Sahil Babayev bu faktı nəzərdən qaçırmasın gərək... - GİLEY

15:56 5.11.2018 616
Sahil Babayev bu faktı nəzərdən qaçırmasın gərək... - GİLEY

Azərbaycan neft ölkəsi olsa da, onun minlərlə məzlumları zar-zar qan ağlayırlar. Bu gün Küveyt, Qətər kimi neft ölkələrində xalqlar cah-cəlal içində yaşayıb, filippinli, indoneziyalı miqrantları qara işlərdə işlətsələr də, Azərbaycanda minlərlə insan nəinki firavan yaşamaq, quru çörək belə tapa bilmirlər. Onların gözünün qarşısında isə məmurlar xalqın sərvətlərini sümürüb zəngin həyatları ilə yoxsullara acıq verirlər. Bu gün bir ovuc məmur oliqarxiyası lüks həyatını yaşayarkən, yüzlərlə xəstə, kasıb, əlil insanlar quru çörəyə, 136 manat pensiyaya möhtacdırlar. Ancaq fələyin gücünə bax ki, əlilə, xəstəyə dövlətin verdiyi qəpik-quruşu du rəva bilməyən məmurlar var. Onlardan biri Cahan.info-ya müraciət edən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Yeni məhəllələr deyilən massivdə yaşayan Məmmədova Elnarə Ağasalam qızıdır. Onun övladı Yeganə Məmmədova iki gözündən əlildir. Laçından məcburi köçkün olan və Ceyranbatanda məskunlaşan ailə acınacaqlı vəziyyətdə yaşayır. Bu yaxınlarda ATV-də “Bizimləsən” verilişinin qonağı olmuş gözdən əlil qıza Cahid həkim köməklik edib, protez göz qoyub. Lakin Zaurun efirində olmuş gözdən əlil qız əllillik dərəcəsi almaq və pensiya təyin olunması üçün Abşeron Tibbi-Sosial Ekspert Komissiyasından(“VTEK”) keçə bilmir. Ailənin dolanışığı üçün əlil gözünü pensiyaya dikmiş Y.Məmmədova və anası məmur süründürməçiliyi ilə üzləşiblər. Abşeron “VTEK” Y.Məmmədovanı komissiyadan keçirib müvafiq sənədi vermir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim eləsin, pensiya təyin olunsun. Görəsən, nazir Sahil Babayevin islahat adı ilə həyata keçirdiyi işlər blefdir yoxsa doğurdan da Abşeron “VTEK” vicdanını təmiz itirib, naziri də saymır və iki gözdən əlili komissiyadan keçirmir? Məqsəd rüşvət almaqdırsa, iki gözdən əlildən “haqq” istəmək, ayıbdır. Hətta Səlim Müslümovun dövründə də iki gözdən əlil qarşı haqsızlıq olunmurdu. Amma çox təəssüf ki, gah ayağı amputasiya edilmiş əlilin pensiyası kəsilir, gah iki gözdən əlil tibbi komissiyadan keçə bilmir, gah məşğulluq idarəsi müdiri rüşvətlə iş verir, gah da DSMF şərtlə sosial müavinət ayırır. Ancaq nazir Sahil Babayev düşünməlidir ki, bu xəstələrin ahı tutar. Axı el arasında hamı S.Babayevin atasını xeyirxah insan, kasıblara əl tutan biri kimi xatırlayır?! Bəs, cənab nazir niyə atasının layiqli yolunu davam etdirmək istəmir? Doğurdanmı “VTEK”lərdə bu cür özbaşınalıqlara birdəfəlik son qoymaq çətindir? İki gözdən əlili necə komissiyadan keçirməmək olar? Onun verəcəyi rüşvəti necə yemək olar? Axı Allah baxır, məzlumun, fağırın, kimsəsizin alacağı qəpik-quruş pensiyadan onu necə məhrum etməyə həmin “VTEK” sədrinin ürəyi gəlir? Heç vicdanı sızıldamırmı? Bu insanın imkanı olmadığına görə Cahid həkim ona protez göz qoyub, pulsuz yardım edilib. Y.Məmmədovanın ailəsi ağır şəraitdə, bir tikə çörəyə möhtac içində yaşayır. “VTEK” sədri naziri də, bu vətəndaşı da saymırsa, heç olmasa restoranda hesab verəndə yadına düşür ki, haqsızlıq edib?! İki gözdən əlil ümidini, gözünü pensiyaya dikib, S.Babayev və onun “VTEK” sədrləri də gözünü həmin pensiyaya dikib - rəzalətdir! Prezident naziri təyin edib ki, bu cür kiçik şikayətlər ona gəlməsin, vətəndaş daha pensiyaya, əlilliyə görə də çarəsiz qalıb dövlət başçısına, Mehriban xanıma yazmasın. Nazir və yerlərdəki kadrları ən azı bu cür problmləri həll etməlidirlər, prezidentə, mətbuata gedib çıxmamalıdır. Ancaq onların yarıtmaz fəaliyyəti o həddə gəlib çıxıb ki, iki gözdən əlilin işinə baxılmır və ölkə rəhbərliyinə müraciət olunur. Cənab S.Babayev prezident İlham Əliyevin iş qrafikində müxtəlif səfərlər, xarici qonaqlarla görüşlər var, dövlət tədbirlərində iştirak edir, müxtəlif geosiyasi məsələlərlə bağlı tapşırıqlar verir. İndi siz söyləyin, hansı ölkədə prezident iş-gücünü atıb hansısa yarıtmaz məmurun, nazirin ucbatından çöllərdə qalan, ac-yalavac yaşayan iki gözdən əlilin pensiya işi ilə məşğul olur? Utandırıcı mənzərə deyilmi? - Utandırıcıdır...Ümidvarıq ki, bu rəzilliyə tezliklə reaksiya verib, son qoyulacaq.Cahan.info

Sahil Babayev bu faktı nəzərdən qaçırmasın gərək... - GİLEY
Sahil Babayev bu faktı nəzərdən qaçırmasın gərək... - GİLEY
Sahil Babayev bu faktı nəzərdən qaçırmasın gərək... - GİLEY
Sahil Babayev bu faktı nəzərdən qaçırmasın gərək... - GİLEY
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM