Dəyişməyəni dəyişirlər – Ceyhun Bayramov islahatlar aparmağa məhkumdur

10:44 23.10.2018 502
Dəyişməyəni dəyişirlər – Ceyhun Bayramov islahatlar aparmağa məhkumdur

Gündəmi məşğul edən əsas mövzulardan biri təhsildir.
Bu günlərdə jurnalist Eynulla Fətullayevin müəllim yerlərininin 8 min manata satılmasını yazması,ardınca bəzi deputatların orta məktəblərdə baş alıb gedən biabırçılıqları vurğulamaları, dərsliklərdə olan çatışmazlıqları qabartmaları geniş müzakirələrə səbəb olub.Sosial şəbəkə istifadəçilərinin aktivliyindən belə məlum olur ki,əhalinin narazı qaldığı sahələrdən birincisi elə təhsildir.Hətta qeyd olunur ki,göstərilən rəqəm əslində azdır,bu işdə 10-20 min manat məbləğdən söhbət getsə,reallıq daha düzgün əks olunar.Bir çoxları bu məsələdə məktəb direktorlarını günahlandırır,ancaq bilmək lazımdır ki,müəllimlərin işə qəbulunu Təhsil Nazirliyi həyata keçirir.Heç kimə sirr deyil ki,məktəb direktorlarının təyinatı da pulsuz deyil, bu məbləğ deyilənlərə görə, məktəbin yerindən və sanbalından asılı olaraq,50-100 min manat arasında dəyişir.Elə bir ailə tapmaq çətindir ki,onun hansısa formada təhsil sistemi ilə bağlılığı olmasın.Yəni, burada gizlədiləsi nə isə yoxdur,hər şey hamının gözü qarşısında cərəyan edir. Lakin kimlərsə təhsilin hələ də bəh-bəhlə inkişaf etdiyini vurğulayır.

Təsəllimiz isə odur ki, təhsilin bir neçə il bundan qabaq inkişaf etdiyini qeyd edən bəzi təhsil ekspertlərimiz də artıq sistemin bərbad vəziyyətə düşməsi haqda cəsarətlə danışırlar. Bircə o qalır deyilsin ki, Təhsil Nazirliyinin özündə oturan həmin “uğurlu” hüquqşünaslar da attesstasiya olunmalıdır.İlk əvvəl onların özündən imtahan götürmək lazımdır ki,cəmiyyətin tərəqqisi yolunda hansı səviyyədə elmi potensiala malikdirlər.Məsələ burasındadır ki, bunlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini belə boşa buraxmadılar. Fürsət bilərək Bakı şəhərinin orta məktəblərindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində yubiley tədbirinə və ardınca keçirilən konsertə topladıqları 8 min şagirdə 0.50 qəpiklik müxtəlif rəngli şərfləri 4 manatdan satıb, 32 min manat (otuz iki min) pul qazandılar. Belə olan təqdirdə təhsili idarə edənlərdən yaxşı nə gözləmək olar ki?!

Bəzilərinin iddia etdiyi kimi,məktəb direktorlarının qazancı müəllimlərin işə götürülməsindən deyil. Əslində, Bakı şəhərinin bütün orta məktəblərində məktəb direktorlarının hansı yollarla pul qazanmalarını hər kəs yaxşı bilir.Bunlardan bəzilərini sadalamaq yerinə düşər:

1. Tədris ili başlayandan az sonra 5 oktyabrda Müəllim günü qeyd edilir. Orta məktəblərdə hər bir şagirddən 30-100 manat aralığında pul yığılır ki, bunun da 50%-i məktəb direktorlarına çatır.

2. “8 Mart” Beynəlxalq Qadınlar günü münasibətilə hər bir şagird 30-50 manat aralığında pul verir.Müəllimə gül vermək isə artıq hörmətsizlik kimi qəbul olunur.Pulu isə valideyn komitələrinə yığdırıb, məktəbdən kənar kol-kos dibində təhvil götürürlər.Kişi direktorlar da “8 Mart”a şərikdi. Məktəblərdəki valideyn komitələri isə ancaq şagirdlərdən pul yığmaq üçün yaradılıb, onların başqa heç bir işi yoxdur.

3. Məktəblərdə dərs saatları müəllimlərə 300 manata satılır, onlar da sonradan direktorlara verdikləri pulu müxtəlif bəhanələr altında valideynlərdən yığırlar.

4. Sinif rəhbəri olmaq üçün direktorlar müəllimlərdən 500 manat tələb edir. Bu təqdirdə də dolayısı yollarla verilən rüşvət sonradan valideynlərdən toplanır.

5. Ad qoyurlar ki, məktəbdə sinif çatışmazlığı var.Valideyn komitəsi hərəkətə keçir, mesajlaşma başlayır, pul yığılır. Nəticədə,qazanan yenə məktəb direktoru olur. Soruşan olmur ki, pul yığıldı, bizim uşaqlara sinif verildi, bəs sinifsiz qalan kimlər oldu? Sinifsiz qalan şagird yoxdursa,onda niyə pul yığıldı?

6. Məktəbdə şayiələr yayılır, ardınca valideynlər təşvişə salınır ki, onların uşaqlarına hansısa bir savadsız müəllim dərs deyə bilər.Bundan sonra yenə whatsapp-da yazışmalar başlayır. Hər bir sinif üçün orta hesabla məktəb direktoruna 200-300 manat civarında pul yığılıb verilir. Sonrakı mərhələdə sual olunmur ki, bəs məktəbdəki o savadsız müəllimlər hansı siniflərə dərs deməli oldu? Axı, məktəb üzrə bütün siniflərdən pul yığılmışdı.

7. Siniflərdə yeni tədris sisteminə görə 20-25 şagird olmalıdır.Tədris ili başlayandan bir qədər sonra “yağışdan sonra çıxan göbələk” kimi şagirdlərin sayı artaraq siniflərdə 35-40 nəfərə çatdırılır. Yəni, şagirdin ərazi qeydiyyat prinsipi nəzərə alınmır,500-1000 manat rüşvət müqabilində sinifə qəbul edilir. Beləliklə, dərsin keyfiyyəti aşağı düşür,qazanan yenə məktəb direktoru olur.

8. Böyük summativ qiymətləndirmə (BSQ) keçirilir.Hər bir şagirdin düzəldilmiş qiymətinə görə, direktora 30-50 manat aralığında pul verilir.

9. Eləcə də, kiçik summativ qiymətləndirmə (KSQ) imtahanında da vəziyyət təkrarlanır.

10. Fond pulu və s. onlarla müxtəlif ad altında bəhanələr uydurulur, məktəb valideyn komitələrinin əli ilə pul yığılır.

Budur,Azərbaycan təhsilindəki real vəziyyət.İndi sual olunur:orta məktəblərdə tədrisin keyfiyyəti yüksəlib, yoxsa rüşvətin həcmi artıb? Bəlkə,repetitor hesabına yüksək bal toplayan orta məktəb məzunlarının uğurunu direktorların aktivinə yazmalıyıq?! Məgər,bütün bunlar ölkə prezidenti İlham Əliyevin siyasətinə zidd olub, ölkənin gələcəyini uçuruma yuvarlamaq, hakimiyyət və gənclik arasında rabitəsizlik yaradaraq körpüləri yandırmaq deyil?!

Bəlkə,yalandır ki, orta məktəblərdə tərbiyə işinin yox səviyyəsində olması səbəbindən baş verən əxlaqsız hadisələrin faizi 7-8 il bundan əvvəllə nisbətdə 5 dəfə artmayıb?! İnternet üzərindən axtarış verəndə utancverici statistika göz dağlayır. Budurmu təhsilin inkişafı? Yoxsa,təhsil naziri Ceyhun Bayramov və ətrafının telekameralara danışıqlarıdır təhsilin inkişaf meylləri? Bunların hamısı “işləyirik” görüntüsü yaratmaqdan başqa bir şey deyildir ki, artıq təhsil ekspertlərimiz də qəbul edirlər ki, həqiqəti danışmamaq riyakarcasına susmağa bərabərdir.Axı,təhsilin səviyyəsi yüksəlmirsə, kim təminat verə bilər ki, 11-ci sinifi bitirib, 0-50 arasında bal toplayan sabahkı gənclik kamil olacaq və radikal dini cərəyanlara qoşulub böyük güclərin “konsepti”nin qurbanına çevrilməyəcəklər?

Mövzunu uzatmaq, onlarla digər qaneedici misallar çəkmək olar. Sadəcə bu gün təhsili özünə fürsət bilib, var-dövlət toplayanlar unudur ki, artıq zaman dəyişib. Ona görə də təhsil naziri Ceyhun Bayramov istəyirsə ki, uzun müddətli nazir olsun,o, təhsil siyasətini ölkə rəhbərliyinin konsepsiyasına uyğunlaşdırmalıdır.Çünki, dəyişməyəni dəyişirlər!..
Faktinfo.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev