Impera
XƏBƏR LENTİ
16:31Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO16:29Ulduz idmançılar Azərbaycana gəlir16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Benzin BAHALAŞDI16:17Bakıya yağış, rayonlara qar yağacaq16:16"Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO16:14Bakıda 16 yaşlı gənc metroda itkin düşdü16:14Prezident müsəlman din xadimlərini qəbul etdi - FOTO16:12Prezident Bilal Əliyevə mənzil bağışladı16:06Selfi sevgisi daha bir turisti öldürdü16:02Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - Zığ, Bayıl, Yeni Yasamal... - XƏRİTƏ16:01Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO15:58Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - Video15:32Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO12:05Elmira Süleymanova: "Yalan məlumatdır"11:32Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO11:30Gecə Bakıda baş verən yanğında polislər körpələri evdən çıxarır - FOTOLAR11:27Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi11:24Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü12:26Azərbaycanda doktoranturaya qəbul qaydaları dəyişib12:16Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır11:23“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”11:22“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO11:19Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video11:17“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı11:14Paytaxtda Dünya dini liderlərinin II Bakı Sammiti başlayır11:13MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək14:56Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ14:54Yeni icra başçıları kollektivə təqdim olundu14:49Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM13:02Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda12:43Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK12:40Nazir onları işdən çıxartdı12:35Bu binanın sakinləri kirayə evlərə köçürüləcək - VİDEO11:08Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub11:07Ərdoğanın partiyasında şok istefa10:45Varlılar banklara güvənmirlər10:44Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI10:42“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək10:41Elə sabahdan QIRMIZI SOĞAN yeməyə başlayacaqsız - Sən demə...15:39Arif Hacılı saxlanıldı15:30Şəmsəddin Xanbabayevin KORRUPSİYA “TƏMƏL”İ… – İTTİHAM15:28ŞOKA DÜŞƏN XƏSTƏYƏ TƏCİLİ YARDIM MAŞINI TAPILMADI – SƏS YAZISI12:57Nazarbayev Putinlə Zelenskini görüşdürür12:49“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb12:48Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb12:47ATV-nin icraçı direktoru vəzifədən getdi12:46Nazirlik Bakıdakı bu doğum evinin təmirinə 10 milyona yaxın pul xərcləyəcək12:41Gömrük postunda avtomobillərdən soyuq silah aşkarlandı11:37“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” — Video11:35Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"11:34Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Foto11:32Argentina Bakıdan Əli Əkbər Vilayətinin həbsini tələb edib10:00Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub12:24İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:46Yurçeviç millimizə 24 futbolçu çağırdı11:30Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:07Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...09:47Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:31Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:16DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:58İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:44Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:17Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR14:33Bakıda iki qadın birləşib kişini döydü14:18Sabah yaz havası olacaq14:03İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto14:00"Qəsdən məni qıcıqlandırırlar" - Sevda13:33“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual – “Global Services” MMC- kimindir?13:08Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?12:26Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - İcra strukturları və işbazların əlbirliyi12:13Azərbaycanda yetimlər üçün tikilən evləri necə satıblar... - ŞOK İTTİHAM11:21Texniki Universitetdə rüşvət qalmaqalı - İTTİHAM11:01Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...10:43Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO10:23Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb10:04Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu22:35Prezident bu televiziya və radio işçilərinə fəxri adlar verdi22:14Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI21:59Dilənçinin sərvəti hamını ŞOKA SALDI21:35Azərbaycan Rusiyaya nota verdi
BÜTÜN XƏBƏRLƏR

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

30 Ekm 2018, 15:18   
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Böyük Britaniyanın paytaxtı Londonda Heydər Əliyev Fondunun və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan rəsmi qəbul keçirilib.

Zamantv.az AZƏRTAC- istinadla xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva, Böyük Britaniyada akkreditə olunmuş diplomatik korpusun, dövlət qurumlarının və parlamentin nümayəndələri, iş adamları iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, cəmi 23 ay ömrü olan respublika qısa müddətdə ciddi uğurlara imza atıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub, qadınlara ilk dəfə seçki hüququ verib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın bu gün dünyada uğurlu daxili və xarici siyasət yürüdən, inkişaf edən demokratik dövlət kimi tanındığını vurğulayıb.

Azərbaycanla Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışan Tahir Tağızadə Böyük Britaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib, hər iki ölkə arasında son 27 il ərzində möhkəm əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Böyük Britaniya ilə birgə fəaliyyət göstərdiyi bildirilib, Prezident İlham Əliyevin Londona son səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.

Böyük Britaniya hökumətinin Lordlar Palatasının üzvü, Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da tədbir iştirakçılarını və xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, 100 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirib. Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri arasında qadınlara səsvermə hüququnun verilməsini xüsusi vurğulayan Baronessa Emma Nikolson ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji üzrə deyil, təhsil, mədəniyyət, hərbi və digər sahələrdə də münasibətlər inkişaf edir. İkitərəfli diplomatik əlaqələrə nəzər salan Lordlar Palatasının üzvü ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığının səviyyəsindən razı olduğunu bildirib və bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb. Azərbaycan Prezidentinin Londona son səfərini xüsusi qeyd edən xanım Nikolson bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, video və audiomateriallar, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.

Baronessa Emma Nikolson AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin Londonda qeyd edilməsi çox mühüm hadisədir: "Biz Azərbaycanda demokratiyanın təntənəsinə yığışmışıq. Bu gün Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələr yüksək səviyyədədir. Bir daha təbriklərimi çatdırıram".

Kensington və Çelsi bələdiyyəsinin müşaviri Gerard Hargreaves deyib: "Təmsil etdiyim qurum adından Azərbaycanı 100 illik yubiley münasibətilə təbrik edirəm. Bu tədbirdən zövq almaqla yanaşı, ölkənizin tarixi haqqında bir sıra məlumatlar öyrəndim. Burada nümayiş olunan filmdə Azərbaycanın coğrafiyası, mədəniyyəti, zəngin təbiəti haqqında ətraflı məlumat verilib. Bir daha Azərbaycan xalqını təbrik edirəm".

Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Çarlz Evans bildirib: "Burada olmaq böyük şərəfdir. Azərbaycan xalqını bu önəmli gün münasibətilə təbrik edirəm. Ölkənizə növbəti 100 illikdə də uğurlu inkişaf arzulayıram. Londonda Azərbaycanla bağlı keçirilən tədbirlərdə mütəmadi iştirak etməkdən şərəf duyuram. İndi də burada olduğum üçün çox şadam. Möhtəşəm tədbirdir".

Lordlar Palatasının digər üzvü Con Devid Kilkluni deyib: "Mən 20 ildir ki Azərbaycanın dostu olmaqdan şərəf duyuram. Həm Avropa Parlamentində, həm də Avropa Şurasında çalışdığım illərdə həmişə Azərbaycanın haqq səsini müdafiə etmişəm. Ölkəniz Avropa Şurasına üzv qəbul olunanda mən bütün proseslərin bilavasitə iştirakçısı idim. Ondan sonra ölkənizdə mütəmadi səfərlərdə olmuşam. İllər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini görmək çox xoşdur. Ölkənizlə bağlı xüsusi məqamı qeyd etmək istərdim: Azərbaycanda dini tolerantlıq yüksək səviyyədədir. Bu, dünyaya nümunə ola biləcək bir məqamdır".
OXŞAR MÖVZULAR