Başı içki məclisi və qızlara qarışan RTŞ-nin müdiri Masallıda təhsili viran qoyub

18:02 12.11.2018 562
Başı içki məclisi və qızlara qarışan RTŞ-nin müdiri Masallıda təhsili viran qoyub

Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti barədə açıqlamalar yer almaqdadır. Daxil olan müraciətlərdə Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya
hallarından narazılıqlarını ifadə edirlər. Bununla bərabər, rayonun təhsil işçiləri də Masallı RTŞ-nin müdiri Tariyel Əkbərovun öz işində yol verdiyi ciddi qanun pozuntularından bəhs edən məlumatlar təqdim etməkdədirlər. Bu xüsusda aldığımız açıqlamalarda iddia olunur ki, Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyulması, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilməsi bir çox xoşagəlməz nəticələrə səbəb olur. Elə dünən redaksiyamıza daxil olmuş növbəti məlumatlarda, yenidən Masallı məktəblərində törədilən maxinasiyalardan xəbər verilir. İlk növbədə mənbə bildirir ki, hazırda məktəblərdə aparılan dərs bölgüsü prosesi RTŞ müdirinin nəzarəti altında həyata keçirilən əsil rüşvət yığımına çevrilib. Xatırladaq ki, bundan əvvəl redaksiyamıza təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun hələ ötən tədris ilinin sonlarına yaxın, Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilirdi. Bu xüsusda aldığımız açıqlamalarda qeyd olunmuşdu ki, RTŞ-nin rəhbərliyi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələrini tələb edib.
Bundan başqa Tariyel Əkbərovun tez tez sərxoş halda əxlaqa və müəllimə yaraşmayan halları ilə gündəmdədir.İçkili halda tez tez qızlarla özünə "kef məclisləri "qurduğu heç kesdən gizli deyil.Bir neçə vaxt bundan öncə avtomabilini içkili vəziyyətdə idarə edib ,qəza törədsədə nədənsə onun cinayət əməli ört basdır olundu.

Digər bir məlumatda isə, rayonun bir çox məktəblərində tətbiq olunan "Evdə təhsil” proqramı ilə bağlı törədilən maxinasiyalardan bəhs olunur. Mənbə bildirir ki, bu gün Masallıda ümumilikdə bu proqram üzrə 200 nəfər şagird təhsil alır. Tariyel Əkbərov isə, bu 200 nəfər şagirdin hər birinə görə məktəb direktorlarından 350 manat pul alır. Göründüyü kimi, il ərzində RTŞ müdirinin yalnız "Evdə təhsil” proqramı ilə bağlı maxinasiyalardan əldə etdiyi gəlir 70 min manat təşkil edir. Lakin mənbələrin iddiasına görə, RTŞ müdiri bu məbləği tək "yemədiyinə” ətrafındakıları inandırmaq üçün, həmin pulun böyük bir hissəsini Masallı Rayon İcra Hakimiyyətinin başçısı ilə və Təhsil Nazirliyinin rəhbərliyi ilə bölüşdüyünü bəyan edir. Maraqlıdır ki, Tariyel Əkbərov kimə güvənərək bu cür bəyanat yayır?

Aldığımız digər bir məlumatda isə, cari tədris ilində Masallı məktəblərində xüsusilə çox müşahidə olunan "izafi sinif” maxinasiyası barədə açıqlama verilir. Mənbə bildirir ki, bir çox məktəb direktorları üç yuxarı siniflərin hər birindən bir neçə şagird götürməklə, yeni, dördüncü (sayca) sinif yaradırlar. Təbii ki, bu əməliyyat ilk növbədə yeni dərs saatlarının alınması üçün həyata keçirilir. Tariyel Əkbərov isə, hər belə bir sinifin təsdiq olunmasına görə, həmin məktəbin direktorundan 800 (səkkiz yüz) manat pul alır.
Buda heç kəsə gizli deyil ki,ən çox "ölü canlar" Masallı məktəblərindədir.Təhsil nazirliyi yoxlama aparsa tam yəqin olarki ,kənd məktəblərinin 10-11- ci siniflərində əksəriyyət uşaqların adı var özü yoxdur.Şəhər məktəblərindən 9- cu sinifdən uşaqların sənədi sadəcə "pulun"gücünə bura yazdırılır.Kənd uşaqları isə təhsildən kənarlaşdırılır.Masallı rayon Qızılağac kəndində yerləşən 1 və 2 saylı məktəbdə 10-11 ci sinfilərdə araşdırılsa,orada neçə" ölü canlar" olan şagirdin adı bəlli olar.Bundan əlavə məktəblərə qazanxanlara pul ayrılsada ,şagirdlərdən hər ay odun pulu yığılır.Bir sözlə "əyyaşlığa"başı qarışan təhsil müdiri Masallı təhsilini rüşvətin qarşısında diz çökdürüb.
Digər tərəfdən isə Tariyel Əkbərovun öz işində yol verdiyi özbaşnalıqlar və ciddi qanun pozuntuları Təhsil Nazirliyinin rəhbərliyinin diqqətini hələ də cəlb etmir. Bütün bu qanun pozuntularından Təhsil Nazirliyinin rəhbərliyinin uzun müddət xəbərsiz olması qətiyyən inandırıcı səslənmir. Lakin fakt faktlığında qalır və biz hələ də ölkə rəhbərliyinin Azərbaycan təhsilinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirdiyi irimiqyaslı tədbirlərin iflasa uğraması üçün əllərindən gələni edən məmurların xalqa öz iradələrini diqtə etmələrinə dözmək məcburiyyətindəyik. Azərbaycan dövlətinin gənclərimizin təhsili üçün, başqa sözlə desək ölkəmizin gələcəyi üçün ayırdığı vəsaitləri Tariyel Əkbərov kimilərinin əli ilə mənimsəyənlər isə hələ də yüksək tribunalardan dövlətimizə sədaqət prinsiplərindən dəm vururlar. Lakin bütün bunlar Masallı ictimaiyyətini narahat edən ikinci dərəcəli məsələlərdir. Əsil narahatlıq isə Tariyel Əkbərovun tutduğu vəzifədə qaldığı hər yeni günün rayonun təhsil sisteminə daha bir sarsıdıcı zərbə olması anlamından doğur. Masallı ziyalılarının bu xüsusda qəti rəyləri bundan ibarətdir ki, bu korrupsioner və "əyyaş"məmur RTŞ-nin rəhbərliyində qaldıqca rayonun təhsil sistemində heç bir inkişafdan söhbət gedə bilməz. Yalnız Tariyel Əkbərov öz vəzifəsində təcrübəli, savadlı və ən başlıcası isə ləyaqətli bir kadrla əvəzlənməsi Masallı təhsilini hal-hazırda olduğu son dərəcə böhranlı vəziyyətdən çıxara bilər.

Digər tərəfdən də, yeni aldığımız məlumatlardan birində Masallı təhsilində saxta diplomlu müəllimlər probleminin hələ də öz həllini tapmadığı bildirilir.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
bakupress.az/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?