"Şərurlu İsfəndiyar" da belə narazılıq yaradır... - GİLEY

16:47 15.10.2018 610
"Şərurlu İsfəndiyar" da belə narazılıq yaradır... - GİLEY

Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov artıq 5 ildir ki, ona məxsus “Şərur” MTK-dan mənzil alan sakinləri süründürür, mənzillərini özəlləşdirməyə imkan vermir.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına Yasamal rayonu, M. Xiyabani küçəsi 194, 196, 198 və 200 ünvanlarında yaşayan sakinlər müraciət ediblər.

Şikayətçilər bildirirlər ki, hazırda yaşadıqları M. Xiyabani küçəsində hələ 2008-ci ildən başlayaraq “Mur-Ay” MMC tərəfindən heç bir sənədləşdirmə aparılmadan tikinti aparılıb və binalardan mənzil alan sakinlər dələduzluq yolu ilə aldadılıb. Yalnız 2011-ci ildə prezidentin məsələyə müdaxiləsindən sonra vətəndaşlara dəymiş ziyanın ödənməsi üçün tədbirlər görülüb, binanın tikintisinin davam etdirilməsi “Şərur” MTK-ya tapşırılıb.

17 dövlət qurumu (Bakı Şəhər İcra Hakimiyyəti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar nazirliyi və sair) ilə “Şərur” MTK arasında olan razılaşma müqaviləsinə görə, MTK-ya yarımçıq qalmış binaların tamamlanması üçün əlverişli şərait yaradıb, güzəştlər verib. Əslində göstərilən ünvanlarda yerləşən 1 və 3 girişli binaların tikintisi çoxdan başa çatsa da, MTK rəhbərliyi – İsfəndiyar və İmran Axundov qardaşları “Mur-Ay” MMC-nin fırıldaqlarından zərər çəkən sakinlərlə bağlı götürdükləri öhdəliyi yerinə yetirməkdən imtina edirlər.

Sakinlərin sözlərinə görə, “Şərur” MTK ilə müvafiq dövlət qurumları arasında bağlanan müqavilənin 11 və 30-cu maddələrinə görə, ərazidə tikintinin başa çatdırılmasından sonra MTK binaların istismara qəbul edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyati orqanlara müraciət etməli idi. Yalnız bu prosedurdan sonra vətəndaşlar öz mənzillərini “ASAN xidmət” vasitəsilə özəlləşdirə bilərdilər. Amma İsfəndiyar Axundov bunu etməkdən imtina edir.

“O, açıq-aşkar şəkildə sakinlərə bildirir ki, sənədlər hazırdır, amma lazımi orqanlara göndərməyəcək. Bəhanə olaraq Vergilər Nazirliyinin zərərçəkmiş vətəndaşlara veriləcək mənzillərin satışından əldə olunan gəlirlərin vergiyə cəlb olunmaması haqqında öhdəliyini yerinə yetirməməsini göstərir. İsfəndiyar və İmran Axundovlar özəlləşməyən hər mənzilin alqı-satqısı üçün sakinlərdən qanunsuz olaraq 3000-4000 AZN pul tələb edir. Görünür ki, mənzillərin özəlləşdirilməsi onlara sərf etmir. Dövlətin dəstəyi ilə tamamladıqları binalarımızı öz mülkləri kimi idarə edir, “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edirlər”, - deyə sakinlər bildirirlər.

Sakinlərin şikayətində o da qeyd olunur ki, bu illər ərzində hər ay onlardan binaların təmir və abadlıq işləri adıyla külli miqdarda pullar yığılsa da, abadlaşdırılmaya bir qəpik də də olsun ayrılmayıb. Digər tərəfdən, binalarda çalışan işçilərin əmək müqavaləsinin olması da sual altındadır. Sakinlər deyirlər ki, binanın qaz, elektrik enerjisi və telefon rabitə ilə təmin olunmasında sakinlər özləri çox zəhmət çəkiblər: “Əgər hər işi özümüz görəcəkdiksə, “Şərur” MTK kimə lazımdır?”, - deyə sakinlər bildirirlər.

Sadalanan ünvanlarda yaşayan 150-yə yaxın sakin bu problemlə bağlı prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlanıb. Onlar prezidentdən İsfəndiyar və İmran Axundov qardaşlarının özbaşnalıqlarına son qoyulmasını, onlara öz əmlaklarını özəlləşdirməyə şərait yaradılmasını xahiş edirlər.

Sakinlərin şikayətinə aydınlıq gətirmək üçün qarşı tərəfə zəng etdik. Lakin “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov sualımızı dinlədikdən sonra telefonu söndürdü. Dəfələrlə zəng etməyimizə baxmayaraq, heç bir cavab ala bilmədik.

Xatırladaq ki, “ Şərur” MTK-nın maliyyə fırıldaqları ilə bağlı Xiyabani küçəsində yaşayan sakinlər dəfələrlə aidiyyati qurumlara şikayət edirblər. MTK-nın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı edilən şikayətlər mətbuatda işıqlandırılsa da, bu şəxslərin qanunsuz əməllərinə qarşı heç bir tədbir görülməyib.
"Şərurlu İsfəndiyar" da belə narazılıq yaradır... - GİLEY
"Şərurlu İsfəndiyar" da belə narazılıq yaradır... - GİLEY
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...