Impera
XƏBƏR LENTİ
16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:15Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...18:00Netanyahu və Putin arasında telefon danışığı baş tutub17:40Bakının mərkəzində YANĞIN17:23Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini17:12Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib17:02Milli Telekommunikasiya Şurası yaradılacaqmı? – RƏY16:52Ürəyi zəif olanlar baxmasın: uşaq hamının gözləri qarşısında... - ANBAAN VİDEO - FOTO16:30Yeni Ramanada quru ot sahəsi yanır16:17Yunanlar narahatdır: Türkiyə hər şeyi məhv edəcək!15:48Tələbələr Bakıda kirayə ev tapmırlar - Qiymətlər də "günahkar" deyil15:45İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat15:43Cəbrayıl rayonundan olan bir qrup həkim məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirib15:41Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX15:40Bakıda süpürgəçilər ölümdən döndü — VİDEO14:59Sabaha olan hava proqnozu AÇIQLANDI14:56Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI14:45BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi14:41Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir14:39Aqrar sektora “ikinci nəfəs”?13:23Göyçayda evdən 14500 manat oğurlandı13:14“Un kralı”, “Otellər zəncirinin sahibi”, “tikinti oliqarxı” - Qanunun yanından keçən biznesmen deputatlar12:45Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO12:28Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…12:07Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu11:20Baş nazirdən tikinti ilə bağlı vacib qərar10:38Elektrik qatarlarından istifadə edənlərin nəzərinə10:28Əgər pullar Cargill şirkətinə gedibsə Beynəlxalq Bank niyə bu şirkətə borclu qalmalıdır?10:09"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb09:42Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür17:29Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi17:25"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM17:20İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL17:12Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO17:10Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı12:14Metropoliten tikintisi `Sovetski` sakinlərini narahat edir - GİLEY11:05FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır10:49“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!” - İş adamından “Relax”a dəstək10:34KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar - MÜƏMMA10:20ABŞ Qafqaza girir: Kremlin cavabı... - TƏHLİL10:06Oqtay Şirəliyevin işçisi ittiham olunur... - "3600 manat pulumu alıb, dələduzluq edib..."09:51“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər09:45Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ09:22Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov üçün ÇIXIŞ YOLU... - Əgər rüşvətə son vermək istəyirsə...

02 Kas 2018, 09:54   
Ceyhun Bayramov üçün ÇIXIŞ YOLU... - Əgər rüşvətə son vermək istəyirsə...
Son illərdə Azərbaycanda təhsil sahəsində aparılan inqilabi islahatlar artıq özünün ilkin bəhrələrini verməkdədir. Təhsil sistemini dünyanın qabaqcıl təcrübələrinə əsaslanaraq yenidən qurmaq, onun keyfiyyətini artırmaq üçün proqramlar qəbul edilib, uğurlu layihələr həyata keçirilib. Azərbaycan təhsilini ənənəvi sistemdən müasir tələblərə cavab verən yeni modelə uyğunlaşdırmaq üçün bu gün də önəmli tədbirlər görülməkdədir. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksək səviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub.

Məlum olduğu kimi, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu artıq 3-cü ildir ki, elektron qaydada aparılır. Birinci sinfə elektron sənəd qəbulunun tətbiqi vətəndaşların rahatlığının təmin olunmasına, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınmasına və mövcud olan bərabər təhsil imkanlarının genişləndirilməsinə şərait yaradır. Eləcə də I sinfə elektron sənəd qəbulu prosesi bu sahədə şəffaflığın təmin olunması, subyektiv amillərin aradan qaldırılması, insanlara obyektiv seçim azadlığının verilməsi, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi və şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir.
Ötən illər ərzində birinci sinfə şagird qəbulu sistemi ilbəil təkmilləşdirilir. Belə ki, artıq valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə özləri edə bilirlər. Həmçinin, sənədlər məktəbə təqdim edilən zaman uşaqlar müsahibəyə cəlb olunmurlar. Eyni zamanda, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır. Belə ki, uşağın həmin məktəbə qəbul edilməsi üçün qeyd olunan prioritetlərdən biri olduqda, bu proses sistem tərəfindən tənzimlənir.

Digər bir yenilik isə lisey və gimnaziyalara qəbulla bağlıdır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli klassik gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilir. Bu da təbii olaraq, həmin ərazidə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması zərurətindən irəli gəlir. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə həmin ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Həmin uşaqlar üçün müsabiqə iyun ayı ərzində keçiriləcək.

Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə tənzimlənməsi ilk növbədə, vətəndaş məmnuniyyətinə xidmət edir. Odur ki, istənilən müraciət və sorğu diqqətlə araşdırılır, müvafiq işçi qrupu hər bir məqamı nəzərə almağa çalışır. Xüsusilə qeyd etmək lazmdır ki, valideynləri düşündürən müxtəlif məsələlərin həlli ilə bağlı BŞTİ-yə olunan bütün müraciətlər ən qısa zamanda cavablandırılır, müvafiq qaydalara uyğun gələn bütün hallarda valideynlərin istəyi müsbət həll edilir.

Bu sistemin tətbiqi nəticəsində uzun illərin əsas problemlərindən biri olan dərs ili başladıqdan sonra məktəb daxilində siniflər üzrə uşaqların əsassız şəkildə yerdəyişməsinin aparılmasının qarşısı alınacaq.

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə tənzimlənməsi eyni zamanda bir sıra məktəblərdə ənənəyə çevrilmiş “Seçmə uşaqlarla işləmək” təcrübəsinin aradan qaldırılmasına imkan verəcək. Bu, məktəblər arasında tədrisin səviyyəsinə görə fərqlərin aradan qaldırılmasına ciddi təsir edəcək vasitələrdən biridir.

Paytaxda yerləşən bir çox məktəblərə müxtəlif səbəblərdən şagird axınının çox olmasına görə bəzən yaxınlıqda yaşayan uşaqlar həmin məktəblərdə təhsil almaq imkanından məhrum olurdular. Bu isə insanların haqlı narahatlığına səbəb olur, azyaşlı uşaqların lüzumsuz yerə yollarda vaxt itirməsi ilə nəticələnirdi. İndi isə hər bir uşağın ən yaxın dövlət ümumi təhsil müəssisəsində təhsil alması üçün heç bir problem yoxdur.

Göründüyü kimi şagirdlərin birinci siniflərə qəbulunun elektron qaydada aparılması son illərin ən uğurlu layihələrindən biridir. Məhz görülən işlərin məntiqi nəticəsidir ki, bu sahədə şəffaflıq maksimum səviyyədə təmin olunub. Lakin, sirr deyil ki, bu şəffaflığın heç də yuxarı siniflərdə təmin olunması barəsində danışmaq olmaz. Yuxarı sinif şagirdlərinin müəyyən maraqlar çərçivəsində məktəblər arasında “dəyişdirilməsi” , siniflərdə bu yolla şagird sıxlığının yaradılması faktları istənilən qədərdir. Hətta bir çox hallarda şagirdin adı oxuduğu məktəbdə deyil, digər bir məktəbdə jurnalda yazılır. Beləcə direktorlar arasında baş tutan “centlmen razılaşması” nəticəsində hər iki tərəf qazanır.

Qeyd etmək yerinə düşər ki, yuxarı siniflərdə-xüsusilə X, XI siniflərdə şagirdlərin repititer yanına getməsi nəticəsində davamiyyət çox aşağı olur. Həmçinin əksər məktəblər şagirdlərin belə kurslara getməsinə özləri şərait yaradırlar. Çünki, həm şagirdin dərsə gəlməməsindən qazanırlar, həm də qəbul imtahanları nəticəsində yüksək faiz göstərmələri ilə öyünürlər. Bütün bunlar isə şagirdlərin yerdəyişməsinə vahid mərkəzdən nəzarətin olmaması nəticəsində baş verir. Nəticədə isə təhsil sahəsində total rüşvətin ayaq açmasına şərait yaranır.

Təklif edirik ki, bütün ölkə üzrə şagirdlərin vahid informasiya mərkəzi formalaşdırılsın və onların yerdəyişməsi də elektron qaydada aparılsın. Məhz vahid elektron sistemin yaradılması nəticəsində yuxarı siniflərdə şagirdlərin yerdəyişməsi sahəsində hökm sürən rüşvətxorluq, korrupsiya hallarına son qoymaq mümkündür. Yerdəyişmə prosesinin vahid mərkəzdən idarə olunması hər bir məktəbin potensialının üzə çıxarılmasına, eləcə də qaranlıq məqamların aradan qaldırılmasına köməklik edəcəkdir. İnanıram ki, bu təklifin reallaşması təhsilimizin gələcək inkişafına köməklik göstərəcək, bu sahədə şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır.

Rubrika.Az saytının məktəb kollektivləri və valideynlər arasında keçirdiyi sorğunun nəticələri də dediyimizi bir daha təsdiq edir. Rəyi soruşulan respondentlər şagirdlərin elektron qeydiyyatının aparılmasının vacibliyini, bunun şəffaflığın təmin edilməsində böyük rol oynadığını bildiriblər.Bu barədə sorğumuzda ölkənin tanınmış təhsil ekspertlərinin də müsbət fikirləri var. Gələcəkdə mövzu ilə bağlı daha ətraflı yazılar dərc edəcəyik. Rubrika.Az
OXŞAR MÖVZULAR