Xeyirxahlıq, kişilik insanın canında olur...

12:23 15.10.2018 6 896
Xeyirxahlıq, kişilik insanın canında olur...














Mən xeyirxah insanlar barədə çox eşitmişəm. Bəzən onlarla qarşılaşmışam da. Hər dəfə görmüşəm ki, bu insanlar çox halal insanlardır və onlardakı xeyirxahlıq, kişilik genetikdir...

Açığı, Qazaxa sarı yolum tez-tez düşür. Bu gün də həmin istiqamətə üz tutmuşduq. Yolda maşınımızın benzini qurtardı. Saxlamağa məcbur olduq. Yanacaqdoldurma stansiyasına isə kilometrlərlə yol var idi. Yoldan ötən maşınlardan yardım istəmək qərarına gəldik. Bu vaxt bizdən bir az aralıda bir polis maşını dayandı. Maşından kişi qeyrətli, mülayim çöhrəli, üz-gözündən mərdanəlik yağan bir polis düşdü və bizə yaxınlaşdı. Mövcud vəziyyətdən anlamışdı ki, problemimiz var. Biləndə ki, maşının benzini qurtarıb, geri qayıtdı, maşina minib gözdən itdi və bir qədər sonra geri qayıtdı. Bizə yaxınlaşdı, əlindəki benzin dolu qabı bizə verdi, dedi ki, yolda qalmayın, bir insanın hər hansı iş üçün tələsdiyi zaman
yolda qalması həyatından bir anın itməsi deməkdir. Açığı, bizi təəccüb bürüdü; adətədən yol polislərindən hərəkət qaydalarının pozuntusu zamanı, yaxd başqa hallarda əks hərəkət görürük, bu polis nəfəri isə bizi öz insanlığı ilə heyrətə saldı. Ondan təkidlə kim olduğunu, hansı işin sahibi olduğunu soruşduq. Xeyli çək-çevirdən sonra dedi ki, Gəncə-Qazax magistral yolunda xidmət aparan Yol Polis Xidmətinin 9-cu tağımının inspektoru polis serjantı Elnur Mahmudovdur. Biz onun həqiqi insan çöhrəsindən süzülən xeyirxahlığa heyran qaldıq, hətta o qədər məmnun olduq ki, ona minnətdarlıq etməyi belə unutduq. Qərara aldıq ki, adıçəkilən yol polis xidmətinin 9-cu tağımının inspektoru polis serjantı Elnur
Mahmudova təşəkkürümüzü minnətdarlıq dolu bir yazı ilə bildirək. Biz təkcə Elnur Mahmudova yox, onun çalışdığı Yol Polis Xidmətinin 9-cu tağımının rəhbərinə, Dövlət Yol Polis Xidmətinin rəisi cənab Ramiz Zeynalova minnətdarlıq edirik. Dədə-babadan cəmiyyətimizə müdrikanə məsəllər təlqin edilib. Xüsusən də yaxşı insanlar barədə deyilənlər daha çox diqqət çəkir. Məsələn, deyirlər ki, yaxşı, xeyirxah insanlar bulaq suyu kimi safdır, müdrikdir. Bu, doğrudan da belədir. Çünki onların ən adi hərəkətində belə bir bulaq saflığı müşahidə edirik... Bəllidir ki, ölkəmizdə də həmişə pak və əqidəli insanlar yetişib. Səmimi deyim, özünün əsl insan örnəkləri ilə diqqətimizi özünə çəkən Elnur Mahmudov da belə dəyərli insanların sırasındadır. Biz onu tanıyanların onun barəsində dediklərini də eşidəndə, tam əmin olduq ki, o, gerçək mənada xeyirxahlıq mücəssəməsidir. Bir çoxları dedi ki, Elnur Mahmudov təkcə sizə qarşı xeyirxahlıq etməyib, o, yolda qalan sürücülərin hamısına belə canfəşanlıq göstərir; kimisinə benzin köməkliyi edib, kimisinə təkər bağlamaq işində yardımçı olub, bir sözlə, hər kəsin rəğbətini, ehtiramını qazanıb. Yaxşı deyiblər, «Hər ömür içi ağrı-acı dolu bir kitabdır...» Biz Elnur Mahmudovun həyat kitabının ən azı beş-on səhifəsini oxumağa müvəffəq olduq. Onun sadəliyi, davranışı, səlis danışığı, mülayim təbiəti, xoş münasibəti, mehriban gülüşü və s. bizim duyğularıma həyat rəngi çəkdi. Eşq olsun Elnur Mahmudov kimi yol polislərinə!


Xəyal İmrə, Qüdrət Quliyev.

Zamantv.az, Tovuz
Xeyirxahlıq, kişilik insanın canında olur...
Xeyirxahlıq, kişilik insanın canında olur...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...