Neftçalada ÖZBAŞINALIQ - GİLEY

15:35 15.10.2018 552
Neftçalada ÖZBAŞINALIQ - GİLEY

“Bütöv bir kəndin gələcəyi qəsdən əlindən alınıb, kənddə kənd təsərrüfatı məhsullarının istehsalının, heyvandarlığın inkişafı üçün perspektiv yoxdur, çünki lazım olan əkin və örüş sahələri kimlərinsə inhisarındadır. Kəndin cavanlarına ev tikmək üçün torpaq sahəsi verilmir, çünki torpaqlar əkin üçün uzun müddətli icarəyə verilib”

Bu sözləri “Qafqazinfo”ya müraciətində Neftçala rayon Kürqarabucaq kənd sakini Seyidnur Ağayev deyib. O qeyd edib ki, Kürqarabucaq kənd bələdiyyəsinə məxsus olmuş 120 hektar torpaq sahəsi 1999-cu ildən rayonun keçmiş Yol polis idarəsinin rəisi Mustafayev Ağamirzə tərəfindən 99 il müddətinə icarəyə götürülüb: “Həmin torpaqlar bələdiyyələrin ehtiyat və perspektiv inkişaf fondu üçün nəzərdə tutulub. Bu torpaqların 2-ci kateqoriyaya aid olmağına baxmayaraq, dövlətə ödənilməli vergilərdən yayınmaq məqsədi ilə onu 4-cü kateqoriyaya aid ediblər, bu da cinayət məsuliyyəti yaradır. Hazırda həmin torpaqlar Ağamirzə Mustafayevin bacanağı Ərşalı adlı birisinin adına sənədləşdirilib. Ancaq onların bizim kəndimizə heç bir aidiyyatı yoxdur və başqa yaşayış məntəqəsinin sakinləridirlər.

Torpaqların kateqoriyasının saxtalaşdırılmasından bələdiyyə üzvlərinin və rayon İcra Hakimiyyətinin aidiyyati üzrə məsul işçilərinin də məlumatları var. Hər dəfə ərizəm araşdırılarkən bütün günahları bələdiyyədə görüblər, lakin heç bir şikayət ərizəm sona qədər araşdırılmayıb. Hansısa gözəgörünməz qüvvənin səyi nəticəsində Mustafayevin müdafiəsi təmin olunub”.

Şikayətçi bildirib ki, həmin torpaq sahələri kənd sakinləri üçün qadağan olmuş ərazi sayılır, hətta heyvanların da kanal üstü otlaq sahələrinə yolu zəbt olunaraq həmin sahələrə qatılıb: “Torpaq islahatları zamanı bölgü ədalətli aparılmayıb, heyvanlar üçün isə heç bir örüş-otlaq sahəsi ayrılmayıb. Kəndlilərin torpaqlardan istifadə hüquqları bərpa olunmalıdır. Onlar bütün əraziləri öz inhisarında saxlamaqda israrlıdırlar. Taxıl və yoncanın biçin qiyməti məqsədli şəkildə qaldırılıb. Kəndimizin torpaqları hesabına Mustafayev milyonçuya çevrilmiş, lakin kənd cavanları çörək pulu qazanmaqdan ötrü buralardan qaçaq düşüblər.

O torpaq sahəsini bələdiyyə əhalinin dəstəyi ilə əkib becərsəydi, işsizlik problemi qismən həll olunar, gəlirlər hesabına bizim kənd və bələdiyyəyə aid digər kəndlərin də abadlaşması mümkün olardı. Lakin bələdiyyənin bu işləri görmək fikri olmayıb və Kürqarabucaq kəndi bu gün cəngəllikləri xatırladir”.

S. Ağayev sonda vurğulayıb ki, bu müraciətdən sonra ona qarşı təzyiq və hədə- qorxular olacaq. Ona görə də aidiyyatı qurumlardan onun təhlükəsizliyini qorumağı tələb edir.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən bələdiyyənin sədri İbrahim Səfərovla əlaqə saxlayıb. O, qeyd edib ki, torpaqların icarəyə verilməsi onun vaxtında baş verməyib: “Mən iki ildir ki bu kəndin bələdiyyə sədriyəm. Torpaqlar 99 illiyinə müqavilə əsasında icarəyə verilib. O müqaviləni necə pozmaq olar? Həmin torpağın 25 hektarında pambıq, qalan hissəsində isə yonca, taxıl əkilib. Bu məsələdə ancaq kənd əhalisi bir yerə yığışıb mübarizə apara bilər”.

İ. Səfərov torpaqların kateqoriyasının saxtalaşdırılması məsələsindən isə xəbərdar olmadığını vurğulayıb.

“Qafqazinfo”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU