Milyardları mənimsəyən keçmiş məmurlar istintaqa çəkilir

11:39 9.11.2018 600
Milyardları mənimsəyən keçmiş məmurlar istintaqa çəkilir


Ləğv edilmiş Mili Təhlükəsizlik Nazirliyinin həbsə alınmış generallarının, vəzifəlilərinin bir çoxlarının məhkəmələri artıq yekunlaşıb. İttihamların əksəri təsdiqini tapıb və məhkəmə hökmləri ilə “mahmudovçu”ların üzərinə illərlə dövlətə və iş adamlarına vurduqları ziyanı ödəmək öhdəliyi qoyulub. Bir çox hallarda ödəmələr təmin olunub.

“Yeni Müsavat” xəbər verir ki, belə iddialar var ki, işdən qovulan, bu və ya digər səbəbdən vəzifədən alınan digər məmurların yağmaladığı, ələ keçirdiyi əmlaklar, var-dövlətlə bağlı da istintaq orqanları hərəkətə keçəcəklər.

Hesab sorulmalı olan, dövlətin 100 milyonlarını mənimsəyən xeyli sayda sabiq məmur var.

Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun Azərbaycanda yolların inşası zamanı mənimsədiyi milyonlar haqda çox danışılıb. Hələ 2012-ci ildə Ziya Məmmədovun qaynı, 74 saylı Yol İstismar Müəssisəsinin direktoru Hilal Bilal oğlu Bilalov 6 milyon manat məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham olunurdu.

Bu, Ziya Məmmədovun özünün deyil, 1 qohumunun balaca bir idarəyə rəhbərlik edərək qamarladığı məbləğ idi. O dövrdə bu barədə “Yeni Musavat” qəzetinə müəssisənin sabiq baş mühasibi Məmmədrəsul Ağayev məlumat vermişdi.

O, həmçinin demişdi ki, Hilal Bilalov və müavini Rüstəm Paşayev qısa müddət ərzində Zaqatala rayonunda 3 villa inşa ediblər. Hilal Bilalova və Rüstəm Paşayevə məxsus 2 villa Zaqatala rayonu Yuxarı Tala kəndi Tala prospektində, digər villa isə Zaqatala şəhərinin “Qala düzü” ərazisində yerləşir.

Bu təkcə Ziya Məmmədovun qayınlarının dövlət malından – xalqın cibindən əldə etdikləri var-dövlət haqda kiçik bir detaldır. Belə bir halda Ziya Məmmədovun özünün nəqliyyat naziri olaraq xalqdan, dövlətdən nə qədər pul oğurladığını aydınlaşdırmaq üçün elementar riyazi biliklərə sahib olmaq kifayətdir…
Milyardları mənimsəyən keçmiş məmurlar istintaqa çəkilir

Habelə, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının irimiqyaslı korrupsiya əməllərinə və oğurladığı pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi az əvvəl Azərbaycan mətbuatının manşet yazıları olmuşdu. Sənədlərə əsaslanan yazılardan belə aydın olurdu ki, Rüfət Aslanlının sürətlə varlanaraq multimilyonçuya çevrilməsinin səbəblərindən biri 2016-cı ildən Maliyyə Bazarlarına Nəzarət Palatasının birbaşa idarəçiliyinə keçən “Bank Standard”ın xilas edilməsi adı altında dövlət vəsaitlərinin talanmasından keçib.

“Bank Standard”ı sağlamlaşdırmaq adı altında Rüfət Aslanlının 40 milyon dollar mənimsəməsi haqda xəbərlər dolaşmaqdadır.

R.Aslanlının özünün deyir ki, əmanətçilərin vəsaitlərinin qaytarılması üçün birinci tranşda 15 milyon manat tamamilə əmanətçilərin tələblərinin yerinə yetirilməsinə xərclənib. Əmanətçilər isə 15 milyon manatdan bir qəpik də almadıqlarını deyirlər.

İkinci tranşda isə “Bank Standard” Mərkəzi Bankdan qalan 100 milyon manatı alıb. R.Aslanlı bu dəfə iddia edib ki, həmin vəsaitin 60 milyon manatı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına yönəldilib. Lakin əmanətçilər bu dəfə də heç nə almayıblar…
Milyardları mənimsəyən keçmiş məmurlar istintaqa çəkilir

Nazir postunu itirib vəzifədə olduğu vaxt varlananlar sırasında 5 il – 2013-cü ildən 2018-ci ilin əvvəlinə qədər əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyən Səlim Müslümov da var.

Səlim Müslümov yola salındıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsait yoxa çıxdığı aydın olmuşdu.

Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında 2-2,5 milyard manat yoxa çıxıb.
Milyardları mənimsəyən keçmiş məmurlar istintaqa çəkilir

Səlim Müslümovun əlillər üçün tikilən mənzilləri başqa şəxslərə və saxta əlillərə satması ilə bağlı da ilginc məlumatlar bu gün də araşdırılmamış qalıb.

DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.
Milyardları mənimsəyən keçmiş məmurlar istintaqa çəkilir

Ötən illərdə həmçinin Fondun Goranboy və Laçın şöbələrindəki irihəcmli korrupsiya və mənimsəmə faktları üzrə cinayət işi başlanıb. S.Müslümovun sədr olduğu dövrdə aparılan araşdırmalar göstərib ki, DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə mövcud olmayan şəxslərə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilib. Təxminən eyni faktlar Laçın rayon şöbəsində də aşkarlanmışdı. Baş verən bu rüşvət pramidasının başında dayanan Səlim Müslümov nazir olduğu dövrdə milyardlarla sərvətə sahib olub. Ayrı-ayrı ərazilərdə çoxlu sayda dəyəri milyonlarla ölçülən bahalı villalar tiktirib. İddialara görə, o, xarici dövlətlərdə də bahalı mülklərə sahibdir və bank hesabları var.



Bundan başqa, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da milyonlarla manat dövlət vəsaitin “xortumlaması” haqda çoxsaylı iddialar, faktlar və məlumatlar mətbuatda kifayət qədər əksini tapıb…

Hər bir halda pullar dövlət büdcəsindən gedib. Bu dəqiqdir. Bəs pullar haradadır? Kimin cibindədir?

Bu suallara keçmiş məmurlar cavab verməldirlər. İstintaqa çağırılıb vəzifəyə təyin olunana qədər olan əmlaklarının, maşınlarının siyahısı ilə vəzifədən çıxarılan zaman olan eyni məzmunlu siyahını qarşılarına qoymaq bu şəxsləri məsuliyyətə cəlb edilməsinə kifayət edə bilər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı