərdi ki, Milli Şuranın üzvləri qanuna görə heç bir yerdə işləyə bilməzlər, Milli Şura biabır olur. “Mənim də seçicilərim elə bilirlər ki, biz burda işlə məşğuluq. Birdəfəlik belə fikrə gələk ki, biz bu işi bacarmırıq...”

Ramiz Fətəliyev:”Əgər bu faktlar mətbuatda işıqlandırılsa, mən tam biabır ola bilərəm...”

Bu çıxışdan sonra nizam-intizam və səlahiyyətlər ətrafında uzun-uzadı və əsəbi çıxışlar edildi. Ramiz Fətəliyev xahiş etdi ki, bu faktlar heç harda açıqlanmasın. “Əgər bu, mətbuatda işıqlandırılsa, mən tam biabır ola bilərəm...”

Şura üzvləri rotasiya məsələsini ortaya atsalar da, heç bir nəticə əldə etmədilər.

Cümşüd Nuriyev gömrük sahəsində olan neqativ hallardan danışdı...

Sonra deputat Cümşüd Nuriyev gömrük sahəsində olan neqativ hallar haqqında danışdı. Çıxış o qədər həyəcana səbəb oldu ki, Arif Hacıyev və İsa Qəmbərov təklif etdi ki, Cümşüd Nuriyevin özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün qərar qəbul edilsin. Həmin qərar qəbul edildi və iclas başa çatdı.

“Pribaltikada bizim təxminən 400-ə yaxın zabitimiz var...”

Milli Şuranın 7 aprel 1992-ci il tarixli iclasına Yaqub Məmmədov sədrlik edirdi. Əsas məsələlərdən biri Respublika Prokurorluğu nəzdində Hərbi Prokurorluğun yaradılması və Ali Məhkəmənin nəzdində Hərbi Tribunalın yaradılması məsələsi idi. İkinci məsələ Müstəqil Dövlətlər Birliyinin ərazisində olan azərbaycanlı hərbi qulluqçulara aid idi. Milli Şuraya bu barədə Latviya Ali Sovetinin sədri Qorbunovun məktubu və Estoniya Ali Sovetinin müraciətləri göndərlmişdi. Bunların hər ikisində xahiş edilirdi ki, onların ərazisində olan azərbaycanlı hərbi qulluqçuların geri çağırılması məsələsinə baxılsın və onların vətənlərinə qayıtması təşkil edilsin. Azərbaycan Respublikasının vətəndaşı olub Litva, Latviya və Estoniya respublikaları ərazisində xidmət edən və ya müqaviıə əsasında işləyən bütün zabit, praporşik, əsgər, matros və digər hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət üçün geri çağırılması məsələsinə də baxılsın. Bildirildi ki, Pribaltikada bizim təxminən 400-ə yaxın zabitimiz var. Onların qayıtması yalnız evlə təmin olunmaları məsələsi ilə əlaqədardır...

Əli Ömərov məlumat verdi ki, Yılmaz Axundzadə xəstədir...

Bundan başqa iclasda deputat Əli Ömərov məlumat verdi ki, Xocalı hadisələri üzrə istintaq komissiyasının sədri Yılmaz Axundzadə məlumat göndərib ki, xəstədir və komissiyaya rəhbərlik edə bilməz. Ona görə də biz komissiya üzvləri öz aramızda müzakirə keçirmiş və qərara gəlmişik ki, Ramiz Fətəliyev yoldaşı istintaq komissiyasının sədri seçək. Sizdən xahiş edirik, bizim vəsatətimizə baxasınız.

“Mən elə bilirdim ki, bu komissiyanın aqibəti belə, bundan da betər olacaq...”

Deputat Mətləb Mütəllimov dedi ki, mən elə bilirdim, bu komissiyanın aqibəti belə, bundan da betər olacaq. “Komissiyanın tərkibində elə adamlar var ki, onların orada fəaliyyəti indidən şübhə doğurur. Mən Fətəiyevi çox gözəl tanıyıram, amma hüquqşünas deyil...”

Əli Ömərov təklif etdi ki, Mətləb Mütəllimovun özü komissiya sədrliyinə təsdiq edilsin. “Bizimlə prokurorluq arasında narazılıq yarana bilər...”

Sədr Yaqub Məmmədov Yılmaz Axundzadənin Xocalı istintaq komissiyasının sədri vəzifəsindən azad olunması məsələsini səsə qoyarkən Tofiq Qasımov bildirdi ki, komissiyanın sədri peşəkar hüquqşünas, özü də məhz cinayət işi ilə bağlı yüksək təcrübəyə malik olmalıdır.

“Bu, toy-bayram deyil, tamada seçmək deyil...”

Yaqub Məmmədov məlumat verdi ki, Xocalıdan çox adamları qəbul edib söhbət etmişəm, orada böyük cinayət törədilib, həmin cinayət aşkar olunmalıdır, onu xalqa çatdırmaq lazımdır.
Ramiz Fətəliyev çıxışında göstərdi ki, dünən bizim komissiyanın iclası oldu, hamısı razılaşdılar, mən də etiraz etmədim. “İndi də susuram, ona görə ki, bu, toy-bayram deyil, tamada seçmək deyil, çətindir, xalqın faciəsidir...”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 129-131)

(Davamı var)

Təqdim etdi: Sultan Laçın
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR