İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində xidmət edən hərbçilərlə əlaqəsi istiqamətində aparılan araşdırmalar davam etdirilir.
Zamantv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində təşkilatla əlaqədə şübhəli bilinən 2 polkovnik, 2 podpolkovnik, 6 mayor, 14 kapitan, 21 baş leytenant, 7 leytenant, 47 starşina və 4 serjant olmaqla ümumilikdə 103 hərbçi barədə saxlanılmaq qərarı verilib.
32 vilayətdə aparılan əməliyyat zamanı indiyə qədər artıq 74 şübhəli saxlanılıb.
Zamantv.az