“Şah petrol” rəhbərliyi ittiham olunur - "Belə də uydurma olar?"

17:48 10.04.2018 544
“Şah petrol” rəhbərliyi ittiham olunur - "Belə də uydurma olar?"
8 gün əvvəl itkin düşən Xəzər rayonu, Türkan qəsəbə sakini 1996-cı il təvəllüdlü Balabəy Azər oğlu Balabəyovdan hələ də xəbər yoxdur. Balabəy Balabəyov aprelin 1-də operator vəzifəsində çalışdığı Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma məntəqəsindən (YDM) yoxa çıxıb. Onun yaxınları, valideynləri itkin düşməsində YDM sahibini günahkar bilirlər.

“Balabəyin atası Azər Balabəyov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində ərizə yazdı, göstərdi ki, Balabəyin itkin düşməsində günahkar Vidadi müəllimdir. Vidadi müəllim YDM-in sahibidir. Ora bir neçə mətbuat nümayəndəsi gedəndən sonra bizə yanacaqdoldurma məntəqəsindən zəng edib dedilər ki, gəlin kameralara baxın. Halbuki biz hadisə olan günü yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi müəllimlə görüşmüşdük. Ona dedik ki, imkan ver, şərait yarat, kameraların yaddaşındakı görüntülərə baxaq. İmkan vermədi. Bu gün artıq 8-ci gündür ki, Balabəydən xəbər yoxdur. Bu müddətdə kameraların yaddaşını silə bilərdilər. Bizə Balabəy iş yerindən itkin düşən gün niyə kameraların yaddaşını göstərmədilər?”

Bunu itkin düşən Balabəy Balabəyovun yaxın qohumu Vüqar Əmirov “Yeni Müsavat”a açıqlamasında deyib. Onun sözlərinə görə, hərbi xidmətdən qayıdan Balabəy Balabəyov “Şah oyl” YDM-də işə düzəlib, valideynlərinə dəstək olub: “Məntəqədə işlədiyi müddətdə Balabəyin 4-5 dəfə kəsiri olub. Hər dəfə yanacaqdoldurma məntəqəsinin sahibi deyib ki, kəsirin var. Həmin kəsir 15-20 manatı aşmayıb. O da çatışmayan pulu anasından alaraq aparıb verib. Martın 31-də Balabəy növbəti dəfə işə gedib. Aprelin 1-də yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi onun atası Azər Balabəyova zəng vurub, deyib ki, oğlunun 431 manat kəsiri var. 1 günün içində Balabəyin 431 manat borcu necə yarana bilərdi? Bunu bilən yoxdur. Bir də ki, əgər Balabəyin dəfələrlə kəsiri yaranırdsa, onu niyə işdə saxlayırdılar? Yanacaqdoldurma məntəqəsində hər tərəfdə kameralar quraşdırılıb. Balabəy oradan nə vaxt, kiminlə gedibsə həmin kameraların yaddaşında olub. Belə bir halda Vidadi müəllimin nə marağı vardı ki, biz kameralara baxmağa imkan vermədi? Məsələ ictimailəşəndən sonra, işə polis qarışandan sonra bizə xəbər göndərir ki, gəlin kameralara baxın. Həmin ”zapravka"da çalışanların əksəriyyəti, Vidadi müəllimin özü də radikal təmayüllü təriqətə mənsubdurlar, biz bilən vəhabidirlər. Bizimlə görüşəndə Vidadi müəllim dedi ki, Balabəy hasardan hoppandı, qaçdı. Belə də uydurma olar? Özünə də dedik ki, kameraları göstər, görək Balabəy haradan qaçıb? Bəlkə elə döyüb öldürüb basdırmısız?"

Vüqar Əmirov deyir ki, Balabəy Balabəyovun itkin düşməsi ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən axtarış elan olunub: “Balabəyin itkin düşməsində ”Şah oyl" yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi müəllimi günahkar bilirik. Əgər Balabəyin 431 manat kəsiri olubsa, onu Vidadi müəllim yanında saxlayıb atasına bu haqda məlumat verməli idi. Vidadi müəllim Balabəyin atası ilə danışıb, deyib ki, oğlunun kəsiri var. Atası da Balabəylə əlaqə saxlayıb. Balabəy telefonda atasına ağlaya-ağlaya deyib ki, onun kəsiri yoxdur. Onu döyüblər, nəsə ediblər ki, atası ilə danışanda ağlayıb. Sonra da sosial şəbəkədə status yazıb ki, məni şərlədilər, mən bu həyatda olmayacağam, günahkarlar cəzalandırılacaq. Həmin statusu da polisə təqdim etdik".

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən criminal.az-a bildirilib ki, Balabəy Balabəyovun axtarışları davam etdirilir: “’Balabəy Balabəyovun itkin düşməsi faktı təhqiqatdadır. Onun taleyi barədə konkret nə isə demək çətindir. Onun yoxa çıxmasında dini məsələyə gəlincə, Balabəy dindar olmayıb”.

Balabəy Balabəyovun yeri haqda məlumatı olanlardan Xətai Rayon Polis İdarəsinə və ya fotodakı telefon nömrələrinə məlumat vermələri xahiş olunur.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR