5 min eşşəyin hara yoxa çıxması barədə sensasion iddia

10:15 19.10.2018 497
5 min eşşəyin hara yoxa çıxması barədə sensasion iddia

Son 3 il ərzində Azərbaycana uzunqulaq idxal edilməyib. Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib. R.Süleymanov hazırda mövcud olan uzunqulaqların statistikasını da açıqlayıb: “2016-cı ildə 35 816 baş, 2017-ci ildə ölkədə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq mövcud olub”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2014-cü ilin birinci yarısında Azərbaycanın idxal eşşəklərin alınmasına 98 min manat (o zamankı məzənnə ilə 125 min dollardan artıq) xərclədiyini açıqlamışdı. Maraqlıdır ki, Azərbaycana xaricdən eşşək alınıb gətirilsə də ölkədəki eşşəklərin sayında artım prosesi getmək əvəzinə 2015-ci ildən azalma başlayıb. 2015-ci ildə Azərbaycanda 40 mindən çox eşşək olub. 2016-cı ildə bu rəqəm 35,8 minə düşüb.

Azərbaycanda bir ildə eşşəklərin sayında beş min baş azalma o deməkdir ki, 5000 eşşək yoxa çıxıb. Eşşəklərin sayında bu qədər azalmanın nə ilə bağlı olduğu maraqlıdır. Əhali yoxa çıxdığı bildirilən eşşəklərin restoran və kafelərə, dönərxanalara verildiyini düşünür. Bu isə insanlarda narahatlıq yaradıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, eşşəklərin sayında azalma onların ətinin dönərxanalarda, müxtəlif kolbasa sexlərində istifadə edilməsi ilə bağlı ola bilər. Eşşək inək, dana və qoyundan dəfələrlə ucuz olduğundan işbazların eşşəkləri yığaraq qeyd olunan istehlak müəssisələrinə satdıqları barədə indiyə qədər dəfələrlə məlumatlar yayılıb. Azərbaycanda yoxa çıxan 5 min eşşəyin ətinin dönərxanalara verildiyi istisna deyil.

Ətin bir hissəsinin isə mal ətinin arasında əhaliyə satılması istisna deyil: “Eşşək əslində normal heyvandır, sadəcə, əti Azərbaycanda yeyilmir, Azərbaycan xalqı üçün ənənəvi deyil. Almaniyada Reyn çayının sol sahilində uzunqulaq heykəli ucaldılıb. Berlin şəhərinin tikilməsində uzunqulağın rolu bu şəkildə qiymətləndirilir. Azərbaycanda uzunqulağa nədənsə mənfi münasibət var. Eşşək əti Azərbaycanda müvafiq hüquqi sənədlərdə qadağan olunmur. Lakin eşşək ətini mal əti adına istehlakçıya satmaq cinayətdir. Azərbaycanda bax bu baş verir. Bir neçə il öncə Xaçmazda meşədə çoxlu at, eşşək baş və ayağı tapılmışdı. Bu da həmin heyvanların kəsildiyi və ətinin satışa çıxarıldığı şübhələrini artırırdı. Azərbaycan xalqı, ümumiyyətlə, eşşək və at əti ilə qidalanan xalq deyil. Eşşək əti istehlak edən insanlarda təhlükəli xəstəliklərin yaranması mümkündür. Çünki eşşək əti baytarların nəzarətindən tam qıraqdadır. Hətta hansı xəstəlik daşıyıcısı və necə xəstəliklər gəzdirdiyi barədə tam nəzarətdə olmayan bir heyvandır. Ona görə də onda hansı xəstəliklərin ola biləcəyi, hansı heyvan xəstəliklərinin insana keçə bilməsi nə cəmiyyətə, nə də baytarlarla məlum deyil. Heç şübhəsiz ki, eşşək əti təhlükəli heyvan xəstəliklərinin insanlara keçməsinə şərait yaradar”.

E.Hüseynov qeyd etdi ki, SSRİ vaxtı Azərbaycanda eşşək əti yeməli ətlər siyahısında imiş: “Bizim birliyin əlində keçən əsrin 60-ci illərində hazırlanmış rəsmi sənəd var. Həmin sənəd SSRİ üzrə ətlərin növləri və qiymətləri barədədir. Sənəddə 15 respublika arasında yalnız Azərbaycanda eşşək əti yeməli ət kimi qeyd olunub. Onun qiymətləri və növləri göstərilib.

Mən əminəm ki, o vaxt bu sənədi ermənilər hazırlayıb. Bu vaxta kimi də bu sənədin təkzib olunması haqda dəfələrlə dövlət orqanları qarşısında rəsmi məsələ qaldırmışam ki, bu sənədi kimlərin hazırladığı araşdırılsın. Ümumiyyətlə, bu sənəd təkzib olunmalıdır.

Həmin sənəddə Azərbaycanda eşşək əti yeməli ət kimi işarə olunub, amma o vaxt eşşək əti tam yeyilməyən, heç yaxın durulmayan ət idi. Belə ki, 1962-ci ildə SSRİ vaxtı kim uzunqulaq saxlayırdısa, həmin şəxslərə çox böyük cərimələr olunurdu. Gecələr sovet məmurları kəndləri və qapıları gəzib kimin həyətində eşşək görürdüsə, onları cərimə edirdilər. Bununla da əhali eşşəklərdən imtina etdi. Hətta çöllərdə, dağlarda və meşələrdə vəhşi eşşək sürüləri əmələ gəldi. Mən bunu görmüşəm".

Ekspert onu da dedi ki, eşşək və at ətinin satışının qarşısının alınması və bu cür qanunsuz əməllərin ifşa olunması istiqamətində Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vaxtaşırı ciddi addımlar atır.

Ekspertin fikrincə, qeyri-ənənəvi ət məhsullarının əhaliyə satışının qarşısının alınması üçün eyni zamanda digər müvafiq qurumlar da ciddi fəaliyyət göstərməlidirlər. Eyni zamanda din xadimləri də təbliğat işləri aparmalıdırlar. Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə, bu o demək deyil ki, onların əti satılmalıdır və yeyilə bilər.

Rəsmi məlumata görə, uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:38

Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir - DETALLAR

13:33

İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

11:50

Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər?

11:08

Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…

10:29

Türkiyənim Azərbaycandakı səfirinin qardaşı oğlu DƏLƏDUZ ÇIXDI - TƏFƏRRÜAT

10:06

"Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

21:50

Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

18:51

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

18:26

" “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

17:35

Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

16:58

“Bundan sonra bura Zəfər meydanıdır”

16:40

Prezident xalqı təbrik etdi

16:09

Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

15:29

Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

14:36

Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

13:56

Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

13:03

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

12:36

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

11:50

"Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

10:57

Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

10:14

"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

23:23

Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

17:02

Azərbaycan təhsilində kitab vəsaiti PROBLEMİ: - "Dərsliklər ali məktəbə hazırlıq üçün predmet deyil, məktəblini..."

16:03

Təhməzovun “OVQAT”I NİYƏ KORLANMIR? - İLGİNC İDDİALAR...

12:00

Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA

11:30

Azərbaycanda insanlar daha çox taksi, avtobus, yoxsa metrodan istifadə edirlər? - VİDEO

11:00

Bakıda yeni hava limanı tikilir - Video

10:40

Kurskda PUA hücumu təhlükəsi elan edildi

10:20

Rusiyadakı seçkiləri diqqətlə izləyirik - Kirbi

10:00

Əhalinin DİQQƏTİNƏ! Təhlükəli mesajlar göndərilir

23:54

Ramazanın altıncı günü: İftar və imsak vaxtları

23:32

"Qarabağ"a qollar vurdu, həftənin ən yaxşısı oldu

18:56

Sabunçuda SİRLİ-SEHİRLİ inşaat işləri... - Hamı görür, amma kimsənin xəbəri yoxdur...

18:31

Qalmaqallı professor baş həkim oldu - Rektor olmaq üçün 250 min rüşvət vermişdi