"MedEra" Hospitalda BİABIRÇILIQ - Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi

16:00 15.10.2018 732
"MedEra" Hospitalda BİABIRÇILIQ - Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi

Vətəndaş Günay Cahangirova Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən şikayətçidir.

Unikal.org-a müraciət edən Cahangirova Günay Valid qızı "MedEra" Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onu yanlış müalicə etdiyini iddia edir:

"MedEra" Hospitalda BİABIRÇILIQ - Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
"Xoşqədəm xanımın verilişini hər gün izləyirəm, ona böyük hörmətim var. Onun verilişində Əliosman Qədimbəylini təriflədiklərinə görə "MedEra" Hospitalına getdim. Əliosman Qədimbəyli dedi ki, başım, belim və sinə hissəm MRT olunmalıdır. Bizi MRT olunmaq üçün başqa bir hospitala yönəltdi. Birdə Medera Hospitalinda qan analizlərini verməyimi dedi. Analizləri verdim, başım və belim MRT olundu, sinə hissə qaldı. Sonra qan analizlərinin cavabını və MRT-nin cavablarını götürüb, Əliosman həkimin yanına getdik. MRT cavablarına və qan analizlərinə baxdı və mənə belimdə 5.5 mm ölçüdə yırtıq, həmçinin fəqərədə geniş ölçülü subxondral ödəm olduğunu və bir də fəqərələrin rənginin tündləşdiyini, D vitaminin sümüyümdə 13 faiz qaldığını bildirdi. Mənə müalicə üçün sinirə qarşı dərman, ağrıkəsici iynə, D vitamini, maz, birdə bir başqa dərman yazdı. Amma dedi ki bu müalicə mənə 20, 30 faiz xeyr edəcək. Ona görə mən mütləq lazer şuasına getməliyəm. Lazerlə mənim belimdəki yırtıq əridiləcək. Bu lazerin günü 70 manat olduğunu və mənim 15 gün lazerə getməli olduğumu dedi. Mən, imkanim olmadığını bildirdim. Əliosman həkim isə bildiridi ki, o lazer mənim tez saqalmağım üçün vacibdir və bu aparatın isə yalnız "MedEra" Hospitalda var. Yazdığı dərmanları aldıb istifadə etsəm də heç bir faydası olmadı. Ağrılarım daha da artdı, vəziyyətim pisləşdi. Bildiridi ki, gedib, bu müalicələri edib, lazerə düşəndən sonra yenidən yanına gəlim. Yəni Lazer olunmamış qəbuluna düşməyim. Qan analizi 146 manat , 300 manat MRT, 50 manat Əli Osman həkimin qəbuluna yazılmağa görə hospitala ödəniş etdim. Bundan əlavə, 200 manatdan çox dərmanlara pul ödəmişəm. Həkimin, yəni Əliosman Qədimbəylinin yazdığı resept də məndədir. Sinirə qarşı 2 dərman yazıb. Onları qəbul edəndə elə bil çənəm əyilir, dilim sözü tuta bilmir qabağımda kimsə ölsə reaksiya verə bilmərəm. Elə bil narkotikadır. Sonradan bilmişəm bu dərman heç lazım deyilmiş. Əsas mənim belimdə olan iltihaba və yırtığa qarşı müalicə yazmalı idi, onu da yazmayıb. Məndə üşütmələr daha da artdı, halsızlıq, qızdırma başladı. Bundan sonra başqa həkimə getdim və mənə dedilər ki, belimdəki iltihab günü gündən daha da artır. Amma Əliosman Qədimbəyli buna heç bir reaksiya verməyib. Sonradan getdiyim həkim bildirdi ki, lazerin bu xəstəliyə heç bir əhəmiyyəti yoxdur. Həkim mənə deyir ki, mənim belimə maz çəkmək qəti şəkildə olmaz. Halbuki, Əliosman Qədimbəyli mazla hər gün iki dəfə masaj olunmağımı yazmışdı. O iki dəfə masaj olunmalar belimin ağrısını daha da şiddətləndirib. Məni düzgün müalicə etmədiyinə görə Əliosman Qədimbəylini məhkəməyə verməyə də hazırlaşam".

"MedEra" Hospitalda BİABIRÇILIQ - Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
"MedEra" Hospitalda BİABIRÇILIQ - Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi

Məsələ ilə bağlı "MedEra Hospital"ın direktoru Lalə Babayeva ilə əlaqə saxladıq. Direktor Unikal.org-a Günay Cahangirovanın rəhbərlik etdiyi klinikaya müraciət etdiyini təsdiqləsə də, xəstənin həkimin dediklərinə əməl etmədiyini bildirib:

"MedEra" Hospitalda BİABIRÇILIQ - Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
"Xəstəyə bel və boyunun disk sürüşməsi diaqnozu qoyulub. Əlində MRT-si var, başqa klinikada etdirib. Xəstədə esterik nevroz var. O, 12.09.2018-ci il tarixində klinikamızda olub. Laborator analiz verib və həkimin qəbulunda olub. Ondan sonra passientə terapiya məsləhət görülüb. Xəstə terapiya kurslarına gəlməyib. Nevroz xəstəliyi 3-4 günə sağalan bir şey deyil. Uzun müddət müalicə tələb edən xəstəlikdir. Amma disk sürüşməsi və boyuna görə həkim ona müalicə yazıb, lazer terapiyası məsləhət görüb. Xəstə də həkimin dediyindən imtina edib. Amma əsas o müalicəyə görə gəlməyib, bizim klinikamıza . Xəstənin müxtəlif klinikalara müraciət etməyi onun inamsızlığı ilə bağlıdır. Onun esterik nevrozla bağlı problemi var ki, o klinikaları gəzir".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”