Moskva Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun “Kodayu” operasının premyerası olub

17:19 31.10.2018 539
Moskva Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun “Kodayu” operasının premyerası olub

Moskva Beynəlxalq Musiqi Evində Azərbaycan bəstəkarı, Əməkdar artist Fərhəng Hüseynovun “Kodayu” operasının Rusiya premyerası olub.

AZƏRTAC xəbər verir ki, “Rusiya-Yaponiya qarşılıqlı mədəniyyət İli” çərçivəsində nümayiş etdirilən tamaşa Yaponiya musiqisevərlərinə hələ 1993-cü ildə təqdim edilib. Səhnə əsərinin librettosunu Yaponiya opera müğənnisi Eyko Aoki yazıb.

Müğənninin oğlu, “AOKİ” nəşriyyat evinin rəhbəri Yosihide Aoki AZƏRTAC-a müsahibəsində bildirib ki, opera 1990-cı ildə yazılıb. “Mənim anam Eyko Aoki hər zaman Rusiya ilə dostluq münasibətlərinin qurulmasına çalışıb. XVII əsrdə yaşamış yaponiyalı səyyah Daykoku Kodayunun Rusiyaya səfəri və 11 ildən sonra Vətəninə qayıtması barədə maraqlı tarixi hadisə onun diqqətini cəlb etmişdi. Operanın librettosu hazır olandan sonra anam Azərbaycan bəstəkarı Fərhəng Hüseynova müraciət etdi. Anamın bəstəkar qarşısında qoyduğu əsas şərtlərdən biri o idi ki, operanın musiqisi hamı üçün anlaşıqlı, eyni zamanda, orijinal olsun. Fərhəng Hüseynov bu vəzifənin öhdəsindən layiqincə gələ bildi”.

O həmçinin qeyd edib ki, gələn il Azərbaycana gəlməyi planlaşdırır. “Gələn il bəstəkar Fərhəng Hüseynovun yubileyi ərəfəsində Azərbaycana gəlməyi düşünürəm. Mərhum bəstəkarın Vətəni ilə tanışlıq mənim üçün çox maraqlı olar. Eyni zamanda, “Kodayu” operasının Azərbaycanda səhnələşdirilməsi barədə də danışıqlar aparmaq niyyətim var”, - deyə Yasohida Aoki bildirib.

Bəstəkarın qızı, Bakı Musiqi Akademiyasının müəllimi Tomris Hüseynova AZƏRTAC-ın müxbiri ilə söhbətində xatırladıb ki, 1991-ci ildə Fərhəng Hüseynov “Zamana səyahət” əsərinə görə Tokioda keçirilən beynəlxalq müsabiqənin qalibi olub. Müsabiqə Yaponiyanın “Asaxi” televiziya kanalı və UNESCO tərəfindən təşkil edilmişdi. “Həmin səfəri zamanı atama “Kodayu” operasını yazmaq təklifi gəldi. Çox istərdim ki, atamın gələn il qeyd ediləcək 70 illik yubileyi münasibətilə bu opera Azərbaycanda səslənsin”, - deyə T.Hüseynova vurğulayıb. Tomris Hüseynova, həmçinin tamaşanın yaradıcı heyətini gül zənbili ilə təbrik etmiş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna atasının yaradıcılığına diqqətə görə təşəkkürünü bildirib.

Moskvada operanı “Amadey” Musiqi Teatrının rejissoru Oleq Mitrofanov səhnələşdirib. Rolları “Novaya opera” teatrının solisti Andrey Berus, “Gelikon opera”nın solisti Yelena Semyonova, Rusiya Böyük Teatrının solisti Yelena Okolışeva və başqaları ifa ediblər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?