Uzunqulaq təsərrüfatının nümayəndəsi: - "AQTA bizə qarşı qərəzlidir"

17:41 5.11.2018 508
Uzunqulaq təsərrüfatının nümayəndəsi: - "AQTA bizə qarşı qərəzlidir"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatından götürülmüş qan və süd nümunələrində bakteriya aşkarlanıb.

Laborator müayinələr nəticəsində ulaq təsərrüfatının sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığı aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Agentliyə müraciət etmələri bildirilib.

Xəbərin mediada yayılmasından sonra, uzunqulaq təsərrüfatının nümayəndəsi Xəyal Cəlalov Musavat.com-a açıqlama verərək ağentliyin qərəzli yanaşma ortaya qoyduğunu bildirdi. O, qeyd etdi ki, Qida Təhlükəsizliyi Agentliyi süddə mikrob aşkarlandığı barəsində onlara rəsmi qaydada məlumat verməyib:

“Qida Təhlükəsizliyi Agentliyi bizə bu barədə heç nə deməyib. Analizlər nəticəsində südün tərkibində mikrob olması ilə bağlı mətbuatdan oxuduq. Halbuki, onlar heyvanlardan qan və süd analizi götürərkən nəticəsi barədə bizə məlumat verəcəkdilər. Bizə rəsmi qaydada müraciət olunmayıb. Halbuki ilk olaraq təsərrüfat sahibinə məlumat verməli idilər. Qida Təhlükəsizliyi Agentliyinin niyə belə etdiyini anlaya bilmirik? Agentlik nümayəndələri bizimlə görüşüb, sözümüzü dinləmək istəmirlər. Biz öz yolumuzu tutmuşuq və israrla da gedəcəyik".

X.Cəlalov onu da qeyd etdi ki, uzunqulaq südü bütün südlər arasında ən təmiz, bakteriyasız süddür: "Elmi araşdırmalar da göstərir ki, bu südün tərkibində bakteriya olmur. Analizlər iki nümunə üzərində aparılırdı. Biri var çiy südün, digəri də bizim onlara göndərdiyimiz pasterizə olunmuş südün analizi. Biz istəyirik ki, bizim verdiyimiz pasterizə olunmuş südün tərkibini yoxlasınlar və analizin cavabını desinlər.

Biz südün analizini paralel olaraq bir neçə laboratoriyada da verəcəyik. Görək Qida Təhlükəsizlik Agentliyinin aşkarladığı mikrob digər laboratoriyalarda da çıxacaqmı...”.

X.Cəlalov həmçinin, uzunqulaq südünün tərkibi ilə bağlı kifayət qədər elmi araşdırmaların olduğunu diqqətə çatdırdı:
“Bizim əlimizdə faktlar var. Uzunqulaq südünün tərkibi ilə bağlı dörd-beş institutun elmi araşdırmaları var. Bu araşdırmalada hansı səbəblərdən eşşək südün tərkibində bakteriyanın olmaması ilə bağlı, həmçinin hansı xəstəliklərin müalicəsində istifadə edilməsi ilə bağlı izahlar var.

Hətta Kembric Universitetinin bununla bağlı araşdırmaları var. Artıq bütün dünyada hamı bu südün faydasından danışır”.

Ferma nümayəndəsi Qida Təhlükəsizliyi Agentliyinin onlara qərəzli mövqedə olduğunu dilə bildirdi: “20 gündən çoxdur ki, Qida Təhlükəsizlik Agentliyinin İnsitutuna heyvanlardan analiz götürülməsi üçün 311 manat vəsait ödəmişəm. Bu günlər ərzində dəfələrlə zəng edib, analizlərin cavabını almaq istəmişik. Lakin bir cavab ala bilməmişik. Və birdən-birə analizin nəticələrini mətbuatda yayırlar. Qida Təhlükəsizliyi Agentliyi birmənalı olaraq qərəzli yanaşır. Oturub fikirləşiblər, süddən bir bakteriya tapıb, istədikləri kimi bəyanat yayırlar. Bir növ qara piar aparırlar. Lakin südün kimyəvi analizlərin cavabı barəsində heç nə demirlər. Biz öyrənmişik ki, həmin bakteriyanın standartları var və müəyyən dərəcədə ölür. Bundan əlavə, biz südün çiy deyil, pasterizə olunmuş şəkildə satışının həyata keçirəcəyik. Müəyyən temperaturda pasterizə edilərkən bakteriyalardan əsər -əlamət qalmır. Bu elmi araşırmalarda da öz əksini tapıb. Tanış adamlar bizə deyirlər ki, siz bu iddialarla və sübutlarla çətin ki, Azərbaycanda ulaq südünün satışına razılıq alasınız. Mən onlara bildirdim ki, məhz bu araşdırmalar və elmi sübutları ortaya qoyaraq, uzunqulaq südünün qanuni şəkildə satışını həyata keçirəcəyik”. Musavat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR