Beynəlxalq Bankın keçmiş rəhbərinə niyə “seçki saxtakarlığı” ittihamı verilib - GƏLİŞMƏ

11:17 15.10.2018 458
Beynəlxalq Bankın keçmiş rəhbərinə niyə “seçki saxtakarlığı” ittihamı verilib - GƏLİŞMƏ

Ötən həftə mediada və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu, heç şübhəsiz ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onun xanımı Zamirə Hacıyeva oldu.

Məlumdur ki, C.Hacıyev yenidən məhkəmə qarşısına çıxmağa hazırlaşır. Onun hələ 2014-cü ildən Bakıdan çıxmış xanımı isə Britaniyada dəyəri 25 milyon funt-sterlinq olan əmlakları məhkəmə tərəfindən əlindən alındıqdan sonra demək olar ki, dünya mediasının gündəmi olub. Z.Hacıyevanın kart hesablarında milyonları necə xərcləməsinə hətta aristokrat britaniyalılar da heyrət ediblər. BBC-nin məlumatına görə, Z.Hacıyeva 10 il ərzində Londonun ən məşhur univermağı olan “Harrods”da 16 milyon funt-sterlinq xərcləyib. O, həmçinin univermağın yaxınlığında lüks ev, 42 milyon dollar dəyəri olan “Gulfstream G550" özəl təyyarə alıb.

Əsas diqqətlər isə həm də onun həbsdəki həyat yoldaşı üzərinə cəmlənməkdədir. Çünki yaxın günlərdə onun və daha 25 nəfərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi başlayacaq.

Ötən həftəsonu Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutan iclasda müstəntiqin Cahangir Hacıyevin barəsində həbs müddətinin uzadılması barədə təqdimatına baxılıb. Məhkəmə müstəntiqin təqdimatını təmin edib və onun həbsdə saxlanma müddətini 1 aya qədər uzadıb.

C.Hacıyev mühakimə olunması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Məlumdur ki, söhbət yeni cinayət işinin istintaqından gedir və bu səbəbdən sabiq bankir cəzaçəkmə müəssisəsindən təcridxanaya köçürülməli idi. Yəni 1 aylıq həbs müddəti məhz təcridxanada qalması üçün seçilib. Xatırladaq ki, C.Hacıyev iki il əvvəl, oktyabrın 14-də 15 il azadlıqdan məhrum edilib. Onun 63 milyon manat cərimə ödəməsi ilə bağlı da qərar verilib. Düz iki il sonra isə sabiq bankir yenidən ağır cinayətlərdə suçlanır.

C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.3.1-ci (mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

C.Hacıyevin vəkili Aqil Layıc “Turan” agentliyinə bildirib ki, hazırda iş materialları ilə tanışlıq prosesi gedir. Vəkil istintaq sirrinə istinad edərək, C.Hacıyevin yeni iş üzrə hansı maddələrlə və hansı epizodlarda ittiham olunduğunu dəqiqləşdirməyib. Bununla belə, o, sabiq bankirin ittihamları təkzib etdiyini qeyd edib.

C.Hacıyevə qarşı irəli sürülmüş 308.1-ci maddəsi xüsusilə diqqət çəkib. Çünki həmin maddədə nəzərdə tutulmuş əməllər seçkinin və ya referendumun nəticələrinə təsiri nəzərdə tutur. Qeyd edək ki, bu maddə ilə MTN işinə görə tutulmuş bir neçə vəzifəli şəxsə də ittiham irəli sürülmüşdü. Məsələn, Akif Çovdarova və onunla birgə tutulan bir neçə yüksək vəzifəli şəxsə, eləcə də o zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan qurumun sabiq aparat rəhbəri Vidadi Zeynalova da qarşı bu ittiham verilmişdi. Cinayət Məcəlləsində bu maddə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Yəni C.Hacıyevin klassik seçki saxtakarlığına yaxından-uzaqdan heç bir əlaqəsi yox.

Bəs, ittihamlar sübut edilərsə, C.Hacıyevi hansı cəza gözləyə bilər? Belə güman etmək olar ki, C.Hacıyevə daha 10 il həbs cəzası kəsilə bilər ki, bu üst-üstə 25 il həbs deməkdir...
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?