Badamdarda sürüşməyə səbəb olan nədir?

21:16 23.10.2018 542
Badamdarda sürüşməyə səbəb olan nədir?

Badamdarda sürüşməyə səbəb yağış sularından başqa, həm də infrastrukurun olmamasıdır, azərbaycanlı alim deyir.

"İnsanların məişətdə istifadə etdikləri suların ərazidən çıxması, kanalizasiya sisteminə daxil olması üçün orada infrastruktur yoxdur", Milli Elmlər Akademiyasının Geologiya Geofizika İnstitutunun, Mühəndislik və Geofizika şöbəsinin rəhbəri Əvəz Salamov BBC News Azərbaycancaya deyib.

Bakıda ötən ildən Bayıl yamacında torpaq sürüşməsi onlarla ailəni evsiz qoyub. İndi də Badamdarda bəzi evlər təhlükə ilə üzləşib. Sürüşmələrin ən böyüyü məhz Badamdar ərazisindədir və mütəxəssislərin bildirdiklərinə görə, təxminən 300 metrlik bir ərazini əhatə edir.

Bəs hazırda Bakıda Bayıl və Badamdardan başqa, daha hansı ərazilər sürüşmə təhlükəsi altındadır? Suallarımızı Əvəz Salamov cavablandırır.

- Azərbaycanda sürüşmə sahələri çoxdur. Hazırda Bakıda Bayıl və Badamdardan (Bibiheybət Braxi-antiklinalının şərq yamacı) başqa, Zığ yamacında, Xırdalan, Masazır, Bakı-Şamaxı yolu üstündəki hissədə aktiv sürüşmə zonası var.

Bundan başqa, ölkədə Bakı-Şamaxı yolunun İsmayıllı rayonu ərazisinə kimi olan hissəsində və cənub zonasında da hava və ya geoloji şərait, yaxud da texnogen (insan amili) amillər nəticəsində sürüşmə əraziləri vaxtaşırı aktivləşir, sürüşmələr baş verir.

Ümumiyyətlə isə sürüşmələrin xarakteri öz miqyasını hər zaman genişləndirməyə meyillidir.

Əvəz Salamov, Geologiya və Geofizika İnstitutunun əməkdaşı

- Bakıda sürüşmələrin əsas səbəbləri nədir?

- Bakının Badamdar ərazisini götürsək, orada geoloji vəziyyət sürüşmənin baş verməsi üçün əlverişlidir.

Ancaq burada təkanverici amillər rolunda atmosfer yağışları var, bundan əlavə bizim öz yaratdığımız şərait də mövcuddur.

Badamdarda kanalizasiya sisteminin olmadığını deyirlər. İnsanların məişətdə istifadə etdikləri suların ərazidən çıxması, kanalizasiya sisteminə daxil olması üçün orada infrastruktur yoxdur. Həmin sular da yerin təkinə daxil olduqdan sonra haradansa bir yol tapıb çıxmalıdır.

Ərazinin aşağı hissəsi qumlu-gilli çöküntülərdir, ondan üst hissədə isə kollektor təbiətli qat var. Müəyyən müddətdən sonra həmin suyun bir hissəsi də qravitasiya hesabına bir qədər də aşağı qata keçir. İki müxtəlif xarakterli layın kontaktı boyunca axaraq, üstəki qatı sürüşməyə məruz qoyur.

-Belə çıxır ki, əsas səbəb texnogen amillərdir?

- Təbii ki, texnogen səbəblər burada mühüm rol oynayır. Lakin demək olmaz ki, əsas səbəb budur. Bəli, texnogen amillər sürüşmənin aktivləşməsinin sürətləndirib. Bu hal mövcuddur. Həmin sürüşmə 100 ildən sonra da baş verə bilərdi, 10 ildən sonra da. Ancaq biz onu sürətləndirib, hər il aktivləşməsinə səbəb olmuşuq.

Biz ərazini götürsək, yeraltı sular bu ərazidə uzun illərdir formalaşıb, müəyyən axın istiqaməti seçib və boşalır. Bakıda yeni tikililərin salınması yaxşıdır, ancaq yüksək mərtəbəli beton zəminli binaları tikməklə ərazidə yeni təbii hidrogeoloji şərait yaratmış olur. Həmin beton yeraltı suların qabağını kəsərək, yeni şərait formalaşdırır.

Həmin sular özünə müəyyən yer tapana kimi səviyyəsi qalxır və həmin ərazidə sürüşmənin baş verməsi üçün müəyyən geoloji şərait mövcuddursa, orada sürüşmə prosesləri aktivləşir.

Tikinti, şəhərsalma kimi işlər aparılan zaman ərazinin dəqiq mühəndis-geoloji şəraiti öyrənilməlidir. Bu, aydınlaşdırmağa kömək edəcək ki, həmin ərazinin hidro-geoloji şəraitinin dəyişdirilmədən yerlərdə tikintini necə aparmaq olar.

-Sizə yoxlama ilə bağlı öncədən müraciətlər olubmu?

- Bir dəfə Zığda neftçilər üçün yeni tikintilərin aparılması nəticəsində ərazidə baş vermiş sürüşmədən sonra bizə müraciət olmuşdu. Orada da kanalizasiya sistemi yox idi və ərazi çox yüklənmişdi. Ərazidə yaşayan əhalinin istifadə etdiyi suların əraziyə özbaşına axıdılması nəticəsində bir yaşayış binasına təhlükə yaranmışdı.

Azərbaycan Dövlət Neft Şirkəti buna görə bizə müraciət etmişdi, biz də şəraiti araşdırıb, onlara həmin vəziyyətin səbəblərini təqdim etdik.


- Sizə müraciət olunmasa, özünüz araşdırma aparırsınızmı?

- Biz özbaşına heç nə edə bilmərik. Bizə göstəriş verilməlidir ki, biz də haranısa araşdıraq.

Tikinti aparılmasının normaları var. Gərək ərazi öyrənilsin, ondan sonra tikinti aparılsın. Yoxsa tikinti işləri aparılıb, fəsadlar ortaya çıxdıqdan sonra bizə müraciət etməyin də bir faydası yoxdur, çünki artıq həmin ərazinin dayanıqlılığı pozulub. Yaranmış fəsadların aradan qaldırılması üçün böyük vəsait tələb olunur.

Hansı ki, əvvəlcədən kiçik xərclərlə belə hadisələrin qarşısını almaq mümkün idi.

Badamdarda baş vermiş sürüşmənin nəticələrini aradan qaldırmağa sərf olunacaq vəsaitin mində biri qədər maliyyə lazım idi ki, həmin ərazidə əvvəlvədən araşdırma aparıla.

- Sürüşmələr nə qədər təhlükəlidir və qarşısını hansı vasitələrlə almaq olar?

-Harda sürüşmə varsa, orda təhlükə hər zaman var. Ona görə də bunu qarşısını almaq üçün tikilən istinad divarlarının yeri dəqiq müəyyən olunmalıdır.

Əraziyə daxil olan suların kənarlaşdırılması həyata keçirilməlidir, bu məsələ ilə bağlı lazımi tədbirlər görülməklə, sürüşmələrin qarşısını müəyyən qədər almaq olar.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...