Bakı Metropolitenində irtica dərinləşir

17:12 26.10.2018 533
Bakı Metropolitenində irtica dərinləşir

Sadiq oxucularımız xatırlayarlar, bu ilin may ayında "Pressinfo.az" saytı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bir qrup maşinistinin müraciətnaməsini internetə çıxardı. Maşinistlər QSC rəhbərliyində bəzi vəzifəli şəxslərin onlarla kölə kimi rəftar etmələrindən, əmək və istirahət hüquqlarının pozulmasından, korrupsiya hüquqpozmaları ilə üzləşmələrindən şikayətlənmişdilər. Yazmışdılar ki, zəhmətkeşlərlə quldarcasına münasibətinə görə qatarları idarə edən maşinistlərin yuxuları kəsirdə qalır, o üzdən səhhət durumları, əmək qabiliyyətləri arzuolunan səviyyədən aşağı düşür. Bu mövzuda qələmə alınan birinci məqalənin sonunda inam ifadə etmişdik ki, problem ictimailəşəndən sonra aidiyyəti qurumlar onun həllinə nail olacaq, hüquqpozma faktlarının araşdırılmasını təmin edəcəklər.
Ancaq çifayda! Gözləntilərimiz özünü doğrultmadı, əksinə, birinci məqalədə tənqid olunan vəzifəli şəxslər barədə redaksiyamıza yeni-yeni şikayətlər daxil olmaqdadır. "Bakı Metropoliteni" QSC-nin Qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişi Nazim Mədət oğlu Abdullayev redaksiyamıza məktubla müraciət edib. Müəllif bildirir ki, 02 noyabr 1981 - ci il tarixdən Bakı Metropolitenində işləyir. 37 illik əmək fəaliyyətinə çilingərlikdən başlamışdır. 02 may 1994-cü il tarixdən 05 oktyabr 2017-ci il tarixədək Qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttiş vəzifəsində çalışmışdır. Yazır ki, 05 oktyabr 2017-ci il tarixdə Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttiş Elxan Məmmədov onu yanına çağırıb, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun tapşırığını elan edib: "Öz ərizənlə bu gün işdən çıxmalısan. Əks halda Azərbaycan Respublikasının heç bir yerində özünə iş tapa bilməyəcəksən".
Nə səbəbə işdən çıxarıldığını soruşduqda isə, baş müfəttiş ona: "Səbəb yoxdur, sədr belə istəyir" - cavabını verib. Nazim Abdullayev ərizə yazmayacağını bildirdikdə, Elxan Məmmədov onu İnsan Resursları Şöbəsinin rəisi Əli Əliyevin yanına göndərib: "Əli Əliyev də mənə eyni təklifi etdi. Mən ərizə yazmadıqda, o mənə "məzuniyyət götür, get, özünə iş tap" dedi. Mənə məcburi məzuniyyət verdilər, lakin yenə də əl çəkmədilər. Hər gün zəng edib İdarəyə çağırır, ərizə yazmağımı tələb edirdilər. Əsəbdən xəstəliyə tutuldum. Əli Əliyev və İdarənin Hüquq Şöbəsinin rəisi Adil Atakişiyev Dəmiryol Xəstəxanasına və yaşayış yerimdəki poliklinikaların baş həkimlərinə zəng edib hədə - qorxu gələrək mənə xəstəlik vərəqəsi verilməməsini tapşırmışdılar. İdarəyə verdiyim xəstəlik vərəqələrini Əli Əliyev və Adil Atakişiyev özlərində saxlayırlar, ödəniş üçün mühasibatlığa vermirlər. 17 sentyabr 2018-ci il tarixdə xəstəxanaya gedərkən, iş yoldaşım Rzayev Asif Mirzə oğluna dövlət notariat kontorunda etibarnamə verdim ki, mənim əmək haqqı kartımı İdarədən alsın və xəstəlik vərəqələrinin ödənişinin nə vaxt ediləcəyini öyrənsin. Rzayev Asif İdarəyə gedib etibarnaməni göstərən kimi Əli Əliyev sənədi ondan alıb Adil Atakişiyevə vermişdir. Atakişiyev isə Asifə mənim əvəzimə işdən çıxmaq haqda ərizə yazmağı təkid etmişdir. Asif ərizə yazmaqdan imtina etdikdə, ona "etibarnamənin üzünü görməyəcəksən!" - deyib otaqdan çıxarmışdır".
Şikayətçi xatırladır ki, dövlət notariusu tərəfindən verilmiş etibarnaməni qaytarmamaq, başqasına məxsus əmək haqqı kartını verməmək, başqa şəxsi mənim yerimə işdən çıxmaq haqda ərizə yazmağa məcbur etmək vəzifəli şəxsin öz vəzifə səlahiyyətlərini aşması, vəzifəsindən sui-istifadə etməsi deməkdir. Odur ki, redaksiyadan Azərbaycan Respublikası qanunlarının Bakı Metropolitenində işləməməsindən dolayı yaranan problemləri ictimailəşdirməyi xahiş etmişdir.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin Hüquq Şöbəsinin rəisi Adil Atakişiyev ümumiyyətlə metropolitenin yuxarı vəzifəli şəxslərindən şikayətçi düşən maşinistlərə təzyiq göstərməkdə pərgardır. Maşinistlər yazırdılar ki, Atakişiyev onları dələduz adlandırır, dövlət rəsmilərinə onlardan şikayət ünvanlayacağını, onları tutduracağını bildirir. Atakişiyevlə müharibə veteranı olan Asif Rzayevin əvvəllər də aralarında insident baş vermişdir. İnsan Resursları Şöbəsinin rəisi Əli Əliyev isə istirahət günləri işləməyə məcbur edilən maşinistlərə "öz hesabınıza yazıb neçə gün istəsəniz istirahət edə bilərsiniz" cavabını vermişdi. Bütün bunlar göstərir ki, Bakı Metropoliteninin özbaşınalıq edən, səlahiyyət həddlərini aşan vəzifəli şəxsləri barədə ciddi ölçü götürülmədikcə, onlar daha da mürtəce siyasət yürüdürlər."Pressinfo.az"

Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Nüşabə Əhməd
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar