Impera
XƏBƏR LENTİ
21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO10:57Vilayət Eyvazov Milli Qəhrəmanın bacısı oğluna vəzifə verdi10:36Deputatın oğlunu neçə il həbs gözləyir?10:24Şabranda inkişaf üçün hər cür zəmin var... BAŞÇI YOXDUR! - GİLEY10:09İkinci qrup əlildən ölkə rəhbərliyinə şikayət: - "Ağdam İcra Hakimiyyətində məni dinləyən yoxdur"09:52Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb09:44Son bir həftədə Yaponiyada istilərdən 7 nəfər ölüb09:22Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb17:53Ermənistan polisi qadın aksiya iştirakçılarına qarşı güc tətbiq edib17:42«142 nömrəsi, 20 obyekti var – cəmi 972 manat vergi ödəyib» - VERGİDƏN AÇIQLAMA17:29“Qara qutu” tapılsa da, pilotdan xəbər yoxdur” – Qabil Hüseynli17:16Sabah dollar neçəyə olacaq?17:04Gəlirsiz turizm: hara gedirik? - Məmur hərisliyi, boş qalan otellər16:54“Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı - İDDİA16:25"Çelsi"nin oyununun hakimi "probka"da qaldı - matçı başqası idarə etdi15:50Daha bir rayona yeni polis rəisi təyin edilib15:39YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib, Dövlət Yol Polisi susur - VİDEO15:18Gələn ilki parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldı - Kimlər gedir?15:02“Ermənistan fürsəti əldən verərək sülhü uduzub” - Ramiz Mehdiyev15:00Vilayət Eyvazovun apardığı islahatlar: Kim hara təyin edilib? - SİYAHI14:14Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?13:51Baloğlan Əşrəfov Rövşən Məmmədova müraciət etdi — Efirdən uzaqlaşdırılan ŞƏRHÇİYƏ GÖRƏ13:35Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA13:00“Heç bir ölkə öz "BTE"-sinin paltarını sırımağa çalışmır” - QALMAQAL12:29“Aqro İnvest və İstehsalat”da ayrılıq - YARIM MİLYONUNU GÖTÜRÜB ÇIXIR12:11“Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi DANIŞDI11:59Azərbaycanda rəis bu səbəbə görə işdən qovuldu - FOTO11:43"Lerik Relax”da baş verən insidentlə bağlı deputatın oğlu və daha 5 qohumu saxlanılıb - ŞOK GƏLİŞMƏ11:04Quba və Şabranın sərhədində meşə massivi yanır10:46Kardiologiya İnstitutu "təcrübə obyektinə" çevrilib - İDDİA10:25Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb - Bu gündən10:14Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? - GƏLİŞMƏ10:00Cənab Qarayev, buralar kimsə qorumur... - FOTO09:35Türkiyədə terrorçularla əlbir olmaqda şübhəli bilinən 3 bələdiyyə sədri vəzifədən kənarlaşdırılıb09:25Ucarda "DOST"un adndan saxtalaşdırma... - İTTİHAM11:43Rusiya Türkiyəyə “S-400”lərin ikinci partiyasını satmağa hazırlaşır11:38UEFA statistikanı açıqladı: "Qarabağ" bu göstəricidə bütün klubları geridə qoydu11:35Azərbaycanlı gənc erməni qızına Azərbaycan mahnısı OXUTDU – VİDEO11:29"Araz" supermarketlər şəbəkəsində növbəti BİBAIRÇILIQ! - Alıcıları belə aldadırlar11:26Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...13:57Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? - TƏHLİL13:47Geri dönüşü olmayan milyonlar... - TƏHLİL13:45Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək: - Bu inək bahalı pivə içir, masaj olunur13:42Fuad Muradov da Kanadaya pul yatırır... - İDDİA13:35"Sərdar Cəlaloğlu sübut etməsə, namussuzdur" - Deputatla partiya sədri arasında qalmaqal böyüyür11:38Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”11:34"Mənim torpaq sahəmdən əl çəksinlər..." - GİLEY11:32“200-dək bağçanın yerində “göydələn”, şadlıq evi tikilib” - Uşaqların yeri əllərindən alınıb11:28Azərbaycanda vəzifəli şəxsin oğlundan ilginc fırıldaq - Bəylər Əyyubovla şəklini montaj etdi və …11:21Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir? - TƏHLİL22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:55Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:52Tərtərdə traktor qaz kəmərini zədələyib
BÜTÜN XƏBƏRLƏR

“Atəşgah”ın hökumətin sığorta siyasətinə qarşı sabotajı

11 Nis 2018, 12:17   
“Atəşgah”ın hökumətin sığorta siyasətinə qarşı sabotajı
Sığorta şirkəti vətəndaşlarda sığorta ilə bağlı inamsızlıq yaratmaqla məşğuldur, vətəndaşa dəymiş ziyanı ödəməmək üçün ən müxtəlif variantlara əl atırlar

Sığorta şirkətlərinin qanunsuzluqları, vətəndaşlara dəyən ziyanı ödəməmələri ilə bağlı redaksiyamıza mütəmadi şəkildə şikayətlər daxil olur. Bu cür şikayətlərin böyük faizi “Atəşgah” Sığorta Şirkətinin payına düşür.

Bu günlərdə “Atəşgah”ın vətəndaşa ziyanı ödəmək istəməməsi ilə bağlı daha bir şikayət daxil olub. “Yeni Müsavat”a şikayət edən Göyçay rayon sakini Məmmədov Elvin Ziyafəddin oğlu bildirib ki, 1 aprel 2018-ci il tarixdə Göyçay-Ucar yolunda özünə məxsus “QAZel” markalı, 23 BF 568 dövlət nömrə nişanlı yük avtomobili ilə hərəkət edərkən qarşı tərəfdən gələn 23 BJ 644 dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobil yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, onun maşınına çırpılıb: “”VAZ” markalı maşın yüksək sürətlə hərəkət edirdi, ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün gəlib mənə çırpıldı. Qəza nəticəsində avtomobilim yararsız hala düşdü. Hadisə yerinə gələn “Atəşgah” sığorta şirkətinin əməkdaşı, qəza eksperti avtomobilə baxış keçirdi, şəkillər çəkdi, sonra avtomobil mağazalarından detalların qiyməti ilə maraqlandı və dəyən ziyanın 1050 manat civarında olduğu müəyyənləşdi. Bildirdim ki, bu yalnız detalların puludur, usta xərci də azı 250-300 manat tutacaq. Lakin məbləğ dəyişmədi. Aprelin 9-da isə mənə “Atəşgah”dan zəng edib deyirlər ki, sənə dəymiş ziyana görə cəmi 420 manat kompensasiya yazırıq. Bildirdim ki, mənim aldığım detalların pulu 1000 manatdan da artıqdır, niyə 420 manat yazırsınız? Bu vətəndaşı aldatmaqdır, sığorta əməkdaşının özbaşınalığıdır. Bildirirlər ki, biz bunu yazırıq, vəssalam. Sığorta şirkəti faktiki olaraq qanunsuzluq edir. Camaatdan pul yığırlar, amma bir ziyan dəyəndə min bir bəhanə ilə dəyən ziyanı ödəməkdən imtina edirlər. Sığortanın vaxtından bir gün ötəndə, yol polisi sürücüləri cərimələyir. Bunu belə əsaslandırırlar ki, qəza törətsən qarşıdakı şəxsə dəyən ziyanın ödənməsinə problem yaranmasın. İndi mənim maşınımı vurublar və pulumu da tam ödəmək istəmirlər. Belə olan halda bu sığortanın nə mənası var? Niyə pul ödəməliyik onlara? Şikayət edəndə deyirlər ki, nə bilirsən elə”.
Şikayətçi bildirir ki, əməkdaşlarının ona dəyən ziyanı tam ödəmək istəməməsi ilə bağlı “Atəşgah”a şikayət edib: “Bu dəfə dedilər ki, gəlib sizin maşına yenidən baxış keçirəcəyik. Hansı ki, qəza ekspertləri hadisə yerinə gəlib və baxış keçirib, qiymətləndirmə də olub. Mən bir mebel şirkətinin mebellərini daşıyıram və maşınım hər gün reysə çıxmalıdır, sifarişləri çatdırmalıyam. Sığorta əməkdaşları qəza olan günü mənə dedilər ki, biz pulu minimum 15 günə ödəyə biləcəyik, sən işin dayanmasın deyə özün maşınını təmir etdir, sığorta ödəyənədək gözləmə. Mən də elə qəza olan gündən başlayaraq detalları alıb, maşını təmir etdirmişəm. İndi təmir olunmuş maşına onlar baxış keçirəcəklərini deməklə, faktiki olaraq vətəndaşı ələ salmağa cəhd edirlər. Mən bu özbaşınalıqla bağlı cənab prezident İlham Əliyevin elektron ünvanına da müraciət yazacam”.
Nəzərə çatdıraq ki, prezident İlham Əliyev icbari sığorta sisteminin təkmilləşdirilməsi üçün bir neçə sərəncam imzalayıb, qanunda dəyişiklər edilib. Eyni zamanda ölkədə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı da müzakirələr gedir, pilot layihələr həyata keçirilir. Vətəndaşlar isə belə özbaşınalıqlarla üzləşəndə, haqlı olaraq hesab edir ki, onun maşınına dəyən ziyanı ödəmək istəmədikləri kimi, xəstəxanaya düşəndə də orada can sığortası ilə bağlı da eyni vəziyyət yaranacaq. Faktiki olaraq sığorta şirkətləri hökumətin yürütdüyü sığorta siyasətinə zərbə vurmaqla, buna bəri başdan inamsızlıq yaratmaqla, hökumətin sığorta siyasətinə qarşı sabotajla məşğuldurlar.

Musavat.com
OXŞAR MÖVZULAR