Müavin başçıya hökm edir? - Binəqədidə XAOS

12:59 12.11.2018 495
Müavin başçıya hökm edir? - Binəqədidə XAOS

Məlum olduğu kimi, Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun tutduğu postdan uzaqlaşdırılması və onun yerinə Elxan Allahverdiyevin icra başçısı təyin edilməsi rayon sakinləri tərəfindən rəğbətlə qarşılandı, müsbət dəyişikliklər üçün böyük gözləntilərə səbəb odlu.

E.Allahverdiyevin xalq arasındakı nüfuzu, xalqın istək və arzularına həssaslıqla yanaşması, vətəndaşların probleminin həlli istiqamətində atdığı fundamental addımlar icra başçısını Binəqədi sakinlərinə sevdirən əsas cəhətlərdən biridir.

Bununla bağlı daxil olan məlumata görə, E.Allahverdiyev bu posta təyin olunandan sonra icra hakimiyyəti daxilində də bir sıra dəyişikliklər həyata keçirilib və bu dyişikliklər əsnasında özünü doğrultmayan bəzi şəxslər vəzifədən uzaqlaşdırıb. Məlumata görə, vəzifədən uzaqlaşdırılanlardan biri də Binəqədi sakinlərinin şəxsən, ölkə vətəndaşlarının isə mediadan yaxşı tanıdığı Elçin adlı əməkdaş olub. Xatırladaq ki, əsasən Binəqədi rayonunun tabeçiliyində olan dənizkənari ərazilərdə xidmət aparan Elçin adlı şəxsin fəaliyyəti vaxtaşırı olaraq vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanıb ki, bunun da obyektiv səbəbləri mövcuddur.

Kiçik məmurun padşahlıq iddiası…

İnsanları Binəqədi icra hakimiyyətinin Elçin adlı əməkdaşından narazı salan ən başlıca məqam kiçik məmurun padşahlıq iddiası, daha doğrusu vətəndaşlarla öz təbəəsi kimi davranmasıdır. Belə ki, təhkim edildiyi ərazi üzrə torpaq və tikinti sektoruna nəzarət etməli olan, yol verilən qanunsuzluqları aradan qaldırmaq üçün qanun çərçivəsində tədbir görməli olan Elçin adlı şəxs, sakinlərə süni problemlər yaratmaqla insanları narazı salır, özünü bu ərazinin mütləqi-hakimi kimi aparır ki, bu da insanlarda haqlı olaraq narazılıq doğurur. Vətəndaşların problemini həll etmək əvəzinə onlara problem yaradan, hər kəsi öz qılıncının altından keçməyə vadar edən bu şəxs, icra hakimiyyətindəki bəzi himayədarlarının köməyi ilə insanların narazılığını görməzdən gəlir, onların şikayətini qulaqardına vurur. Vətəndaşların qanuni tikintisinə belə müdaxilə edən bu şəxs, sovet dönəmindən qalma torpaq sahələrinə də müdaxilə edir, vətəndaşların dədə-baba mülkü olan, az qala bir əsrdir ki,onların mülkiyyətində olan torpaq sahələrini də qanunsuz elan etməklə kütləvi narazılıq yaradırdı ki, bu da bütövlükdə icra hakimiyyətinin nüfuzuna zərbə vururdu.

“Balaca padşah”ın gedişi və “ümumxalq sevinci”

X.İsgəndərovun gedişindən sonra BRİH-də baş verən dəyişiklikər fonunda bəzi məmurların, eləcə də Elçinin tutduğu vəzifədən uzaqlaşdırılması Binəqədidə sözün həqiqi mənasında “ümumxalq sevinci”nə səbəb oldu. İcra məmuru ilə bağlı verilən bu qərar psixoloji baxımdan da vətəndaş məmnunluğunun formalaşmasına stimul verdi. Gec də olsa səslərinin eşidildiyindən məmnunluq duyan vətəndaşlar, Elçinin vəzifədən uzaqlaşdırılmasını ədalətin təntənəsi kimi dəyərləndirdi. Bu qərar BRİH-nin yeni rəhbərliyinin xalqın narahatlığına olan həssas münasibəti kimi də sözügedən qurumun nüfuzunun artmasına səbəb oldu. Lakin bu günlərdə cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaşların sevinci uzun sürməyib. Belə ki, bir müddət öncə işdən qovulan Elçin adlı şəxs yenidən öz vəzifəsinə qayıtmağa nail olub. Və təbii bu işdə ona yenə də BRİH-dəki himayədarları yardım edib.
Hirsli-hikkəli qayıdış və yeni problemlərin anonsu…

Məlumatlı mənbənin sözlərinə görə, Elçinin işə bərpasında mühüm rol oynayan başlıca fiqurlardan biri BRİH-in başçı müavini İlqar Süleymanov olub. İ.Süleymanovun səyi nəticəsində öz postuna bərpa olunan icra məmuru elə ilk gündən yenidən vətəndaşlarla qarşıdurmaya start verib. Vəzifədən müvəqqəti olaraq uzaqlaşmasının hirsi-hikkəsini sakinlərin üzərinə tökən Elçin, yaxın günlərdə yeni təftiş və yoxlamaya başlayacağını bildirib. Yeni problem və qarşıdurmaların anonsunu elan edən icra məmuru, bununla yeni gərginliklərin yaşanacağına diqqət çəkib ki, bunun da yeni narazılıq dalğasının yaranacağı deməkdir. Onu da bildirək ki, hələ X.İsgəndərovun dönəmində rayon ərazisində həyata keçirilən söküntü işlərinin “ilhamvericisi” kimi tanınan İ.Süleymanov, həm də rayon ərazisindəki ən gözəgəlimlə torpaq sahələrinin mənimsnilməsi və satışı işinə baxan şəxs kimi ad qazanmışdır. Təsadüfi deyildir ki, bəzi mətbuat orqanlarında onun Binəqədidəki məşhur “Zeytunluq” ərazisində xeyli miqdarda torpaq sahəsini ələ keçirməsi ilə bağlı məlumatlar yer almışdır. Bu günlər də isə redaksiyamıza başçı müavini ilə bağlı daha bir neçə informasiya daxil olub ki, onların bəzisini oxucuların diqqətinə çatdırırıq.

İlqar Süleymanovun bələdiyyələrə göstərdiyi “atalıq qayğısı”

İcra başçısının I müavini kimi önəmli bir posta sahib olan İ.Süleymanovun fəaliyyəti əsasən bir neçə yöndə özünü daha ciddi büruzə verir ki, bunlardan da biri bələdiyyələrlə bağlıdır. Belə ki, danışan mənbə bildirir ki, İ.Süleymanov əsasən Binəqədi və Xocasən bələdiyyələrinin əsas himayədarı kimi tanınır. İcra başçısının müavini vəzifəsində təmsil olunduğu gündən bu günə qədər sözün həqiqi mənasında sözügedən bələdiyyələrə atalıq qayğısı göstərən İ.Süleymanov, zaman-zaman onların fəaliyyətinə də yön verir, bu fəaliyyəti mütəmadi şəkildə redaktə və korrektələr həyata keçirir. Şübhəsiz, İ.Süleymanovun “torpaq işi”nə baxan bələdiyyələrə bu qədər yaxınlığı onun torpağa olan “sevgisindən” irəli gəlir. Mənbənin sözlərinə görə, bələdiyyələrə göstərdiyi himayədarlıq fonunda bələdiyyə sərəncamındakı torpaq sahələrindən də “zəhmət haqı” əldə edən başçı müavini bu gün də bu sahədə eyni canfəşanlıqla fəaliyyət göstərməkdədir.

Başçı müavini hamını “heç nədən” necə torpaq mülkiyyətçisi edir?

İ.Süleymanovun “xeyirxah” cəhətlərindən biri də onun torpaq sahibi olmaq istəyən heç kimin təklifinə “yox” deməməsidir. Bəli, nə qədər inanılmaz olsa da, başçı müavini imkan daxilində hər kəsi mülkiyyət shaibi etməyə çalışır. Bu səbəblə də bütün “münasib” şəxslərin xahiş və istəyini nəzərə alan İ.Süleymanov, onların hər birinə rayon ərazisindəki torpaq sahələrindən səxavətlə pay verir. Lakin sənəd üzərində və ya şifahi razılıq əsasında reallaşdırılan bu “xeyirxah iş” qısa müddətdən sonra öz yerini böyük məyusluqla əvəzləyir. Belə ki, bəlli bir müddətdən sonra bəlli olur ki, başçı müavini bir neçə ailənin səadətini eyni torpaq sahəsinə sığışdırmağa çalışıb. Başqa sözlə desək, bir torpağın bir çox sahibi mövcuddur. Bu isə təbii ki, sadəcə icra hakimiyyəti ilə vətəndaşlar arasında deyil, həm də vətəndaşların öz arasında ciddi narazılıq və qarşıdurmaya səbəb olur. Və sonda olan yenə də hamını “heç nədən” torpaq mülkiyyətçisi edən İ.Süleymanova deyil, sıradan vətəndaşlara olur.

Xeyir və şər təmsilçisi bir arada

Mənbənin bildirdiyinə görə, BRİH-nin yeni başçısı olan Elxan Allahverdiyevlə İ.Süleymanovun birgə fəaliyyəti də şübhə doğuran məqamlar sırasındadır. Belə ki, başçı postuna yeni təyin edilməsinə rəğmən bundan əvvəlki dönəmlərədki fəaliyyəti ilə müsbət imic qazanan, Binqədə sakinlərinin də rəğbətini qazanacağı şübhə doğurmayan E.Allahverdiyevlə tamam başqa dünyanın adamı olan İ.Süleymanovun bir arada çalışmasının mümkünlüyü inandırcı görünmür. Vətəndaşların probleminə həssaslıqla yanaşan, atdığı bütün addımlarda qanunun aliliyini rəhbər tutan E.Allahverənovdan fərqli olaraq, İ.Süleymanovun ictimai rəyə etinadsız yanaşdığı, hadisə və prosesləri şəxsi maraqları aspektindən təhlil etdiyi məlumdur. Bu isə onu E.Allahverdiyevin komandası üçün tamamilə gərəksiz bir adama çevirir. Bu baxımdan hesab etmək olar ki, İ.Süleymanovun X.İsgəndərovun aqibəti ilə üzləşəcəyi gün uzaqda deyil. \\minval.info\\
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi