Azərbaycanda “Hell”ə aludəçilik sürətlə artır – Şirkət müştəri sayını gizli saxlayır

10:48 8.10.2018 733
Azərbaycanda “Hell”ə aludəçilik sürətlə artır – Şirkət müştəri sayını gizli saxlayır

Bu gün istəsək də, istəməsək də enerji içkiləri qida rasionumuza daxil olub. Əksər gəncələrin səhəri çay əvəzinə “Hell”, “Red Bull”, “Bizon”la açdığını desək, yəqin ki, bizimlə razılaşarsınız. Küçələrə, zibil qutularına atılmış boş bankaların çox olması da dediyimizin əyani sübutudur…

Həkimlər deyirlər ki, energetik içkilərin tərkibindəki qlükoza tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.



Mütəxəssislərin bildirdiyinə görə, sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz. Hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür. Heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz. Çünki kofein qan təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.
Amma bütün bunlara baxmayaraq, Azərbaycanda energetik içkilərə aludəçilik artır, xüsusən də gənclər arasında… İstər oğlan, istərsə də qız… Son vaxtlar “Hell” içənləri hər addımbaşı görmək olar. Onlar üçün havanın da isti və ya soyuq olmasının fərqi yoxdur, əllərində “Hell” bankaları…

Maraqlıdır, Azərbaycanda “Hell” içənlərin statistikası nə deyir?

Modern.az-ın bununla bağlı müraciət etdiyi “Hell Azərbaycan şirkətindən suallarımızı cavablandırıblar.

Şirkətdən bildirilib ki, hazırda “Hell”in istehlakçılarının sayını müəyyənləşdirmək mümkün deyil, yalnız satılan ümumi məhsul miqdarının məlumatları var ki, bunlar da gizli saxlanır:

“Ümumilikdə əsas istehlakçılarımız 18-45 yaş arası böyüklərdir. Azərbaycan istehlakçıları “Hell Classic”i digər dadlardan üstün tuturlar. Bu məhsul klassik tutti-frutti ləzzətindədir və adi 32 mg / 100 ml kofein tərkiblidir”.

Enerji içkilərinin zərərli olmasına gəlincə, şirkət gün ərzində müştərilərə 1 banka “Hell” içməyi tövsiyə edir:

“Müştərilərimizə günə 1 banka / günə (250ml bankanın tərkibində 80 mq kofein var) tövsiyə edirik – bu da məhsullarımızın arxa hissəsində qeyd olunur. Məsul bir prodüser olaraq, Avropa Qida Təhlükəsizliyi Təşkilatının kofein istehlakının qida təhlükəsizliyi baxımından 66,531 nəfərlə əhatəli bir araşdırma (2015-ci ildə nəşr olunmuş) həyata keçirilib. Məlum olub ki, “kofein istehlakının 400 mq gün ümumi əhali üçün narahatlıq doğurmur. Demək olar ki, 400 mq kofein sağlam bir yetkin şəxs tərəfindən təhlükəsiz şəkildə istehlak edilə bilər”.

Şirkət “Hell” məhsulların tərkibinə heyvan mənşəli qatqıların əlavə olunması fikirlərilə ilə razılaşmır:

“”Hell” məhsullarına heyvan komponentləri əlavə etmirik. Bizim məhsullara 90 % su, həmçinin stimullaşdırmaq üçün kofein və enerji artırmaq üçün şəkər qatılır. Onlar 5 növ B vitamini ilə möhkəmləndirilir. Bütün “Hell” enerji içkilərin pasterizə olununub, tərkibində qoruyucu maddələr yoxdur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU