Polis rəisi şagirdlərlə görüşdü: Narkomaniya bəlası...

18:23 19.10.2018 565
Polis rəisi şagirdlərlə görüşdü: Narkomaniya bəlası...

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonu Günəşli qəsəbəsində "Narkotikə yox deyək, dini radikalizm və erkən nikahlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Axar.az xəbər verir ki, qəsəbədə yerləşən 285 saylı orta məktəbdə keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov narkomaniyaya qarşı ölkəmizdə davamlı işlər görüldüyünü, dini radikalizmə və erkən nikahlara qarşı qanun çərçivəsində əməli işlər aparıldığını deyib. N.Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir:

"Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk. Bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub. Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur”.

Polis rəisi N.Həsənov öz çıxışında qeyd edib ki, Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşdüyünü qeyd edib: "Bunun da əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt”in yaradılmasıdır. Təcrübə göstərir ki, məhz "qaynar xətt” vasitəsilə vətəndaşların narkomaniya ilə bağlı məlumatlarını əldə etmək və müvafiq tədbirlər görmək mümkündür. Burada bir məqam da var ki, "qaynar xətt” vasitəsilə bizə müraciət edənlərin təhlükəsizliyi üçün onların anonimliyini saxlayırıq. Nəticədə həm vətəndaşımız güvəndə olur, həm də bizə etibarı inamı artır. Bu qarşılıqlı əlaqə də bizim narkomaniyaya qarşı uğurlu mübarizəmizə köməkdir. Düşünürük ki, bu istiqamətdə sizlər də bizə yardımçı olacaqsınız”.

N.Həsənov onu da vurğulayıb ki, ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən qəbul edilmiş qanunlara uyğun olaraq dini radikalizmə və erkən nikahlara qarşı geniş tədbirlər həyata keçirilir. Xüsusi olaraq gənclər arasında aparılan təbliğat işləri, bu işlərdə istifadə olunan elmi-kütləvi vasitələr görülən işin effektivliyini daha da artırır. Gənclərə nümayiş etdirilən ədəbiyyatlar, sənədli filmlər maarifləndirmə işində öz sözünü deyir.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY

09:02

Coşqun Əliyevdən heyrətamiz təqdimat: Süd-qatığ satan dostunu vəzifəyə təyin etdi,o da borcunu BELƏ ÖDƏDİ –FOTOFAKT

19:27

Azərbaycan BRICS-ə yalnız bu halda qoşula bilər...

18:17

İran-İsrail müharibəsi: Azərbaycan nə etməlidir?

17:40

Milli Onkologiya Mərkəzi-nin əməkdaşları rüşvəti necə özbaşına alırlar? - FAKTLAR

16:42

“Paşa Bank” Rövşən Lənkəranskinin qardaşını məhkəməyə verdi - BUNA GÖRƏ...

15:20

İtaliyanın Venesiya şəhəri ərazisində erməni adası üzə çıxdı?.. - DƏLİXANADIR, VALLAH...

14:06

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb - İLGİNC FAKT

12:17

"Azər Kərimov məni səhv əməliyyat edib..." - GİLEY

11:55

3 saylı xüsusi internat məktəbində təhsildən başqa NƏ DESƏN VAR - VİDEOFAKT

11:12

Lerikdə 1.2 milyon manat vəsait necə yoxa çıxıb?

10:28

Müştəriyə süfrə əvəzinə divar kağızı satdılar... - BU NƏDİ BELƏ?!

09:54

Rəsmən qəsdimizə DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...