Qərargah: Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib, uçqun və töküntü qeydə alınıb - YENİLƏNİB-3

18:00 18.10.2018 499
Qərargah: Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib, uçqun və töküntü qeydə alınıb - YENİLƏNİB-3

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə, Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən, sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib.

"Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb", -Qərargahdan bildirilib.

*** 15:21

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir: "Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib".

*** saat 12:05

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.

*** saat 09:07

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən, hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb. Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadır.

Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ