Rəcəb Babaşov narazılıq yaradır... - İTTİHAM

15:30 12.10.2018 510
Rəcəb Babaşov narazılıq yaradır... - İTTİHAM

Azərbaycan qanunlarının aliliyinə hörmətlə yanaşmağı Ulu öndər Heydər Əliyev kimi şəxsiyyət də məmurlara hər an tövsiyyə edərdi. Təəssüflər olsun ki, deyilənlərin hamısı yerindəcə sayır. Dəfələrlə Prezident cənab İlham Əliyev bütün məmurlara, o cümlədən əyalətdəki kiçik padişahlara, yəni icra başçılarına yerlərdə vətəndaşlara zülm etdiklərinə görə barmaq silkələməsinə baxmayaraq, yenə də hər kəs öz işindədi. Bir məsələ də maraq doğurur ki, vətəndaşlarla görüşlərində cənab İlham Əliyev vurğulayıb ki, “mənim hər şeydən xəbərim var”. Bəli, varsa həmin icra başçıları haqqında tədbirin görülməməısi təəssüf doğurur.
Mediaxeberleri.az-ın əməkdaşının araşdırmaları göstərir ki, Qazaxa 2il yarım vaxtdır ki, gələn icra başçısı Rəcəb Babaşov yalnız baxça tikintisi ilə məşğuldur. Şəhərdəki binaların görünən tərəfləri də “maskalanır” . Çoxları isə başçının gördüyü işləri tarixi hadisə adlandırlr. Xərclənən vəsaitin dövlət vəsaiti olmadığını da düşünənlər var. Lakin, hər şeyə zamanın qiymət verəcəyi günə də az qalıb.

Şəhərdəki baxçaları icra başçısının özəlləşdirdiyi də iddia olunur. Hələ o da söylənilir ki, başçı baxçalarda çalışan qadınları da yaraşmayan tərzdə ifşa edir. İstədiyini işdən çıxarır, istədiyini işə qəbul edir. Nə bilim nələr törədir. Hamının ona baş əyməsindən ləzzət götürür. Biznesini qurduğu Qazaxın 1-ci Şıxlı kəndinə həftədə 5 dəfə də getsə, gərək yol qırağı kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri o gələnə kimi yol kənarlarında ayaq üstə duralar. Yayın cırhacırına baxmayaaq pencəkdə su axıdalar. Bu heç Çauşevski rejimində də olmayıb. Bəs başçının belə hərəkətlərindən nə üçün cənab Prezident İlham Əliyev xəbərsizdir?

İcra başçısı əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi qadın müavini Gülayə Həsənova ilə əl-ələ verib baxçalara zülm edirlər?. İstədikləri vaxt icra başçısı 5-6 nəfər özündən aşağı məmur da başında olmaqla baxçalara gətirir. Orada da işləyənlər qadınıardı. Kişilərin qapını döymədən qadınların üstünə getmək milli mentolitetimizə nə dərəcədə uyğundur? Bunları görən uşaqların psixoloji gərginliyini hara qoyaq?

İcra başçısı və Gülayə Həsənova açıqca bu ölkənin qanunlarını tanımırlar. Bir işçini işdən qovmaq üçün əvvələcə xəbərdarlıq, sonra töhmət, daha sonra şiddətli töhmət və sairə verdikdən sonra həmkarlar təşkilatının qətraı ilə nəsə etmək olar. Qazaxda isə dərəbəylikdi. Filankəsi işdən çıxart, filankəsin də nəyinisə al, qoy həmin yerə! Bu nə deməkdi? Hətta verilən məlumata görə nə icra başçısına, nə də qadın müavinə yaraşmayan hərəkətlər də baş verir. Baxçadan kimisə zorla işdən azad edən də, üzünə adam da qoyurılar. Guya işçilərdən valideynər narazıdırlar. Valideynlərdən zorla ərizələr alınır. İnanırıq ki, Allah bu müqəddəs ayda hec cürə belə səhvləri bağışlamayacaq. Qadınlara qarşı belə amansız tədbir rəhbərə yaraşmayan bir hərəkətdir.

Qazaxda hansı qanunlar işləyir bilmirəm. Burda Azərbaycan qanunları işləmir?

Hesab edirəm ki, ölkə başçısı burada ədaləti bərpa edəcək. Çünki o peşəkar adamların işdən uzaqlaşdırılmasına, məmur özbaşınalığına hər zaman qarşı çıxıb və bu cür insanları ölkə qanunlarına uyğun olaraq ciddi şəkildə cəzalandırıb.

Bizim qanunsuz olaraq işdən çıxarılan xanımları müdafiə xarakterli yazıları yazmaqda məqsədimiz bu qanunsuzluğun digər baxçalarda da prosesə çevrilməsinin qarşısını almaqdır. İnsanları qanunsuz işdən azad etmək, özəlliklə də qanunları pozmaqla, onların taleyinə açıq şəkildə «tüpürmək» deməkdir.

Keçmişin inzibati amirlik metodu stalinizmlə birlikdə tarixin zibilliyində çoxdan dəfn olunubdur. Əgər bu gün hansısa rayon rəhbəri hələ də bu təfəkkürlə idarəetmə baxışlarında ilişib qalıbsa, bu onun şəxsi faciəsinin təməli deməkdir. Deməli onlar özləri ilə birlikdə bütün rayonu da keçmişin zibilliyində dəfn etmək siyasətini aparırlar. Buna zamanın ironik də olsa, belə bir düşüncə sistemi ilə yanaşmaq, insanlığın tamamilə məhvidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mediaxeberleri.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu