“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

23:33 22.10.2018 674
“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“Faizsiz, komisyonsuz” adıyla müştəriləri aldadırlar…
Zamantv.AZ musavat.com-a istinadən xəbər verir ki, payızın soyuğu özünü hiss etdirdikcə, insanların istilik qayğıları da artır. Bu mövsüm qızdırıcı satanların alverinin bol getdiyi dövrdür. Ona görə də satıcılar müxtəlif reklam kampaniyaları ilə alıcıları cəlb etməyə çalışırlar.
Belə reklamlardan biri bu günlərdə sosial şəbəkədə diqqətimizi cəlb etdi. “İrşad elektroniks” şirkətinin reklamında ən qabaqcıl firmaların kombi aparatları faizsiz, ilkin ödənişsiz və komisyonsuz kreditlə təklif edilirdi. Reklama alüdə olub orada qoyulan *0171 nömrəsini yığdıq. Telefonu qaldıran adam kredit şərtlərini-filanı açıqladı. Şərtlərin bizi qane etdiyini deyib, ümumilikdə aparatın neçəyə başa gələcəyini soruşduq. Məlum oldu ki, Immergas Eolo Mythos 24kW Kombi aparatı üçün bizdən nə az, nə çox- düz 1219 manat pul alınacaq. Məbləği eşitdikdə təəccübümüzü gizlətmədik. Satıcıya etirazımızı bildirdik, həmin aparatın digər yerlərdə ondan 200 manat ucuza satıldığını dedik. Cavab isə bu oldu ki, bizi qane etmirsə, almamaq hüququmuz var.
“İrşad elektroniks”in İnternet saytına da baş çəkdik.Gördük ki, həmin kombi aparatını nağd alana üstündə 182 manatlıq hədiyyə verilir. Kreditlə isə 18 aya da götürsən eyni qiymətdir, 3 aya da. Halbuki reallıqda aşağı müddətə götürən adam daha az məbləğ ödəməlidir.
Tənbəllik etməyib, nağd satış elanlarını incələdik. Məlum oldu ki, bu aparatın real satış qiyməti maksimum 1035 manatdır. Bu isə o deməkdir ki, “İrşad elektroniks” aparatı əslində reklamda qeyd olunan kimi, faizsiz, komisyonsuz satmır. Faiz və komisyon haqqından daha artıq məbləği üzərinə əlavə edib adını “faizsiz, komisyonsuz” qoyaraq yalançı reklamla müştəri cəlb edir. Bu isə həm “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, həm də “Reklam haqqında” qanunlara ziddir.
Qeyd edək ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi müraciət göndərəcəyik. Hesab edirik ki, heç bir şirkətin istehlakçıları – əhalini bu cür aldatmağa haqqı çatmır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ