Ermənistandan Moskvanı qəzəbləndirən iki ziddiyyətli addım - ən ağır seçim İrəvanı gözləyir

11:45 17.10.2018 532
Ermənistandan Moskvanı qəzəbləndirən iki ziddiyyətli addım - ən ağır seçim İrəvanı gözləyir

Ermənistanın inqilab nəticəsində hakimiyyətə gəlmiş yeni hökumətinin ziddiyyətli xarici siyasət kursu davam edir. Əsas hədəf məlum: işğalçı ölkə inqilab sonrası dönəmdə həm Rusiyanın, həm də Qərbin yanında xoş olmaq, eyni vaxtda hər iki geosiyasi qütbün siyasi-iqtisadi dəstəyinə nail olmaq istəyir. O üzdən rəsmi İrəvan gah Rusiyaya, gah da Qərbə - ABŞ-a və Avropa Birliyinə xoş görünmək üçün bəzən məntiqə belə sığmayan, ziddiyyətli gedişlər və reveranslar edir. Bu da növbəti fakt.

Xəbər verildiyi kimi, ötən həftə İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində yekun bəyannamə qəbul edilib. Nə qədər qəribə də olsa, Ermənistanın da səs verdiyi sənəddə Ukraynanın ərazi bütövlüyü təsdiqlənir. Sənəddə bildirilir: “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenitetinə hörmət edilməsinə, stabilliyin bərqərar olması və dövlətlər arasında mehriban qonşuluğun möhkəmləndirilməsi naminə mübahisələrin sülh yolu ilə həll edilməsi prinsipinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”.

*****

“Yeni Müsavat” xatırladır ki, 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq ediləndə və məsələ BMT Baş Məclisinin sessiyasında səsverməyə çıxarılanda (mart 2014) Ermənistan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməmiş, özü kimi bir neçə izqoy dövlətlə birgə Rusiyanın yanında yer almışdı (Azərbaycan Ukraynanın ərazi bütövlüyünə səs vermişdi). İndi isə belə çıxır ki, İrəvan Kremlin iradəsi əleyhinə gedərək, geri addım atır.

Bu mənada Ermənistanın bu addımını beynəlxalq hüquqa hörmətdən daha çox, öz ağası və işğal ortağı olan Rusiyaya qarşı xəyanəti kimi qiymətləndirmək lazım gəlir. Çünki Ermənistanın simvolik dövlət kimi əsas varlıq qarantı məhz Rusiyadır. İkinci yandan, əgər İrəvan Azərbaycana münasibətdə də beynəlxalq hüquqa sayğılı olduğunu göstərsəydi, o zaman Ukraynaya dəstəyi haradasa anlamaq olardı.

Söz düşmüşkən, bu ilin fevralında NATO-nun Brüssel sammitində iştirak edən yeganə KTMT üzvü ölkəsi də Ermənistan və onun rəhbəri Nikol Paşinyan olmuşdu. Sammitin gündəliyində duran əsas mövzulardan biri isə “Rusiya təcavüzünə qarşı tədbirlər”lə bağlı idi.

*****

Bu da hamısı deyil. Sentyabrın 28-də BMT Baş Məclisinin 73-cü sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Kosovonun xarici işlər naziri Bexcet Paçelli ilə görüşüb. Halbuki Ermənistan Rusiya kimi Kosovonun müstəqilliyini tanımayan ölkələr sırasında yer alır (Azərbaycan da Kosovonu tanımayıb və Serbiyanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir). Kosovo isə Kremlin Qərblə münasibətlərində “köhnə yaraları”ndan biridir.

Həmin görüşdə Mnatsakanyan tipik erməni hiyləgərliyi və diplomatik riyakarlığa xas şəkildə demişdi: “Hərgah Ermənistan Kosovonun müstəqilliyini tanımır, bununla belə, bu cür təmaslar bir-birinin mövqeyi ilə yaxından və ilk əldən tanış olmaq üçün, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkanlar açır”.

Nazirlərin görüşündən iki həftə keçməmiş - oktyabrın 12-də İrəvanda keçirilən Frankofoniya tədbiri çərçivəsində Ermənistan prezidenti Armen Sərkisyan Kosovonun prezidenti Haşim Tacla görüşüb. Erməni qaynaqlarının məlumatına görə, tərəflər “genosid məsələlərini müzakirə ediblər və qeyd ediblər ki, onların tanınması və mühakimə edilməsi genosidlərin önlənməsi üçün ən yaxşı yoldur”.

*****

Əslində “Soros fondu”nun təsiri altında olan Ermənistanın yeni rəhbərliyinin istər xarici işlər naziri olsun, istərsə də prezident səviyyəsində Rusiyanın maraqlarına və mövqeyinə zidd şəkildə Kosovonun dövlət başçısı və xarici işlər naziri ilə görüşməsi Kosovonun tanınması anlamına gəlir. Təsadüfi deyil ki, Serbiya prezidenti Frankafoniyanın Ermənistanda keçirilmiş sammitində iştirakdan imtina etmişdi.

Bütün bu ziddiyyətli gedişlər - bir yandan, Ukraynanın ərazi bütövlüyünə, o biri yandan Kosova timsalında separatizmə verilən dəstək işğalçı Ermənistanın yeni hökumətinin Qərbə xoş gəlmək üçün atdığı ziddiyyətli addımlar sayıla bilər. Eyni zamanda bu, Rusiyanı qıcqlandıran gedişlərdir, ona arxadan zərbə vurmaqdır, xəyanətdir. Hərçənd baş nazir Nikol Paşinyan dəfələrlə Moskvaya sədaqət andları içib.

Beləcə, rəsmi İrəvan əslində Serj Sərkisyan dönəmində əsası qoyulmuş “iki stul”da oturmaq kimi təhlükəli xarici siyasət kursunu davam etdirməklə özünü tədricən Qərb və Rusiyanın çarpaz hədəfinə gətirəcəyinin fərqində deyil. O da var ki, İrəvanın Moskvaya qarşı xəyanətkar addımları artdıqca Kremlin də sövq-təbii Azərbaycana - regionun açar ölkəsinə ehtiyacı artır...

*****

Yeri gəlmişkən, bu həftə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton bölgəyə - Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Artıq məlumdur ki, səfərdə əsas məqsəd bu üç Güney Qafqaz ölkəsinin Rusiya və İranla münasibətlərini aydınlaşdırmaq olacaq.

Son gəlişmələr Bakı üçün müəyyən fürsətlər açır. Ən azı ona görə ki, Azərbaycan düşmən ölkə kimi təhlükəli “iki stul” siyasəti aparmır, müstəqil və balanslı xarici siyasət yürüdür. Bunlar isə fərqli anlayışlardır. Heç bir ciddi təbii və insan resursu olmayan, dünya okeanına çıxışdan məhrum, blokada rejimində və Rusiyadan asılı durumda yaşayan Ermənistandan fərqli olaraq, Azərbaycan ayaq üstə dayanan, iqtisadi müstəqilliyini təmin eləmiş bir ölkədir. Yəni Bakının yetərincə manevr imkanlar var. Odur ki, ən ağır seçim də işğalçı ölkəni gözləyir.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu